Əgər Azərbaycana ərazi iddiamız olsaydı… .....                     BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib .....                     Şirvanda vəzifəli şəxs cərimələndi .....                     AVROSƏRSƏMLİK... .....                     Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? .....                     Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri .....                     Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq .....                     Özəl, yoxsa ÖZBAŞINA bağçalar? .....                     Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış .....                     İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... .....                     Sülh prosesini pozan addım: .....                     Sabiq deputatdan qalmaqallı açıqlama: .....                     Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                     Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram .....                     Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... .....                     Sumqayıtda polis profilaktik tədbir keçirib .....                     Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                     “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” .....                     Putindən Vaşinqtona “duel” təklifi .....                     İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib .....                     Əliyev bunu ilk dəfə açıqladı .....                     Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                     "Dünya hamıya çatacaq qədər böyükdür" .....                     Suriyada qalib hansı ölkədir? .....                     "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" .....                     Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                 

Lənkəran bələdiyyəsində BÖYÜK YEYİNTİ - İTTİHAM VAR!
Tarix: 8-04-2023, 02:33 | Çap et
Lənkəran bələdiyyəsində BÖYÜK YEYİNTİ
Redaksiyamıza daxil olan tragikomik və analoqu olmayan informasiyanın izi ilə Lənkəran şəhəri “Böyük bazar” qəbiristanlığına qədər gəldik.
İlk dəfə rayona gəldiyimizdən ünvanı soruşa-soruşa tapdıq. Etiraf edim ki, lənkəranlıların hər zaman qonaqpərliyi barədə eşitsəm də, birinci dəfə idi ki, bunun canlı şahidi olurdum. Yolboyu düşünürdüm, bazar günüdür, necə edəcəyəm?
Qəbiristanlığın həyətinə daxil olanda “Yasın” surəsinin oxunduğunu eşidəndə narahatlığıma son qoyuldu. Qapıda qarşılaşdığımız orta boylu, əlində təsbeh və kiçik köhnəlmiş dəftərçə olan bir kişi Lənkəran rayonundan olmadığımızı anlamışdı ki, bizə yaxınlaşıb “kimi axtarırsınız?” - deyə soruşdu. Miriyeva Rəvayət Kərim qızı. Doğum tarixi 25.06.1932-ci il, ölüm tarixi 07.02.2021-ci il- mərhumun məzar daşında belə yazılıb... Keçək əsas mətləbə.
Lənkəran şəhər sakini, S.Vurğun küçəsi ev 38-də daimi qeydiyyatda olan və yaşayan 25.06.1932-ci il təvəllüdlü Miriyeva Rəvayət Kərim qızı 07.02.2021-ci ildə pandemiya zamanı ev şəraitində vəfat edir, mərhumu həyat yoldaşının yanında dəfn edirlər, lakin onun ölümünü rəsmiləşdirməyi düz iki il sonraya saxlayırlar. Mərhumun ailəsini belə bir anoloqu olmayan cinayətə Lənkəran bələdiyyəsinin sədri Aygün Mirzəyeva təşviq edir.
Məlumata görə, Lənkəran bələdiyyəsinin sədrinin anası Sevil Mirzəyeva mərhum Miriyeva Rəvayətin qızı Sadıqova Rəksanəyə uzun müddət öncə sələmə pul verib, qarşı tərəf də vaxtlı-vaxtında pulu ödəyə bilmədiyi üçün Mirzəyeva ailə daxili məşvərətdən sonra belə bir qərara gəlib ki, pandemiya vaxtıdır, ölüm faktını gizli tutmaqla anasına olan borcun ödənilməsini təmin etmək mümkündür. Mərhumun təqaüd aldığı bank kartını da alıb verir anasına. Ölüm faktını bilərək gizlədən və dövlətin vəsaitinin qeyri-qanuni yolla əldə olunmasına şərait yaradan Lənkəran bələdiyyəsinin sədrinin iki il sonra saxta arayışla ölüm faktını rəsmiləşdirmək istəyinin arxasındakı məqamlara yəqin ki, aidiyyəti qurumlar aydınlıq gətirəcəklər. Ehtimal olunur ki, ya tərəflər arasındakı sələmə verilən pulun əsas məbləğinin geri qaytarılması məsələsi və ya bank kartının etibarlılıq müddəti bitdiyi üçün Aygün Mirzəyeva belə qərar qəbul edib. Bələdiyyə sədri 16.03.2023-cü il tarixdə Sadıqova Rəksanə Niyaz qızına verdiyi imzalı, möhürlü rəsmi arayışda göstərir ki, güya 25.06.1932-ci il təvəllüdlü Miriyeva Rəvayət Kərim qızı 06.03.2023-cü il tarixdə Lənkəran şəhər “Böyük bazar” qəbristanlığında dəfn olunub. Halbuki təqdim etdiyimiz fotofakt bunun əksini söyləyir.
Diqqətli oxucularımız fotofaktda aydın şəkildə müşahidə edə bilərlər ki, məzar bir ay öncəyə aid deyil. Məzar daşı üzərindəki ölüm tarixinin usta tərəfindən yanlışlıqla başqa vaxtda göstərilməsi ümumiyyətlə inandırıcı deyil. Əvvəla, doğum və ölüm tarixini mərhumun şəkli ilə birgə ustaya yazılı formada vəfat edənin ən yaxını təqdim edir. Digər tərəfdən, ölülərinə həssaslıqla yanaşan Lənkəran əhalisindən hər hansı birinin belə məsələdə laqeyidlik edə biləcəyi istisnadır. Tarixlər arasında müqayisə aparsaq görərik ki, məzar daşı üzərində 7.II.2021-ci il göstərilib, lakin bələdiyyə sədrinin rəsmi arayışında bu tarix 16.III.2023-cü il olaraq göstərilib.
Başqa sözlə, tarixin hər hansı səbəbdən yanlışlıqla fərqli şəkildə məzar daşı üzərində həkk olunması inandırıcı deyil.
Maraqlı məqamlardan biri də bələdiyyə sədrinin 16.03.2023-cü il tarixdə təqdim etdiyi rəsmi arayışı əsasında mərhumun “Ölüm haqqında tibbi şəhadətnamə”sinin 17.03.2023-cü il tarixdə hazırlanmasıdır. DSMF publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara Regional Filialına qədər zəncirvari şəkildə uzanan bu cinayət əməlinin arxasında dayanan Aygün Mirzəyevanın daha neçə nəfər ölən vətəndaş üzərindən dövlətin vəsaitini mənimsədiyini, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hər vəchlə maddi gəlir əldə etmək istəyini araşdırmaq müvafiq dövlət qurumlarının səlahiyyətlərinə aiddir. Media olaraq biz əlimizdəki faktları oxucularımızla paylaşırıq, ölülər üzərindən varlanmaq ehtirasına sahib və bu yolda bütün vasitələrə əl atan bələdiyyə sədrinin fəaliyyətinə qiymət verilməsi hüquq-mühafizə orqanlarının və ictimai vicdanın ixtiyarındadır. Əminik ki, Lənkəran kimi adət-ənənələrinə sadiq, ölülərinə həssaslıqla yanaşıb qiymət verən bir rayonun vətəndaşlarını Aygün Mirzəyevanın daha hansı cinayət tərkibli əməllərinin olması düşündürməmiş deyil. Qoy qiyməti ictimai vicdan və aidiyyəti qurumlar versinlər.
P.S Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
//gundelik-baku.com//

Lənkəran bələdiyyəsində BÖYÜK YEYİNTİ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Bu gün, 21:40
BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Bu gün, 21:38
Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Bu gün, 19:23
AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Bu gün, 19:21
Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02
Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00
Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56
Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru