Cəlal Əliyevin Aslanov barədə İlham Əliyev və Mehriban Əliyevaya müraciəti - Əbülfəz Əliyevin 7 yaşlı uşağından ürək yandıran fikirlər
Tarix: 21-02-2015, 10:22 | Çap et
Qəzetimizin 28-31 yanvar və 05-10-12-17 fevral 2015-ci il tarixli saylarında redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən, vaxtilə hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışan Əliyev Əbülfəz Cəlal oğlunun bəzi yüksək çinli məmurlar tərəfindən aldadılaraq külli miqdarda pulunun mənimsənildiyi barədə ətraflı məlumat vermişdik. Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı, vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib: "Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz olub. O, mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa, ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2 milyon dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək mənim verdiyim pulu mənimsədi. Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin və Azərbaycanda tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Rövşən Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verdikləri vədlər olub. O cümlədən Neftçala rayon icra başcısı İsmayıl Vəliyev və Xızı rayon icra başcısı Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək pulun silinməsini tələb ediblər. Bununla razılaşmayan Əbülfəz Əliyev susdurulmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib. Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faiz hissəsini vermirlər, nə də 482 min dollar pulunu. O cümlədən bu məsələ hətta mətbuat vasitəsilə ictimailəşəndən sonra belə nə qarşı tərəfdən, nə də hüquq-mühafizə orqanları tərəfindən heç bir münasibət bildirilməyib. Dünən redaksiyamıza gələn Əliyev Əbülfəz və 7 yaşlı oğlu Cəlal Əliyev atasının düşdüyü bu vəziyyətlə əlaqədar dövlət başcısı cənab İlham Əliyev və xanımı millət vəkili, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevadan qəzetimiz vasitəsilə kömək istədi. Biz 7 yaşlı Cəlal Əliyevin müraciətini sizin diqqətinizə çatdıracağıq. Amma əvvəlcə atası Əbülfəz Əliyevdən oğlunun bu fikrə nədən gəldiyi barədə soruşduq. Zərərçəkən bizimlə söhbətində bildirdi ki, bu iki il ərzində düşdüyü vəziyyət uşaqlarına həm maddi, həm də psixoloji baxımdan güclü təsir edib: "Mən bu problemlə əlaqədar daim ora-bura gedir, çıxış yolu axtarıram. Buna görə də vaxt tapıb uşaqlarımla ciddi maraqlana, qayğılarına qala bilmirəm. Digər tərəfdən ciddi maliyyə problemi yaşadığımdan, o cümlədən borc sahiblərinin, bankların məni və ailəmi tez-tez narahat etməsi də uşaqlarımda ciddi sarsıntılar əmələ gətirib. Həm öz evimi, həm də anamın evini borca görə banklar tərəfindən əlimizdən alındığından kirayədə yaşamağa məcburuq. Bu amil də, yəni evsizlik də vaxtilə normal həyat yaşayan uşaqlarım üçün problem yaradıb. Hətta 7 yaşında uşaq belə mənim nə vəziyyətdə olduğumu hiss edir. Anasından, nənəsindən eşitdikləri onu bu müraciəti etməyə vadar etdi. Səmimi deyirəm, bu, onun şəxsi təşəbbüsüdür. Məktəbdə müəlliməsi ilə bağlı bu barədə söhbət edib və prezidentimizə və xanımına müraciət yazmaq qərarına gəliblər". İndisə zərərçəkmiş Əbülfəz Əliyevin 7 yaşlı oğlu Cəlal Əliyevin Azərbaycan prezidenti cənab İlham Əliyevə və xanımı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciətini sizin diqqətinizə çatdırırıq. Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyevaya müraciət edirəm! Əziz Prezidentimiz və Mehriban xanım! Mənim indi 7 yaşım var. Martın 31-də 8 olacaq. Bakı şəhəri 47 saylı orta məktəbin 2-ci sinifində oxuyuram. Dərs əlacısıyam, həftənin 2 gününü idmanla məşğul oluram. Atam, anam, nənəm demək olar ki, hamı mənim və digər azyaşlı qardaşlarımın qayğısına qalırlar. Məktəbdə müəllimlərimlə və şagird yoldaşlarımla mehribanam. Yaxşı oxuduğuma görə tez-tez müəllimlərim tərəfindən təriflənirəm. Gənclər və İdman Nazirliyinin keçirdiyi yarışlarda rəhbərlik tərəfindən iki dəfə qalib olduğuma görə mükafat almışam. Mükafatlarım indi də məktəbdə şərəf lövhəsindən asılıb. Əziz Prezidentimiz və Mehriban xanım! Artıq iki ildən çoxdur ki, atamın bir probleminin yarandığını bilirəm. Bu problem atamı tamamilə dəyişib. Mən onu hər gün qəmgin və fikirli görürəm. Həmişə deyib-gülən, bizimlə zarafat edən, oynayan atam indi evə gələndə ancaq oturub fikirləşir. Amma əvvəllər evə gələn kimi bizi öpər, kefimizi soruşar, dərslərimizlə maraqlanardı. İndisə tamamilə dəyişib. Düzdür, atamın nə problemi olduğunu dəqiq bilmirəm. Amma atamın niyə həmişə qəmgın olduğunu nənəmdən soruşanda dedi ki, bəs yüksək vəzifədə olan bəzi şəxslər atamı aldadaraq onun nəyi var idisə əlindən alıblar. Buna görə də nənəmin və bizim evimizi bank əlimizdən alıb. İndi evimiz olmadığından nənəmlə birgə kirayədə yaşayırıq. Əziz Prezidentimiz və Mehriban xanım! Atamın pulunu alan, bizi evsiz qoyan insanlar pis adamlardır. Onlar vəzifədə olduqlarına görə, bizim kimi çox insanları aldadaraq pullarını, evlərini əllərindən alırlar. Bu adamlar nə Allahdan, nə də Sizdən qorxmurlar. Amma mən inanıram ki, siz Azərbaycanda hamıdan güclü və ədalətlisiniz. Mən bilirəm Siz və Mehriban xanım o adamları tənbeh edib cəzalandıracaqsınız. Əgər siz onları cəzalandırsanız bəlkə onda həmin o pis adamlar atamın pulunu və bizim evimizi geri qaytararlar. Bu işdə atama yardım edəcəyinizə Sizi sevən bir azərbaycanlı şagirdi kimi inanıram. Bəlkə bundan sonra atamın üzündə təbəssüm yarana və bizimlə əvvəlki kimi oynayar, gəzməyə aparar. Əziz Prezidentimiz və Mehriban xanım! Bizə məktəbdə müəllimlərim öyrədib ki, uşaqların da hüquqları var və bu hüquqları prezidentimiz qoruyur. Mən televizorda Sizin və Mehriban xanımın şagirdlərlə tez-tez görüşdüyünüzü, onlarla maraqlandığınızı, xəstə uşaqlara kömək etdiyinizi görüb sevindim ki, bizim də problemimizi həll edəcəksiniz. Ona görə Sizdən və Mehriban xanımdan xahiş edirəm ki, atamı aldadaraq əlindən aldıqları pulu, bizim və nənəmizin evini geri qaytarmaq üçün həmin o vəzifəli şəxsləri cəzalandırasınız. Çünki atam bununla bağlı çoxlu nazirlərə müraciətlər edib. Hər gün evimizdən poçtolyon atamın onlara yazdığı məktubları göndərir. Amma onlardan bir xəbər çıxmır. Heç biri atamın dərdinə şərik olmaq istəmir. Bizə köməklik etmirlər. Ona görə də mən müəllimimlə Sizə və Mehriban xanıma bu müraciəti yazmaq qərarına gəldim. Əziz Prezidentimiz və Mehriban xanım! Siz və Mehriban xanım güclü və yaxşı insanlarsınız. Siz pis adamlarla mübarizə aparır, onları cəzalandırırsınız. İnanıram ki, atamın da düşdüyü bu problemdən çıxmasına kömək edəcək, onu aldadan vəzifəli adamları cəzalandıracaqsınız. Bizim ailəmizi və məni sevindirmək istəyirsinizsə, atama kömək edin ki, bizim və nənəmin evini geri alaq. Qoy bizim də rahat yaşamaq və oxumaq üçün evimiz olsun. Cənab Prezidentimiz və Mehriban xanım! Mən, ailəm, şagird yoldaşlarım və müəllimlərim sizləri çox istəyirik və inanırıq ki, bizə köməklik göstərəcəksiniz. Bakı şəhəri 47 saylı orta məktəbin 2-ci sinif şagirdi 7 yaşlı Əliyev Cəlal Əbülfəz oğlu Hazırladı: Ə.Əliyev \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Bu gün, 21:02 |
|
|
|
• AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Bu gün, 20:58 |
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Bu gün, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Bu gün, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Bu gün, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Bu gün, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Bu gün, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Bu gün, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Bu gün, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Bu gün, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Bu gün, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Bu gün, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Bu gün, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44 |
|
|
|
|