Dəniz Platformalarına gedəsi neftçilər PİYADA QALIB... - MÜRACİƏT
Tarix: 1-03-2023, 08:26 |
Çap et
DİA.AZ: - "Azneft İstehsalat Bitliyinin illərlə həlli tapılmayan problemi hələ də davam edir". DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.
Hazırki durumu "Azneft" rəhbərliyinin məsuliyyətsizliyi kimi təqdim edən hüqü-müdafiəçisi onların təşkilatına giley edən neftçilərin dilindən yazır:
"Mən 28 May NQCI platformasında işləyirəm. 3 gündür ki hava şəraiti ilə əlaqədar (dumana görə) platformaya gedə bilmirik. 3 gündür ki gəlib Pirallahıdan rayona qayıdırıq.
Artıq pulmuz da qalmayıb... Platforma rəhbərliyinə müraciət edirik ki heç olmasa bizi Çilov adasına aparın, hava açılandan sonra platformaya gedərik....
3 gündür ki idarə 1 gəmi alıb bizi Çilov adasına apara bilmir... İdarə deyir ki cəmi 1 gəmi var... O da 80 nəfər götürür. Xahiş edirik, köməklik etsinlər... heç olmasa Çilova gedək".
Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq....