Gürcüstan hökuməti Samir Aşurovun ailəsinə oturum verməkdən imtina edib - TƏFƏRRÜAT
Gürcüstan hakimiyyəti Azərbaycanda həbs olunmuş fəal Samir Aşurovun ailəsinə siyasi sığınacaq verməkdən imtina edib.
Gununsesi.info xəbər verir ki, bu barədə fəalın xanımı Nuranə Aşurova bildirib.
Aşurova deyib ki, həyat yoldaşı həbs ediləndən sonra öz ünvanına hədələrdən sonra 2023-cü ilin yayında iki azyaşlı uşağı ilə birlikdə Gürcüstana gedib.
O, Gürcüstandan siyasi sığınacaq istəyib, lakin ölkənin miqrasiya orqanları bundan imtina edib. Aşurovanın sözlərinə görə, o, Gürcüstan hakimiyyətinin qərarından yerli məhkəməyə şikayət edəcək.
Xatırladaq ki, siyasi mühacir Samir Aşurov 29 mart 2023-cü ildə Almaniyadan deportasiya edilib, 20 gün sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsi bıçaqlamaqda ittiham olunub və həbs edilib.
İyulun 21-də Aşurova qarşı yeni ittiham irəli sürülüb- silah tətbiq etməklə xuliqanlıq. 2023-cü ilin dekabrında məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrum edib.