Bazar ertəsi, 3 fevral 2025, 04:40:47  
   Burada nə yediyinizə diqqət edin... .....                     KONTAKT HOME yenə də narazılıq yaradır... .....                     Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? .....                     Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... .....                     Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... .....                     Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir .....                     Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? .....                     “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… .....                     Qüvvələrimiz Ermənistana belə girə bilər .....                     Bakı çox yüklənib, həm adamla, həm də maşınla... .....                     BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... .....                     "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir" .....                     Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... .....                     Qaqauz lider Kişinyov hava limanında saxlanıldı .....                     670 min insan Rusiyadan geri göndərilə bilər .....                     Bu gün məktəblərdə qış tətili başa çatır .....                     "Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                 

Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” - NƏ ETMƏLİ?
Tarix: 29-01-2025, 00:25 | Çap et
 Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...”
Ötən il dekabrın 25-də Bakı - Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasına səbəbin Rusiya hava məkanında “Pantsir S” raketi ilə vurulmasını göstərən etibarlı faktlar üzə çıxdı. Bundan sonra hadisə ilə bağlı fikirləri başqa istiqamətlərə yönləndirməyə çalışan rəsmi Moskva cinayətin üstünü bağlamağa cəhdlər göstərdi.

Həmin cəhdlər bu gün də davam etməkdədir. Rusiyanın qəza ilə bağlı tutduğu mövqe Azərbaycanla Rusiya arasında münasibətlərin soyuqlaşmasına səbəb olub. Azərbaycan tərəfi mülki təyyarənin Rusiya tərəfindən vurulmasının etirafını, təzminat və digər məsələlərin həllini istəyir. Rusiya isə müxtəlif yollarla bu məsələdən yayınır. Eyni zamanda, Kremlə bağlı media orqanlarında Azərbaycan və rəhbərliyi əleyhinə çirkin kampaniya aparılmaqdadır.

Bunun fonunda Azərbaycan mediasında da Rusiyanın cinayətləri əleyhinə haqlı iradlarla müşahidə edilən yazılar, süjetlər dərc olunur. Artıq dövlət televiziyası olan Azərbaycan Televiziyasında (AzTV) gedən materiallarda Rusiyanın törətdiyi cinayətləri etiraf etməməsi tənqid olunur, rus mediasında aparılan anti-Azərbaycan kampaniyasının iki ölkə arasındakı münasibətləri kəskinləşdirdiyi qeyd edilir.

Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Rusiya mərkəzlərinin casus yuvası olduğu iddia edilir, onların fəaliyyətinin dayandırılması, orta məktəblərdə rus dilində təhsilin qadağan olunması gündəmə gətirilir. Bütün bu baş verənlər onu göstərir ki, iki ölkə arasında münasibətlər kəskinləşməkdə davam edir və Rusiya təyyarə cinayətini üzərinə götürməsə, bu gərginliyin artan xətlə inkişafı mümkündür.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya ilə Azərbaycan arasında zaman-zaman gərginliklər müşahidə edilib, sonradan hansısa yollarla, danışıqlarla yoluna qoyulub:

- Əslində, sərnişin təyyarəsi vurulmayanadək iki ölkə arasındakı münasibətlərdə soyuqluq yox idi, normal məcrada davam edirdi. Əlbəttə, Azərbaycan 200 il çar Rusiyasının, SSRİ-nin, onun varisi Rusiyanın siyasətindən çox əziyyətlər çəkib. Rusiya torpaqlarımızı ermənilərə peşkəş edib, 1990-cı ilin 20 yanvarında Bakıya qoşun yeridərək insanlarımızı qətlə yetirib, alayı ermənilərlə birlikdə Xocalıda soyqırımı törədib. Bütün bunları biz bilirdik, anlayırdıq ki, Rusiyadan bizə dost olmaz. Amma son illər iki ölkə arasında münasibətlər qurulub, inkişaf edib, müəyyən tərəfdaşlıqlar var.

Eyni zamanda, İkinci Qarabağ müharibəsində Rusiya Azərbaycanın əməliyyatlarına çox da mane olmadı. Lakin indi sərnişin təyyarəmiz Rusiya tərəfindən raketlə vurulub və Azərbaycan tərəfi haqlı olaraq tələblər irəli sürüb. Azərbaycan Prezidentinin təyyarə hadisəsi ilə bağlı üç tələbi var: üzrxahlıq, təyyarəni vuranların cəzalandırılması və kompensasiya. Bu tələblərdən ikisi hələ də yerinə yetirilməyib. Üzrxahlıq da alayarımçıq oldu. Rusiya bu tələbi yerinə yetirmək əvəzinə müxtəlif yollara baş vurur.

Son günlər isə bir qədər də irəli gedərək Kremlin nəzarətində olan mediada Azərbaycan lideri İlham Əliyevin və Azərbaycanın əleyhinə qara çirkin kampaniyaya başlanılıb. Azərbaycan tərəfi haqlı tələbini irəli sürdükcə, kremldəkilər qıcıqlanırlar. Rusiya rəhbərliyindəkilər bu cinayətin üstünü örtməyə çalışırlar. Eyni zamanda, bizimlə mübarizə üsulunu anti-təbliğat kampaniyasında görürlər. Bu isə əlbəttə ki, iki ölkə münasibətlərini daha da gərginləşdirməkdədir.

- Bu gərginlik nə qədər davam edə bilər?

- Bilirsiniz, Rusiya mediasındakı çirkin kampaniya Kremlin təlimatı ilə başlayıb. Bu isə onu deməyə əsas verir ki, Rusiya tərəfi Bakının tələblərini yerinə yetirmək istəmir. Rusiya rəsmilərinin necə deyərlər, xətrinə dəyən odur ki, niyə Azərbaycan tələblər irəli sürür. Təyyarəni vur, insanlarımızı öldür, sonra da bizi haqsız çıxarmağa çalış. Bu, absurd yanaşmadır. Təyyarəni vuran cinayətkarların cəzalandırılması və kompensasiya ilə bağlı Rusiyanın siyasi mərkəzlərində demək olar ki, heç bir müzakirə getmir. Əvəzində Rusiya tərəfi təyyarənin “qara qutu”su açılmamışdan, nəticələr açıqlanmamışdan əvvəl elan etdi ki, guya dispetçerlə pilotlar arasında danışıqlar olub, guya heç təyyarə raketlə vurulmayıb, guya pilotlar özləri quş sürüsü ilə toqquşmanı qeyd ediblər. Yaxud da, kislorod balonunun partlamasından danışırlar. Hətta Rusiya tərəfi pilotları günahkar çıxarmağa çalışdı.

Qazaxıstanın Baş nazirinin müavini “qara qutu” açılandan sonra konkret dedi ki, Rusiya rəsmilərinin dedikləri ilə “qara qutu”nun nəticələri arasında dərin ziddiyyətlər var. Demək istədiyim odur ki, Rusiya tərəfi hələ də izi azdırmağa çalışır. Nə qədər ki, Kreml cinayətkarları cəzalandırmayacaq, kompensasiya məsələsini həll etməyəcək, münasibətlərin normallaşacağı gözlənilən deyil. Azərbaycan Prezidentinin tələbləri var ki, bunlar yerinə yetirilməlidir. Bu, həm də Azərbaycan ictimaiyyətinin, cəmiyyətin sifarişi və tələbidir. Biz bu hadisənin üstünün örtülməsinə razı ola bilmərik. Rusiya tərəfi cinayətkarları cəzalandırmalı, kompensasiya ödəməlidir. Əks təqdirdə, münasibətlərin düzələcəyi çətin görünür.

- Cəmiyyətin sifarişi demişkən, artıq Azərbaycan ictimaiyyəti tərəfindən məktəblərdə rus dilində tədrisin ləğvi, ölkəmizdə müxtəlif adlar altında fəaliyyət göstərən Rusiya mərkəzlərinin bağlanması da tələb edilir. Bunlar mümkündürmü?

- Əvvəllər də rus dilində tədrisin ləğvi barədə polemikalar gedirdi. Son hadisələr fonunda bu müzakirələr daha da şiddətlənib. Mən də o fikirdəyəm ki, Azərbaycanın dövlət büdcəsi hesabına rus dilində təhsil verilməməlidir. Kimsə şəxsi hesabına rusdilli məktəb açırsa, bu, mümkündür. Amma dövlət büdcəsi hesabına tədris olmamalıdır. Biz fəxr etməməliyik ki, Azərbaycanda rusdilli universitet var, məktəblər var, onminlərlə rus dilində təhsil alanlar var. Bəli, bizim insanlarımız çox dili bilməlidir, eləcə də rus dilini. Amma bu, şəxsi təşəbbüslə olmalıdır, dövlət maliyyəsi ilə deyil. Düşünürəm ki, bu məsələ ilə bağlı addımlar atılmalıdır.

Eyni zamanda, Rusiyanın buradakı mərkəzlərinin fəaliyyəti dərindən araşdırılmalıdır, casus yuvası ilə bağlı iddialar əksini taparsa, o zaman ciddi addımlar atılmalıdır. Məlumdur ki, Azərbaycanda Rusiyanın “beşinci kolon”u var, o dağıdılmalı, zərərsizləşdirilməlidir. Demirəm ki, əcinnə ovuna çıxılmalıdır, ucdantutma həbslər həyata keçirilməlidir, yox, sadəcə “beşinci kolon”a mənsub şəxslər neytrallaşdırılmalıdır ki, ölkəmizin təhlükəsizliyinə təhlükə yaranmasın.

- Məlumdur ki, Rusiya ilə yanaşı, İranla da ölkəmizin münasibətlərində gərginlik yaşanır. Bu proseslərin riskləri varmı və bundan çıxış yolu nədir?

- Əlbəttə, risklər mövcuddur. Bizdən asılı olmayan səbəblərdən hər iki ölkə ilə gərginliklər var. Rusiya təyyarəmizi vurdu, İran da anti-Azərbaycan təbliğatına başladı. İstisna deyil ki, Moskva ilə Tehran anti-Azərbaycan siyasətini koordinasiya edir. Baxın, Azərbaycan təyyarəsi vurulandan sonra Rusiya ilə münasibətlərdə gərginlik yaranan kimi, İranda əyalət mollası olan Amuli Azərbaycan əleyhinə tədbir keçirdi, bəyanatlar verdi. Əlbəttə, bu, Amulinin təşəbbüsü ilə keçirilən tədbir deyildi, İranın Ali dini rəhbəri Seyid Əli Xameneyinin təlimatı ilə keçirilən tədbir idi. Bu mənada, hesab edirəm ki, Moskva ilə Tehran arasında Azərbaycanla bağlı təxribatçı kampaniyada razılaşma olması mümkündür.

İki qonşu ölkə Azərbaycana qarşı təbliğata başlayıbsa, bunun risklərini, hansı addım ata biləcəklərini düşünməliyik. 30 il əvvəl də münasibətlərdə belə gərginliklər var idi. Mərhum prezidentlər Əbülfəz Elçibəyin də, Heydər Əliyevin hakimiyyəti dövründə belə gərginliklər yaşanıb. O zaman Rusiya Azərbaycanın şimalında, iran isə cənubunda müəyyən təxribatlar törətdi, separatizmi körükləməyə başladılar. Mərhum Heydər Əliyev bütün bu cəhdləri iflasa uğratdı, problemlərin qarşısını ala bildi. Düşünürəm ki, risklər yenə də bu məsələlərlə bağlı ola bilər. Rusiyadakı mərkəzlər yenə də şimalda qarışıqlıqlar yaratmaq planlarını həyata keçirməyə, İran isə cənubda bunu gerçəkləşdirməyə cəhd edə bilər. Şimalda və cənubdakı soydaşlarımızın Azərbaycan qanunlarına əməl edəcəklərinə tam əminəm və bundan şübhəm yoxdur. Amma bəzi şəxslər ola bilər ki, yenə də separatizmə meyl etsinlər. Ona görə də bizim hüquq-mühafizə orqanlarımız kifayət qədər diqqətli olmalı, təxribatlara qarşı kifayət qədər tədbirlər görməlidirlər.

Ayna.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40
KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34
Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26
Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14
Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05
Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51
“Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48
Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41
Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40
BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28
"Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21
Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16
Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru