Azərbaycan İranla bağlı yetərincə usta siyasət yürüdür. Bu faktdır və bunu danmaq olmaz. Ənənəvi fars siyasətinin xarakteri Güney Qafqazda məhz Azərbaycanın sayəsində özünü nəzərə çarpdıra bilmir. ADDIMBAŞI İFŞA... Hər şey açıqdadır və "əlində üç tuz olan" rəsmi Bakı hamını kartları açmağa dəvət edir... Təkcə İranı yox... elə Rusiyanı da, Avropa və Amerikanı da... Gerçəkdən də Azərbaycana münasibətdə "örtülü bazar" siyasəti dostluqları şübhəyə alır. Bunu zaman-zaman ən yaxın ölkələrə belə sərgiləmişik ki, bunda da sonuna qədər haqlıyıq... Ola bilsin ki, hansısa müstəvidə məhz AÇIQ FƏALİYYƏTİMİZ (buna siyasət deyilməz) səbəbindən hansısa məhrumiyyətlərlə, itki ilə üz-üzə qala bilərik. Amm bu halın özü belə tutduğumuz xəttin yanlış olması anlamına gələ bilməz. Çünki yekunda hədəfə çatmaq var...