
Rusiya və ABŞ-nin müvafiq departament rəhbərləri arasında növbəti görüş iki həftə ərzində baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "RİA Novosti"yə müsahibəsində bildirib.
Ryabkov qeyd edib ki, görüşün dəqiq tarixi hələ müəyyən edilməyib.
Onun sözlərinə görə, danışıqlar üçüncü bir ölkədə baş tutacaq, lakin konkret yer hələ razılaşdırılmayıb.
ABŞ prezidenti Donald Tramp Rusiya və ABŞ nümayəndələri arasında növbəti görüşün 25 fevralda Səudiyyə Ərəbistanında olacağını bildirmişdi. Ağ Ev rəhbəri bu danışıqların məqsədinin atəşkəsə nail olmaq və razılaşma əldə etmək olduğunu vurğulayıb.