Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                 

Apellyasiya Məhkəməsinin ziddiyyətli bəyanatlarının arxasında kim durur? - İLGİNC
Tarix: 6-03-2023, 13:14 | Çap et
Apellyasiya Məhkəməsinin ziddiyyətli bəyanatlarının arxasında kim durur?
Bakı Apellyasiya Məhkəməsi (BAM) FB-Company kommersiya şirkətinin sahibləri Anar Qəribov və Ağa Əliyevin Fuad Rzayev və Babək Babayevə məxsus “Azur” Ticarət Mərkəzinə qarşı iddiasının məhkəmə araşdırmasını başa çatdırıb. Martın 1-də dördüncü iclas keçirilib, Qəribov və Ağayev üçün gözlənilməz olaraq hakim Vüsalə Baxışova əvvəlki iclasda özünün qəbul etdiyi məhkəmə qərarını verməkdən imtina edib. Qəribov və Əliyev “Azur” şirkətinin anbarında xarab olmuş malların (brend geyimlərin) və əmlakın öyrənilməsi və qiymətləndirilməsi üçün məhkəmədən müstəqil ekspert şirkətinə yazılı göstərişi almayıblar.

Bu mallar FB-company şirkətinə və geyimləri “Azur”dan icarəyə götürülmüş ticarət yerində (1285 kv. m.) satan Ağa Əliyevə məxsusdur. 4 il öncə yeri icarəyə verən gözlənilmədən müqaviləni pozaraq icarə qiymətini kəskin şəkildə qaldırıb. O zaman icarəçilər bildiriblər ki, müqavilədə razılaşdırılmayan yüksək qiyməti ödəməyəcəklər və artıq icarəyə götürülmüş yerin əsaslı təmirinə pul xərcləyiblər. Buna cavab olaraq, mallar sahibinin icazəsi olmadan çıxarılıb və qapalı anbara yığılıb, orada da çürüyüb. Bu epizodda Qəribov və Əliyevə bir milyona yaxın ziyan dəyib. İddiaçılar öz mallarını korlanmış hesab edirlər. Hüquqşünasların fikrincə, “Azur” şirkətinin sahibləri və vəzifəli şəxsləri Cinayət Məcəlləsinin səkkiz maddəsini pozmaqda günahkardırlar və buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Qəribov və Əliyev onlardan tam kompensasiya tələb etmək üçün korlanmış malların yeni ekspertizasının keçirilməsini tələb edirlər.

Martın 1-də keçirilən iclasda hakim Vüsalə Baxışova əvvəlcə Turan-ın müxbirindən məhkəmə zalında olmasının səbəbini soruşub, sonra proses tərəflərindən soruşub ki, jurnalistlər mətbuat üçün açıq olan prosesi işıqlandırmalıdırmı? “Azur” firmasının vəkili mətbuatın iştirakının əleyhinə olub, iddiaçı tərəfin nümayəndələri prosesin işıqlandırılmasına etiraz etməyiblər. Məşvərətdən sonra hakimlər jurnalistin məhkəmə zalında iştirakına qərar veriblər və ona ticarət sirrinin açıqlanmasının qadağan olduğunu xatırladıblar. Ancaq həmin gün sirli heç bir şey danışılmayıb.

Məhkəmə günü ziyan dəymiş mallara baxış zamanı qiymət komissiyasının araşdıracağı məsələlərin, ekspertlərin dövlət lisenziyasına malik olması, 14 cildlik işdən (son iclasda söhbət 10 cilddən gedib) yüzlərlə videoqeyd və 700 fotonun (onlarda malların əvvəlki vəziyyəti və anbarda korlanmış geyimlərə baxış əks olunub) olduğu iki flash-kartın yoxa çıxması məsələlərinin ittiham tərəfindən aydınlaşdırılması çərçivəsində keçib. Məhkəmə cildlərindən video və fotofaktların yoxa çıxması prosesin sonuna qədər qaranlıq qalıb.

Qəribov hakimə bu faktlara FAMOUS BRANDS AZUR Youtube kanalında baxmağı təklif etməyə məcburdur. Belə ki, sübutları oraya yerləşdirib. Hakim YouTube kanalını izləməyə razı olub, bundan ötrü onun cəmi iki gün vaxtı var, çünki martın 3-də hökm çıxarılacaq. Anar Qəribov hakimə bildirib ki, 14 cildlik iş materiallarında göstərilən nəhəng sübut kütləsini 2 gün ərzində təhlil etmək mümkün deyil və bu, ədalətsiz hökmün çıxarılması deməkdir. Lakin hakim Baxışova Qəribovun şübhələrini qəbul etməyərək bildirib ki, təqdim olunan bütün faktlarla tanış olmaq onun vəzifəsinə daxildir. Apellyasiya prosesinin üç aydan çox və 4 iclasdan çox müddətə uzadılmasına dair prosedur qadağasına görə daha bir iclas keçirmək üçün hökmü təxirə sala bilməz.

Anar Qəribov işə obyektiv baxılacağını şübhə altına alıb. O həmçinin işə baxılmasını 4 iclasda başa çatdırmalı olduğunu əsaslandıran məhkəmənin fəaliyyət reqlamentini göstərməyi xahiş edib, hakim bundan imtina edib. Hüquqşünasların fikrincə, hakim ekspert qiymətləndirməsinin nəticəsi alınana qədər işin dayandırılmasına qərar verə bilərdi. Zərərçəkən tərəfin vəkili son ekspertiza başa çatana qədər əlavə 15 gün istəyib, lakin məhkəmə imtina edib.

Vəkil məhkəməyə “AzEkspert” MMC – sertifikatlı qiymətləndirmə müəssisəsi, AR Ticarət Sənaye Palatasının üzvü ilə müqaviləni məhkəməyə təqdim edib. Hakim bu şirkətə dövlət lisenziyasının verilməsini tələb edib, lakin Qəribov etiraz edərək deyib ki, 2012-ci ildən bu fəaliyyət növünə lisenziya şamil edilmir. Lakin hakim bununla bağlı açıqlama verib ki, ölkə prezidentinin qərarına əsasən ekspertiza ilə ixtisaslaşdırılmış qurumlar məşğul olmalıdırlar. Ekspert qiymətləndirməsinin məhkəmənin adlandırdığı ixtisaslaşmış qurumlara verilməsilə bağlı Qəribovun təklifinə hakim cavab verib ki, bu cür müəssisələr hələ formalaşmayıb və onların formalaşmasına qədər bununla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi məşğul olur. İşin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə verilməsilə bağlı Qəribovun təklifinə hakim cavab verib ki, artıq bu Mərkəzin rəyi var və ziyan dəymiş malların dəqiq məbləğini verə bilməyib.

Mübahisə davam edir, nəticədə Qəribov və Əliyevin şirkəti malların ekspertizasının aparılması üçün lazım olan qərarı hakimdən almayıb. Fevralın 12-də və 23-də vəkillər məhkəmənin elektron portalı vasitəsilə məhkəməyə yazılı müraciət edərək əvvəlki iclasda vəd edilmiş qərarı almağı xahiş ediblər. Lakin hakim Baxışova bu dəlilləri rədd edib və təkrar edib ki, qərarı öz kabinetində, yəni məhkəmə iclasından kənarda verə bilməz, prosessual məhdudiyyətlər səbəbindən isə beşinci məhkəmə iclasının keçirilməsi mümkün deyil. Hakim israr edib ki, zərərçəkənlər ötən iclasda söylənilən şifahi məhkəmə qərarının əsasında malların ekspert qiymətləndirməsini apara bilər. Lakin vəkillər və ekspert əmindirlər ki, şifahi qərar kifayət deyil, “Azur” şirkəti ekspertləri öz anbarına buraxmaz, üstəlik ekspertlər deyiblər ki, yazılı məhkəmə qərarı olmadan başqasının kommersiya ərazisinə daxil olmayacaqlar. Proses zamanı vəkilin və Qəribovun versiyasını “Azur” şirkətinin vəkili təsdiqləyib və deyib ki, onun firması təkrar ekspertizanın əleyhinədir.

“Azur” nümayəndəsinin iddiaları maraqlıdır, o, Qəribovdan soruşub: Niyə öz mallarını onların anbarından götürməyiblər və bununla da onun korlanmasına yol veriblər. Qəribov cavab verib ki, qurd basmış, kiflənmiş mallar onlara lazım deyil, bundan əlavə, mal sahibinə içəri girib hətta tək-tək mal çıxarmaq qadağan edilib. İcarədarlar hər malın qiyməti göstərilməklə öz əmlaklarının adbaad siyahısını tutublar. Bütün müvafiq sənədlər işə əlavə edilib və malların bazar qiymətinin onları korlayanlardan tutulması üçün ekspert qiymətləndirməsini tələb edir. Qəribov həmçinin xatırladıb ki, mallar oğurlandıqdan iki ay sonra onun yerini polisin səyləri nəticəsində tapıblar. Bir il sonra isə qarşı tərəfin iştirakı ilə 17 günlük ekspertiza zamanı orada təkrar istifadə oluna və ya satıla bilən heç bir geyim və ticarət avadanlığının böyük hissəsini tapa bilməyiblər.

Proses başa çatmaq üzrəydi. Hakim iddiaçıları əmin edib ki, prosesin davam etdirilməsinə və ekspertiza haqqında qərarın qəbuluna yol verməyəcək. O zaman məhkəmə qovluğunda yalnız əvvəlki iki ekspertizanın nəticəsi olacaq. Onlar tamamlanmış deyil, çünki Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssisləri bir gün ərzində bütün paltarlara seçici şəkildə baxıblar, sonra orada əleyhqaz olmadan işləmək istəməyiblər, çünki 20295 ədəd paltar kiflənib və çürüyüb. Eyni zamanda, icarədarlar ziyana dair hərtərəfli sənədi məhkəməyə təqdim ediblər. Sənəd 17 gün ərzində hər iki tərəfin iştirakı ilə hazırlanıb və buraya korlanmış, oğurlanmış malların və əmlakın siyahısı daxildir.

Məhkəmə Ekspertizası Mərkəzi detallaşdırma və korlanmış avadanlığın adbaad siyahısı olmadan malın tamamən korlanması barədə rəy verib. Auditor rəyinin, bütün tərəflərin iştirakı ilə ziyanın 17 günlük detallı siyahıya alınmasının və Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin qərarının əsasında əmlakın xarab olmuş hissəsi 503 662 manat məbləğində qiymətləndirilir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş mədaxil-məxaric mühasibat sənədləri əsasında 410 994 manat məbləğində malın itdiyi bildirilir, əlavə edilmiş iki auditor rəyinə əsasən hüquqazidd əməllərdən icarədarlara dəyən maddi ziyan 213 328 manat, əldə edilməmiş mənfəət isə 348 318 manat təşkil edir.

Qəribov geri çəkilmək niyyətində deyil, öz hüquqlarının təmin olunmasını tələb edib, izah edib ki, mövcud qanunvericilik normalarına görə, 2012-ci ildən əmtəə ekspertizası dövlət lisenziyasından azad edilib, heç bir dövlət orqanı dövlət lisenziyası verə bilməz, çünki belə lisenziya, sadəcə, verilmir. Odur ki, hakimin ekspert firmasına lisenziya verilməsi tələbi qanunsuzdur. Mübahisə hakim Baxışovanın xəbərdarlığı ilə başa çatıb. O, Qəribova bildirib ki, əgər danışmağa davam edərsə, hakimin oturmaq və susmaqla bağlı göstərişlərini yerinə yetirməsə, proses onun iştirakı olmadan davam edəcək. Məhkəmə praktikasında qəbul edilmiş son iclasda son söz verilməsinə zidd olaraq, son söz verilməyib.

“Azur” şirkətinin sahibləri və rəhbərliyi məhkəməyə gəlmirlər, bu şirkətin vəkili isə Turan-ın suallarını cavablandırmaqdan imtina edib. Turan Qəribovdan Apellyasiya Məhkəməsinin gözlənilən qərarının ədalətliliyinə niyə şübhə etdiyinə və hansı məhkəmə qərarını doğru hesab etdiyinə aydınlıq gətirməyi xahiş edib. Apellyasiya Məhkəməsi onun tələblərini təmin etməkdən imtina edərsə, FB-company-nin növbəti addımları necə olacaq?

Qəribov deyib ki, məhkəmə böyük oliqarx qruplaşmasının maraqlarını əhatə etdiyi üçün birtərəfli qaydada keçirilir. “Biz ilk gündən preventiv tədbir tətbiq etmək və iş üzrə yekun qərara qədər qarşı tərəfə müqavilənin tələblərini yerinə yetirməyi həvalə etmək üçün vəsatət qaldırdıq. Əgər məhkəmə belə bir tədbir görsəydi, sizi inandırım ki, bizim zərərimiz belə miqyas almazdı. Ancaq məhkəmə-hüquq-mühafizə orqanlarının böyük ordusu, sadəcə, məişət cinayətlərinin üzə çıxarılması ilə məşğul olur, daha böyük şəxslərə və onların ailə üzvlərinə gəldikdə isə qanunlar işləmir və tamamilə fərqli mexanizmlər işləyir – sən mənə, mən sənə. Əgər böyük binaların sahibləri özlərinin cəzasız qaldıqlarına əmindirsə, notariusa getmək və uzunmüddətli müqavilə bağlamağın mənası nədir. Sonra bizim 4 ildir etdiyimiz kimi, müxtəlif qurumlara ayaq döymək lazım gəlir.

Biz tərəfdən dövlət başçısına teleqram göndəriləcək, bu işin əsl səbəbləri, bu işə obyektiv baxılmasına və ədalətli hökmün çıxarılmasına mane olan yüksək vəzifəli şəxslər göstəriləcək. Sonra dövlət başçısına açıq məktub dərc olunacaq. Hörmətli medianın iştirakı ilə açıq mətbuat konfransının keçirilməsi də planlaşdırılır. Bundan sonra Ali Məhkəməyə, hüquq-mühafizə orqanlarına müraciət olacaq. Bədəbəddə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olacaq. Bütün bu hərəkətlər bizim məhkəmələrdə yüksək vəzifəli məmurların, oliqarxların və onların ailə üzvlərinin xeyrinə işlərə baxılmasına dair pis təcrübəyə son qoymalıdır.

Əgər biz uşaqlarımızı çiçəklənən və ədalətli Azərbaycanda görmək istəyiriksə, susmağa haqqımız yoxdur, həqiqəti səlahiyyətli orqanlara və bizim hüquqlarımızın və qanunçuluğun qarantı olan prezidentə çatdırmalıyıq.

P. S. Məqalə hazırlanarkən məhkəmə zalından xəbər gəldi. Martın 3-də qərar çıxarılıb. BAM hökmün elan edilməsinin əvəzinə məhkəmə çəkişməsinin davam etdirilməsinə və həm Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinin, həm də zərərçəkən tərəfin ekspertinin cəlb edilməsilə ekspert qiymətləndirməsinin təyin edilməsinə qərar verib. İddiaçı öz əmlakının ekspert qiymətləndirməsinə dair lazımi məsələləri bir həftə ərzində məhkəməyə təqdim edəcək.
//Turan//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru