Şəmsəddin Xanbabayevə 1 aprel «zarafatı» hazırlanır - Ölkənin ən yaşlı icra başçısı ilk olaraq yola salınır - Sırada daha kimlər var?
Tarix: 12-02-2015, 10:07 |
Çap et
DİA.AZ: - Son günlər bəzi rayon icra hakimiyyəti başçılarının vəzifələrindən alınacağı haqda müxtəlif informasiyalar yayılmaqdadır. Bildirək ki, hətta rəhbərliyi dəyişəcək rayonların siyahıları da yayılıb.
DİA.AZ-a daxil olan informasiyada isə bildirilir ki, yaxın günlərdə hələlik yalnız bir rayonun icra başçısının vəzifədən alınması gözlənilir.
Məlumatı verən qaynağın sözlərinə görə, hələlik Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevi görəvdən alırlar.
Qeyd edək ki, Şəmsəddin Xanbabayev icra başçıları arasında ən yaşlısıdır. Bu il aprel ayının 1-də 76 yaşını qeyd etməyə hazırlaşan Şəmsəddin müəllimin elə vəzifəsindən alınacağı da təxminən həmin ərəfəyə qədər çəkə bilər. Bunu da diaaz.space-a məlumatı verən mənbə söyləyib.
DİA.AZ bildirir ki, ümumiyyətlə parlament seçkilərinə qədər 20-yə yaxın rayonun rəhbərinin dəyişdirilməsi gözlənilir.