Rus generalın ölümünə görə iki nəfər TUTULDU .....                     Brüssel nəbz yoxlaması həyata keçirir .....                     Azərbaycanda Türkiyə hərbi bazası... .....                     Şokoladdan stul davasına keçid təhsili .....                     Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb .....                     "3-cü sinif dərsliyində 9 yaşlı uşaq üçün bu nə şeirdi?" .....                     Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır! .....                     Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, AMMA... .....                     Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib .....                     Qazaxda ŞOK QALMAQAL: Torpaq sahələrinə erməni `kupçası` .....                     "Sən nəyə hazırsansa, o da sənə hazırdır" .....                     İrəvan Azərbaycana silah satılmaması üçün hər şeyi etməlidir .....                     Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? .....                     Dövlət büdcəsindən ayrılan yardımın artırılmasına .....                     Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq .....                     Qərb regionda genişmiqyaslı təxribatlara hazırlıq görür .....                     "Ermənilərin yaşadığı yerlərdə hal-hazırda bu proses sürətlə davam edir" .....                     İsmayıl Məmmədov idarə rəisi təyin edildi .....                     24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”... .....                     “Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi .....                     Təhsil eksperti şagirdə stul atan müəllimi MÜDAFİƏ ETDİ... .....                     Sahibkardan pul yığmağın yeni “dəbi” .....                     Təxribata cavab belə olacaq: Bakıdan son xəbərdarlıq .....                     Tramp üçün Ermənistan sadəcə “163-cüdür” .....                     Şamaxıda yolların təmiri 621 min manata .....                     Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub .....                     “Avropa Ermənistanı qoruya bilməz” .....                     Qarabağ qazisi etiraz etdiyinə görə İŞDƏN QOVULUB... .....                     Cənab nazir... soğanın başını buraxın... PAMBIQ ƏLDƏN GEDİR! .....                     Can ay fəhlə... sənin hələ pensiya dərdin də var... .....                     Bakı Gömrüyündən yükləri sürətlə çıxan "şirkət"lərə kimlər dəstək durur? .....                     Gəncə təhsilini elə batırıblar ki... .....                     Zay məhsul satmaqları bir yana... .....                     Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... .....                     Yollarımızı çirkinləşdirən AYNA... .....                     Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə .....                     Ermənistanda türk partiyası yaradılacaq .....                     Bəşər Əsəd bu halda həbs olunacaq .....                     Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək .....                     Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər .....                 

İLLƏR SONRA ORTAYA ÇIXAN ŞOK GERÇƏKLƏR - İlham Rəhimovla Rəbiyyət Aslanovanın evliliyi niyə cəmi 6 ay sürdü?
Tarix: Dünən, 19:02 | Çap et
İLLƏR SONRA ORTAYA ÇIXAN ŞOK GERÇƏKLƏR
Və yaxud bunun “siyasi evlilik” kimi təqdim olunması kimlərin marağına xidmət edirdi?

I YAZI

İstənilən ölkədə siyasi evliliklər hər zaman olub. Xüsusilə də qeyri-demokratik, avtoritar rejimlərdə bu, belə desək, daha çox “dəbə” çevrilir. Çünki xalqın maraqlarına zidd fəaliyyət göstərən, addımbaşı qanunları tapdalayan məmurlar özlərini bu cür siyasi evliliklərlə “qarant” altına almağa çalışırlar.

Bir zamanlar Azərbaycanda da oxşar mənzərə mövcud idi. Hər halda, “qudalar hakimiyyəti” deyimi səbəbsiz yerə ortaya çıxmamışdı. Elə indinin özündə də bir-biri ilə quda olan, bu və ya digər şəkildə qohumluq əlaqəsi quran məmurların sayı az deyil. Zaman-zaman bu haqda informasiyalar mətbuata da “ayaq açır”. Amma bəzi hallarda mətbuatın siyasi çalar qatdığı elə evliliklər də var ki, bunlar sadəcə, məlumatsızlıqdan, yaxud məqsədli şəkildə ötürülən dezinformasiyalardan qaynaqlanır. Necə ki, vaxtilə sabiq deputat, Milli Məclisin İnsan Hüquqları Komitəsinin keçmiş sədri Rəbiyyət Aslanova ilə cəmiyyətdə Putinin dostu kimi tanınan iş adamı İlham Rəhimovun nikah masasına əyləşmələri də “siyasi evlilik” kimi təqdim olunurdu.

Məsələn, özlərini “ciddi media” kimi təqdim edən bəzi nəşrlər yazırdı ki, guya, Rəbiyyət Aslanova təxminən 60 yaşında İlham Rəhimovun evlilik təklifinə oğlunu siyasi kariyerasının zirvəsinə daşımaq məqsədilə “hə” demişdi. Guya, xanım Aslanova “çiçəyi burnunda” həyat yoldaşı vasitəsilə həmin dönəmdə Prezident Administrasiyasında mühüm vəzifədə çalışan oğlunu Rusiya prezidenti Valdimir Putinlə görüşdürmək və onun dəstəyi ilə daha böyük vəzifələrə təyin etdirmək fikrində olub. Bu səbəbdən də, Elnur Aslanovun gələcək siyasi karyerası üçün bütün qınaqları göz önünə alaraq İlham Rəhimovla nikaha girməyə razılaşıb. Obrazlı desək, o, İlham Rəhimovu oğlu üçün Kremlin qapılarını açan bir açar kimi əldə etmək istəyib.

Həta o dönəmdə bəzi mətbu oraqanlar yazırdı ki, evləndikdən az sonra Rəbiyyət Aslanova İlham Rəhimovdan israrla onu və oğlunu Putinlə tanış etməyi xahiş edib. Qarşı tərəf isə ümumi tədbirlərin birində yeni həyat yoldaşını ayaqüstü Putinə təqdim edib. Ancaq xanım Aslanova belə ayaqüstü təqdimatdan razı qalmayıb, çünki daha yaxın tanışlıq üçün "ailəvi bir görüş” arzusunda olub. Lakin evlilikləri qısa sürdüyündən İ.Rəhimov həyat yoldaşının bu istəyini reallaşdıra bilməyib.

Əlbəttə, bu iddialar ya jurnalist təxəyyülünün məhsulu, ya da məqsədli şəkildə ortaya atılmış, həqiqəti əks etdirməyən informasiyalar idi. Üstəlik, bu məlumatların yalan olduğu bu gün ortaya çıxmayıb, cütlüyün 6 aylıq uğursuz evlilik müddəti başa çatdıqdan qısa müddət sonra bu, hər kəsə bəlli idi. Lakin bu evliliyin niyə uğursuz olmasının, kifayət qədər ciddi iki insanın qısa müddət sonra nə üçün ayrılmaq qərarına gəlməsinin gerçək səbəbləri hələ də cəmiyyətdə çox az insana bəllidir. Odur ki, biz yazımızda ölkə mətbuatının uzun müddət müzakirəsində olan və “siyasi evlilik” kimi təqdim olunan bu nikahın nə üçün qısa müddət sonra ayrılıqla nəticələndiyini açmağa çalışacağıq.

Öncə onu qeyd edək ki, mətbuatın yazdığının əksinə olaraq, bu evlilik Rəbiyyət Aslanovanın təşəbbüsü ilə baş tutmayıb. Doğrudur, tərəflər arasında sonradan evliliyə qədər gedib çıxan ünsiyyətin tarixi çox da əvvələ gedib çıxmır. Yəni bu yaxınlıq evlilikdən bir neçə ay əvvəl - 2012-ci ilin fevralında İlham Rəhimovun "Cinayətkarlıq və cəza” kitabının BDU-da təşkil olunan təqdimat mərasimi zamanı yaranıb. Belə ki, bu tədbirdən sonra İ.Rəhimov “kitabını yumaq” üçün BDU-nun müəllimi olan tanıdığı xanımı və universitetin kafedra müdiri R.Aslanovanı restorana dəvət edib. İkinci bu təklifdən imtina etsə də, ortaq tanışları və rəfiqəsi olan həmin xanımın israr etməsindən sonra razılaşmağa məcbur olub. Beləliklə, onlarla birgə daha 2-3 qadın da İlham Rəhimova məxsus "Aristokrat” restoranına gediblər. Sonralar bu qonaqlılar daha məhdud çərçivədə, ancaq R.Aslanova və rəfiqəsinin iştirakı ilə keçirilməyə başlayıb. Burada da əsas təşəbbüskar İ.Rəhimov olsa da, üzdə olan “təşkilatçı” xanım Aslanovanın rəfiqəsi olub.

Belə ziyafətlərin birində İlham Rəhimov rəsm əsərlərinə böyük maraq göstərməsindən, hətta kolleksiyasında bir sıra nadir nüsxələr olduğundan bəhs edib. Bu zaman BDU-nun müəllimi olan xanım, guya, həmin əsərlərin onun çox marağını çəkdiyini və görmək istədiyini deyib. Nəticədə, İ. Rəhimov xanımları restoranın üstündəki evinə dəvət edərək, bahalı rəsm əsərlərini onlara nümayiş etdirib.

Beləliklə, bir neçə aylıq "tanışlıqdan” sonra İlham Rəhimov məhz Rəbiyyət Aslanovanın yaxın rəfiqəsi olan həmin müəllimənin təhriki ilə xanım deputata evlilik təklif edib və dərhal olmsa da, müəyyən müddət sonra razılıq alıb. Əlbəttə, R.Aslanovanın İ.Rəhimovun evlilik təklifinə dərhal “hə” deməməsinin əsasən iki səbəbi olub. Birincisi, 60 yaşda evlənməsinin Prezident Administrasiyasında çalışan oğlunun siyasi kariyerasını zərbə altında qloya biləcəyindən ehtiyat edib. İkincisi isə, həmin dönəmdə İlham Rəhimovun adı həmyerlisi olan bir müğənni ilə hallanır, hətta onların öz aralarında vətəndaş nigahı bağladıqları bildirilirdi.

Xanım deputat bütün bu narahatçılıqlarını rəfiqəsinə də danışmış, hətta İ.Rəhimovun təklifinə “yox” deyəcəyini söyləmişdi. Bu söhbətdən bir gün sonra rəfiqəsi R.Aslanova ilə görüşərək, narahat olduğu məqamlarla bağlı üstüörtülü İlham müəllimlə söhbət etdiyini, qarşı tərəfin bu iddiaları yalanladığını və bu haqda onun özü ilə danışmaq istədiyini bildirib. Nəhayət, bu məsələ yemək süfrəsi arasında üçlükdə müzakirə olunub və İ.Rəhimov sözügedən müğənni – Ruhiyyə Əliyeva ilə ciddi yaxınlığının olmadığını deyib. Hətta etiraf edib ki, onunla bir neçə dəfə ötəri münasibətdə olub və bundan irəliyə gedən heç bir yaxınlıq da ola bilməz.

Beləliklə, İlham Rəhimov rəfiqəsinin də dəstəyi ilə xanım deputatın “saqqızını oğurlamağı” bacarıb. Amma onların evlilliyi üçün əsasə maneə hələ ortada olduğundan, Rəbiyyə Aslanova bu təklifi övladları ilə məsləhətləşdikdən sonra qərar verəcəyini bildirib.

R.Aslanova elə həmin gün İlham Rəhimovun evlilik təklifi haqda Elnur Aslanov da daxil olmaqla, 3 övladına məlumat verib. Görünür, Putinin dostu, kifayət qədər kapitala sahib olan nüfuzlu iş adamı ilə evliliyə ailədə ciddi qarşı çıxan olmadığından, Rəbiyyət xanım İlham müəllimin təklifinə “hə” deyib. Ən maraqlısı isə odur ki, İ.Rəhimov çox yox, cəmi bir həftə sonra onunla nigah masasına oturub.

İLLƏR SONRA ORTAYA ÇIXAN ŞOK GERÇƏKLƏR

Çox məşhur bir deyim var: “Məhəbbət yaşa baxmır”. Təxminən 60 yaşında evlilik haqda qərar verən cütlük ömürlərinin qalanını birgə yaşayacaqlarına şübhə etməyiblər. Çünki qısa müddətdə aralarında “sevgi bağı” yaranıb. Əlbəttə, bu sözlərim kimlər üçünsə bəlağətli görünə bilər, amma yaxınları yaxşı bilir ki, bu evlilik onların həyatında böyük dönüş yaradıb. Məsələn, ilk baxışdan tərəddüd etsələr də, sonradan analarını xoşbəxt görmək R.Aslanovanın övladlarını da məmnun edib. Bu səbəbdən də, onlar İlham Rəhimova çox böyük sayqı ilə yanaşıb, onu tez-tez evlərinə dəvət edib, bir növ, qaynayıb-qarışıblar. Təsadüfi deyil ki, R.Aslanovadan ayrıldıqdan qısa müddət sonra İ.Rəhimovun özü də bu haqda açıqlama verib: “Milli Məclisin deputatı, professor Rəbiyyət xanım Aslanova cəmiyyətimizdə kifayət qədər tanınmış, ziyalı bir xanımdır. Uzun illərdir tanıyıram, ona və övladlarına həmişə böyük hörmətim olub, indi də var...”

Lakin, təəssüf ki, bu xoşbəxtlik cəmi 6 ay çəkib. İ.Rəhimovun bəlkə də keçmiş səhvlərindən qaynaqlanan aldığı bir xəbər onunla yanaşı, yenicə ailə qurduğu R.Aslanovanın həyatını alt-üst edib.

Bəs, o xəbər nə idi? Bütün bunlarla bağlı növbəti sayımızda daha ətraflı məlumat verəcəyik. Bizi izləyin.

G.Ə.

Redaksiyadan: Bu yazı hazırda Avropada yaşayan və müəyyən səbəblərdən adını tam olaraq açıqlamayan xanım jurnalist tərəfindən qələmə alınıb. Yazıda qeyd olunan fikirlərlə bağlı maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Hurriyyet.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rus generalın ölümünə görə iki nəfər TUTULDU - “Kommersant”
Bu gün, 10:55
Brüssel nəbz yoxlaması həyata keçirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:53
Azərbaycanda Türkiyə hərbi bazası... - Əliyevin cavabı
Bu gün, 10:52
Şokoladdan stul davasına keçid təhsili - Nazir demişdi axı...
Bu gün, 10:48
Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb
Bu gün, 10:46
"3-cü sinif dərsliyində 9 yaşlı uşaq üçün bu nə şeirdi?" - ETİRAZ
Bu gün, 10:40
Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır! - Komediya içində komediya
Bu gün, 10:33
Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, AMMA... - Ermənistandan cavab yoxdur!
Bu gün, 10:18
Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib
Bu gün, 10:17
Qazaxda ŞOK QALMAQAL: Torpaq sahələrinə erməni `kupçası` - BU NƏDİ BELƏ?..
Bu gün, 10:09
"Sən nəyə hazırsansa, o da sənə hazırdır" - FOTO
Bu gün, 10:07
İrəvan Azərbaycana silah satılmaması üçün hər şeyi etməlidir - Köçəryan
Bu gün, 10:05
Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? - Camaat narazıdır... TROLLARSA MƏMNUN!
Bu gün, 10:03
Dövlət büdcəsindən ayrılan yardımın artırılmasına partiyalardan REAKSİYA
Bu gün, 09:56
Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Qərb regionda genişmiqyaslı təxribatlara hazırlıq görür - NƏ ETMƏLİ?
Bu gün, 09:50
"Ermənilərin yaşadığı yerlərdə hal-hazırda bu proses sürətlə davam edir" - deputat
Bu gün, 09:47
İsmayıl Məmmədov idarə rəisi təyin edildi - ƏMR
Bu gün, 09:43
24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”... - “Bir çoxu təhsilini yarımçıq qoyacaq”
Bu gün, 09:42
“Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 09:39
Təhsil eksperti şagirdə stul atan müəllimi MÜDAFİƏ ETDİ... - "...Uşaqda heçmi günah yoxdur?!"
Bu gün, 09:33
Sahibkardan pul yığmağın yeni “dəbi” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:29
Təxribata cavab belə olacaq: Bakıdan son xəbərdarlıq - GƏLİŞMƏ
Bu gün, 09:28
Tramp üçün Ermənistan sadəcə “163-cüdür” – Sərkisyan
Bu gün, 09:26
Şamaxıda yolların təmiri 621 min manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:23
Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 09:21
“Avropa Ermənistanı qoruya bilməz” – erməni politoloqdan sensasiyalı AÇIQLAMA
Bu gün, 09:16
Qarabağ qazisi etiraz etdiyinə görə İŞDƏN QOVULUB... - MÜRACİƏT
Bu gün, 09:14
Cənab nazir... soğanın başını buraxın... PAMBIQ ƏLDƏN GEDİR! - VİDEOFAKT
Bu gün, 09:06
Can ay fəhlə... sənin hələ pensiya dərdin də var... - AXI NİYƏ?..
Bu gün, 09:01
Bakı Gömrüyündən yükləri sürətlə çıxan "şirkət"lərə kimlər dəstək durur? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:52
Gəncə təhsilini elə batırıblar ki... - İTTİHAM VAR...
Bu gün, 08:49
Zay məhsul satmaqları bir yana... - GİLEY
Bu gün, 08:35
Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... - İLGİNC İDDİALAR
Bu gün, 08:26
Yollarımızı çirkinləşdirən AYNA... - ETİRAZ
Bu gün, 08:21
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Bu gün, 07:55
Ermənistanda türk partiyası yaradılacaq – Çaxoyan
Bu gün, 07:14
Bəşər Əsəd bu halda həbs olunacaq - Azərbaycanlı siyasətçidən ilginc açıqlama
Bu gün, 07:11
Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
Bu gün, 07:09
Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər – Genişmiqyaslı müharibə riski qalır
Bu gün, 06:18
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb
Bu gün, 06:14
"Xahiş edirəm, bu söhbətə son qoyun"
Bu gün, 00:48
“Ölkə tam xaos içindədir”, amma... - Suriyalıların gələcək ümidi
Bu gün, 00:34
Azərbaycanda 18 illik audit şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda beton şirkəti bağlanır
Bu gün, 00:02
“Müəllimlərə şokolad” trendinin arxasında nələri axtardıq? - Əslində, necə olmalı idi?
Dünən, 22:51
Əsədin devrilməsindən sonra hər kəs bu qadını axtarır - FOTO
Dünən, 22:49
Ərdoğanın "Sarı gəlin" mesajı ünvanına çatıb - RƏY
Dünən, 22:12
Azərbaycanda hərbi xidmət müddəti AZALDILIR? - Deputat açıqladı
Dünən, 22:08
Məktəblərin birləşdirilməsinə ekspertlərin REAKSİYASI: - Bu problemlərə yol açacaq...
Dünən, 22:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru