Nazirlikdə bilirlər ki, burda nə işlə məşğuldurlar?.. - İLGİNC İDDİALAR...
Tarix: 19-08-2023, 08:36 | Çap et
 Yazıya giriş olaraq onu qeyd edək ki, son illər ən çox tənəzzülə məruz qalan sahə təhsilimizdir. Söhbət həm orta məktəblərdən, həm də ali təhsil müəssisələrindən gedir. Təsəvvür edirsiniz, özünü təhsil eksperti hesab edənlər deyir ki, məktəb direktoru pedoqoq olmaya bilər, hətta aqronom da ola bilər. Guya, Allah qoymasa, məktəb direktoru menecer olmalıdır. Təsəvvür edirsiniz, bu gün Elm və Təhsil Nazirliyində pedoqoji sahəni bilənlər yoxdur, çoxu keçmiş “Narxoz”un məzunlarıdır. Təsəvvür edirsiniz, ömründə 1-cə saat sinfə girib dərs keçməyən birini Regional Təhsilə müdir təyin edirlər. Belə hallar kifayət qədərdir, saymaqla qurtaran deyil. Müdriklərdən biri deyir ki, bir milləti məhv etmək üçün onun təhsilini məhv etmək yetər. Bütün bunlar azmış kimi, ölkədə saxta diplomlar da ciddi problemə çevrilib. Təsəvvür edirsiniz, DİM-in qəbul imtahanında az bal toplayan biri hansı yollasa Tibb Universitetinin tələbəsi olur və həmin şəxs gələcəkdə həkim kimi millətin qəssabı olacağını düşünmür. Son vaxtlar təhsilimizlə bağlı yeni ideyalar ortaya atılıb, qəbul imtahanları ləğv edilsin. Yaxşı, qəbul imtahanları ləğv ediləcəksə, tələbə hansı kriteriya ilə məlum olacaq. Yəni müasir texnologiyanın biliciləri həmişə imtahan verməyə hazır olmalıdırlar. Ancaq bəzi şəxslər istəyirlər ki, ölkənin təhsil sistemini başdan - başa məhv etsinlər. Belə təhsil ekspertlərindən biri də Beynəlxalq Təhsil Mərkəzinin təsisçisi və direktoru Ramal Şəmşədlidir. Təhsil eksperti Ramal Şəmşədli deyir ki, orta məktəblər 12 illik, ali məktəblər isə 3 illik olmalıdır. Bundan soruşan lazımdır ki, bunu nəyə əsaslanıb deyirsən, bir məntiq olmalıdır dəə... Ramal Şəmşədli deyir ki, ümumiyyətlə, imtahanlar ləğv olunmalıdır, bir çox fənnlər ləğv edilməlidir. Fikir verdinizmi, imtahanlar ləğv olunmalı, fənlər ləğv olunmalı, fənlərin sayı maksimum azaldılmalıdır...bəs yerdə...nə qaldı. Deməli, bəzi maraqlı şəxslərin məqsədi ölkə təhsilini bazara çevirməkdir. Beynəlxalq Təhsil Mərkəzinin https://www.facebook.com/beynalxalqtehsilmerkezi/ səhifəsinə daxil olub ötəri nəzər salırıq. Az bal toplayıb, amma universitet oxumaq istəyən abituriyentlərin nəzərinə heç bir imtahan vermədən istədiyiniz ixtisas üzrə təhsil almaq üçün bizə müraciət edin. Ünvan: Nərimanov r., Əhməd Rəcəbli 189 Ramal Şəmşədli Təsisçi və direktor. İndi özünüz fikirləşin, bu məzun az bal topladığı üçün Azərbaycanda ali məktəblərin heç birinə daxil ola bilməyib. Yəni savadı, təhsili yetərli olmayıb, buyursun kolleclərdə təhsil alsın, yaxud yenidən hazırlaşsın və s. Amma Ramal Şəmşədlinin təsisçi və direktor olduğu Beynəlxalq Təhsil Mərkəzi deyir ki, lap SIFIR bal toplasan da orta məktəb attestatını gətir və pulunu ver, səni Türkiyədə, hətta Polşada universitetlərin birinə düzəldək get oxu. Bir soruşan yoxdur ki, minimal bal toplaya bilməyən məzun Türkiyədə, yaxud Avropada oxuyub necə mütəxəssis olacaq..? Və sabah o Azərbaycana qayıdıb xalqa necə xidmət edəcək..? Deməli, Beynəlxaq Təhsil Mərkəzinin səhifəsində izləyicilərdən biri yumorla yazır ki, mən 9-cu sinif attestatı ilə universitetə girə bilərəmmi...? Bəli, doğrudan da, acınacaqlı durumdur. Bəlkə, ibtidai sinif kağızı ilə universitetlərə düzəldəsiniz, cənab Ramal Şəmşədli..? Deməli, redaksiyamıza daxil olan məlumata görə, Beynəlxalq Təhsil Mərkəzində imtahansız qəbul üçün 1500 manat alırlar, bu təhsil haqqının 30 faizi deməkdir. 120 manat imtahan pulu ona görə alınır ki, imtahan zamanı, guya, abituriyentə kömək edəcəklər, sonra deyirlər ki, əgər imtahandan kəsilsəniz, yenidən imtahandan keçmək üçün 60 manat ödəməlisiniz. Yaxşı, bizim televiziyalarımızda bəh - bəhlə reklam olunan Beynəlxalq Təhsil Mərkəzinin qəbulu haradan pulsuz oldu? Görəsən, bu təhsil mərkəzini yalandan reklam edən televiziyalar Elçin Mehdiyev kimi hüquqlarını bilən və onu hər yerdə tələb edən şəxslərlə rastlaşacaqlarını bilmirdilərmi? Sözün qısası, bu işin bir adı var - TƏHSİL BAZARI... Biz isə deyrik ki, millətin gələcəyi ilə bazarlıq etməzlər... Bazar olmasın, Ramal Şəmşədli. //gundelik-baku.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
|