
Xocalıda mina partlayışı o deməkdir ki, erməni separatçıları Azərbaycan ordusunun anti-terror əməliyyatı zamanı təcili bölgəni tərk edərkən çıxdıqları ərazilərdə minalar basdırıblar. Xocalı işğal dövründə təmas xəttində yerləşməyib, həmin ərazidən özləri də istifadə etdiyindən minaları Azərbaycan ordusu ilə ayırıcı ərazilərdə basdırmışdılar. Digər tərəfdən 9 noyabr 2020-ci il bəyanatına görə rusiyalı sülhməramlılar bölgədə Xocalıda yerləşmişdilər. Rus hərbçilərinin orada olduğu müddətdə Xocalıda mina partlayışı qeydə alınmamışdı. Deməli, minalar rus hərbçiləri bölgəni tərk etdikdən sonra Xocalı ətrafında basdırılıb. Ümumiyyətlə separatçılar İkinci Qarabağ müharibəsindən sonra da Qarabağın müxtəlif istiqamətlərində minalar yerləşdiriblər. Rusiyalı hərbçilər minaların Ermənistandan Qarabağa daşınmasında separatçılara yardım ediblər. Bunun nəticəsidir ki, 2020-ci il müharibəsinin sonundan bu yana qurbanlarımızın sayı 383 nəfərə çatıb. ANAMA-nın işi çoxdur.
Görünəni odur ki, Azərbaycan Ermənistandan minaların basdırıldığı ərazilərin siyahısını gözlədiyi bir məqamda bu şərəfsizlər torpaqlarımızda yeni-yeni mina tələləri qurubmuşlar...
İndi onların səmimiyyətinə necə inanaq? Kim buna təminat verə bilər? Odur ki...
Orxan TUNCƏR - "DİA-AZ"