DİA.AZ: - Ciddi market şəbəkələrinin satışa çıxardıqları məhsulların keyfiyyətinə nəzarət etməmələri bir yana, bu işdən məsul olan dövlət qurumlarının da sözügedən məsələyə dırnaqarası baxmaları nəticədə vətəndaşlarımızın açıq təhlükə ilə üz-üzə qalmasına nədən olmaqdadır. DİA.AZ bildirir ki, hər halda, bu gün ortalıqda olan mənzərə belə deməyə əsas yaradır.
Nəzarətsizlik nəticəsində özünü brend marka kimi təqdim edən supermarketlərimizdə keyfiyyətsiz mal satışı geniş vüsət alıb. Biz də diaaz.space olaraq növbəti faktlardan birini təqdim edirik.
"Müştərinin Səsi" sosil durumundakı paylaşımda narazı vətəndaş gileyini bu şəkildə ifadə edir:
"Sadəcə dəhşət... Adı "Ləzzət Dünyası" olsa da, çox pinti, çox məsuliyyətsiz şirkət imiş...
Bu markanın məhsullarını tövsiyyə etmirəm...
"Araz" marketdən alınıb..."
Məsələ ilə bağlı diaaz.space olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...