Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb .....                     Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? .....                     Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül .....                     Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... .....                     AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? .....                     Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... .....                     Qarabağ erməniləri üçün Rusiya nümunəsi .....                     “TələbəPlus” kartları VERİLDİ, .....                     Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı .....                     Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir .....                     Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... .....                     Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır .....                     Quba ŞAHİN OYLAĞINA çevrilib... .....                     Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb .....                     AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda .....                     Xaçmaz sakinləri ümid edir ki... .....                     Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır" .....                     Azərbaycan qlobal gərginliyin azaldılmasına və etibarlı körpülərin qurulmasına töhfə vermək niyyətindədir .....                     Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb .....                     Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı .....                     Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir .....                     Qalib Ordunun Müzəffər Ali Baş Komandanı .....                     Xalq rəssamı Tofiq Ağababayev vəfat edib .....                     Məsuliyyətdən yayınmanın ALFANET üsulu... .....                     "Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm" .....                     İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ... .....                     Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar .....                     "Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir" .....                     Millətin bitməyən KONTAKT HOME çiləsi... .....                     İşlək sayğacları buna görə DƏYİŞDİRİLƏRMİŞ... .....                     Putin məqsədinə necə nail olub ki... .....                     Müharibədə “hərbi zadəganlıq” illüziyası .....                     Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır .....                     "Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." .....                     "Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." .....                     Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı .....                     Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti .....                     “MilliKart” nizamnamə kapitalını azaldır .....                     "Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... .....                 

Zaur Mikayılovun azad edilmiş ərazilərdə ŞOK BİZNESİ - Şərikləri arasında Eldar Mahmudovun adamları da var...
Tarix: 19-01-2023, 08:39 | Çap et
Zaur Mikayılovun azad edilmiş ərazilərdə ŞOK BİZNESİ
Son illər ölkədə su ehtiyatlarının azalması, quraqlığın ildən-ilə artması ərzaq və digər təhlükəsizlik məsələlərini ön sıraya çıxarır. Bu baxımda işğaldan azad olunan ərazilərin zəngin su ehtiyatı problemin həlli üçün yeni imkanlar açıb. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ("Azmelsutəsərrüfat" ASC) bu yöndə Qarabağ və Şərqi Zəngəzur ərazilərində layihələr həyata keçirir.

Bəs, ölkənin taleyüklü məsələsində hökumət nə dərəcədə şəffaf davranır?

2022-ci ilin 16 noyabrında prezidentin təsdiq etdiyi "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda meliorasiya və su təsərrüfatı ilə bağlı ilkin investisiya layihələrinin siyahısı açıqlanıb.

Zaur Mikayılovun azad edilmiş ərazilərdə ŞOK BİZNESİ

Lakin çəkilən xərclərlə bağlı heç bir məlumat verilmir.

Bununla bağlı Prezident Administrasiyasına ünvalandığımız sorğu da cavabsız qalıb.

Dövlət satınalmaları portalında meliorasiya və su təsərrüfatı sisteminin qurulması ilə bağlı 2021-ci ildə 178 min manatlıq, 2022-ci ildə isə 380 milyon manatlıq tender məlumatlarına rast gəlirik.

Zaur Mikayılovun azad edilmiş ərazilərdə ŞOK BİZNESİ

Qubadlı

Həkəriçayın üzərində qurulacaq meliorasiya layihələri üçün 2022-ci ildə 317 milyon manatlıq tender keçirilib. Burada aparılan tikinti işlərinə yerli şirkətlərlə yanaşı, türk şirkətləri də cəlb olunub.

Yerli şirkətlərdən olan "Nort Vest Konstrakşn" MMC 2022-ci ildə "Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi" üzrə layihə-smeta sənədlərinin hazırlanması, eləcə də tikinti-quraşdırma işlərinə görə 188 milyon 751 min manat alıb. Şirkət bu layihələri tender yolu ilə əldə edəndə vergi orqanlarına 11,1 milyon manat borcu var idi. Qanunvericiliklə isə tenderdə iştirak edən şirkətin vergi borcu olmamalıdır.

Şirkətin Latviyadakı törəməsi - "North West Baltic" şirkətinin təsisçiləri sırasında İqtisadiyyat Nazirliyinin Latviyadakı "Azərbaycan Ticarət Evi"nin həmtəsisçisi və direktoru olan Rüfət Quliyevin adına rast gəlirik.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinə yaxın olan "CENGİZ" İnşaat Sənaye və Ticarət şirkəti də Həkəriçay ilə Zabuxçayın birləşdiyi yerdə tikilən su anbarının layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin icrası üçün 128 milyon 210 min manat alıb.

Maraqlıdır ki, prezident İlham Əliyevin Qubadlı rayonuna səfəri zamanı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov ona məruzəsində bildirmişdi ki, Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən su anbarının və ondan ayrılacaq magistral kanalların yaradılması ilə bağlı təklifləri Türkiyənin "Suyapı" məsləhətçi şirkəti verib. Lakin bu şirkətlə bağlı dövlət satınalmaları portalında heç bir məlumat yoxdur.

Zaur Mikayılovun sözlərindən məlum olur ki, dövlət büdcəsindən yüz milyonlarla manata başa gələcək suvarma sistemi "Dost Aqropark" şirkətinin 1900 hektar, "Dost Ziraat Heyvandarlıq" şirkətinin 1700 hektar və digər şirkətlərin min hektarlarla əkin sahələrini su ilə təmin edəcək. "Dost Aqropark" və "Dost Ziraat Heyvandarlıq" Türkiyə prezidenti Ərdoğanın qardaşının kürəkəni Abdulkadir Karagözə aid şirkətlərdir. "Dost Aqropark" MMC-nin qanuni təmsilçisi Mehmet Zeki Tuğrula AK Partiyanın gənclik qolunda (Genclik Kolu) təmsil olunur.

Ağdam

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası üçün 2022-ci ildə 17 milyon manata yaxın vəsait nəzərdə tutulub.

Ağdamda yerləşən "Xaçınçay" su anbarının təmiri və bərpası isə "Körpü - Bina - Tikinti" MMC -yə həvalə edilib və bununla bağlı 2022-ci il üçün 10 milyon manata yaxın vəsait ayrılıb. Suqovuşan su anbarının təmiri, bərpası da bu şirkətə tapşırılıb və buna görə, 12,2 milyon manatlıq tender qazanıb.

2001-ci ildə yaradılan "Körpü-Bina-Tikinti" ən böyük dövlət sifarişlərini alan şirkətlərdən biridir.

Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşovun adı “MTN işi” kimi tanınan qalmaqallı cinayət işində Eldar Mahmudovun yaxın adamı olaraq keçirdi.

"Xaçınçay" magistral kanalının, Cəbrayıl rayonunda meliorasiya və su təsərrüfatı kompleksinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması işləri "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" MMC-yə həvalə edilib. Layihələrin hazırlanması üçün şirkət 1,3 milyon manatlıq tender qazanıb.

Şirkət Köndələnçay, Suqovuşan su anbarlarının bəndlərində təmir-bərpa işlərinin layihələndirilməsi üçün də ümumilikdə 73 min manatlıq tender qazanıb.

"Hydrotrans Engineering Mühəndislik Mərkəzi"-nin hüquqi ünvanı ilə Baş nazirin keçmiş müavini Abid Şərifova bağlı olan AVRO-ASİYA İnşaat Korporasiyası "EVRASCON" ASC-nin qeydiyyat yeri eynidir. Bu şirkət ölkənin ən nəhəng dövlət sifarişlərinin icrası ilə tanınır.

Füzuli

"Köndələnçay" su anbarlarının bəndlərində təmir-bərpa işlərini "RAMCO" şirkəti həyata keçirir. Bu işlərin icrası üçün şirkətə 11,5 milyon manata yaxın vəsait ayrılıb.

"Ramco" QSC 2010-cu ildə yaradılıb və qanuni təmsilçisi Rövşən Abdullayevdir.

Vergi reyestrində Rövşən Abdullayevin və onun ailə üzvlərinin adına xeyli şirkətə rast gəlmək olur. Bu şirkətlərin bir qismi Vergilər Nazirliyində 2020-ci ilə qədər şöbə müdiri işləmiş Azər Əsədova bağlıdır. Azər Əsədov eyni zamanda vergilər nazirinin keçmiş müşaviri, İqtisad Universitetinin Biznes Mərkəzinin direktoru Asəf Əsədovun oğludur.

Rövşən Abdullayev və ailə üzvlərinin qeydiyyatda olduğu ünvan (Əsəd Əhmədov küçəsi, ev 203, mənzil 26) Azər Əsədovun təsisçisi olduğu audit şirkəti "HS Consulting" MMC-nin yerləşmə ünvanı olaraq göstərilir.

Abdullayev-Əsədovların Qarabağdakı fəaliyyətləri tək bununla yekunlaşmır. Ailə Füzuli rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırma, layihə sənədlərinin hazırlanması üçün 3,5 milyon manatlıq tender qazanan "SUPEK" Proje Müşavirlik türk şirkətinə də yaxındır.

Belə ki, türk şirkətinin Azərbaycandakı filialının qeydiyyatdan keçdiyi ünvanla (Binəqədi rayonu F.Məlikov 7-ci mikrarayon, ev 4, Məhəllə 3123, mənzil 62) Rövşən Abdullayevə bağlı olan "CASPİAN EQUİPMENT COMPANY" ASC-nin hüquqi ünvanı eynidir. Şirkətin qanuni təmsilçisi Kamal Bağırov daha öncə Rövşən Abdullayeva məxsus "GMC GROUP" MMC-də (keçmiş adı "Grand Motors" MMC) rəhbər vəzifələrdə çalışıb.

Cəbrayıl

Cəbrayılın İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddində, Araz çayı üzərində tikilən "Qız Qalası" su anbarından magistral suvarma kanalının tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırılma və layihə-smeta sənədlərinin hazırlanması üçün 1,7 milyon manata yaxın vəsait ayrılıb. Tenderi qazanan "Hydro-Geo Environnement Group" MMC və "Hinal Proje" MMC birgə müəssisəsidir. "Azərsu" Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutunun baş mühəndisi olmuş Saleh Seyfullayev şirkətin qanuni təmsilçisidir. MMC "Azərsu" ASC-nin iri həcmli tenderinin qalibi olub.

S.Seyfullayev deyir ki, hazırda "Azərsu" ASC ilə heç bir əlaqsi yoxdur. O, "Hydro-Geo Environnement Group" MMC-nin qanuni təmsilçisi olduğunu desə də, konkret nə zamandan fəaliyyət göstərməsi ilə bağlı suala cavab verməkdə tərəddüd edib: "Şirkət əslində, uzun müddətdir ki, fəaliyyət göstərir. Ayrı-ayrı işlər görüb, ondan sonra şirkət kimi formalaşıb".

İqtisadçı Elçin Rəşidov deyir ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC həyata keçirdiyi layihələrin dəyərinin şişirdilməsində maraqlıdır: "Mən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin layihələri ilə bağlı təlimlər keçmişəm, həm də işlərində iştirak etmişəm. Görmüşəm ki, onlar layihələri çox bahalı keçirməkdə maraqlıdırlar və ucuz alternativlərə meyl göstərmirlər".

İqtisadçının fikrincə, meliorasiya və su təsərrüfatı sahəsinə qoyulan investisiyaların səmərəliliyinin qiymətləndirilməsi metodologiyası hazırlanmalıdır: "Ölkədə investisiyaların səmərəliliyin qiymətləndirilməsi və texniki- iqtisadi əsaslandırma qaydaları qəbul edilməlidir ki, texniki-iqtisadi əsaslandırma düzgün hazırlansın, həqiqi optimal və fermerlərin maraqlarına, ölkənin iqtisadi maraqlarına uyğun, o cümlədən istehlakçının maraqlarına uyğun layihələr ən səmərəli şəkildə seçilə bilsin. Hazırda bu qaydalar olmadığına görə, onlar daha çox həmin sahədə qərar verənlərin maraqlarına uyğunlaşdırılır. Onlara belə kanalların tikintisi verildikdə onlar daha bahalı, heç də səmərəli olmayan şəkildə tikməkdə maraqlıdırlar".

"Meliorasiya və Su Təsərrüfatı" ASC isə qeyd olunanlarla bağlı yaranan suallara cavab verməyib.

Qarabağda su təsərrüfatı ilə bağlı şirkətlərin işləri su kimi rəvan getsə də, onların necə seçilməsi və xərcləri ilə bağlı məsələlər heç də su kimi şəffaf deyil.

Araşdırma və vizualizasiya: AbzasMedia











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb – Qramı 150 manata
Bu gün, 11:06
Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? - DETALLAR
Bu gün, 11:03
Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - ARAŞDIRMA
Bu gün, 11:00
Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... - ÖZBAŞINA QALIB...
Bu gün, 10:55
AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? - VİDEO
Bu gün, 10:50
Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb - KİV
Bu gün, 10:45
Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... - İTTİHAM VAR...
Bu gün, 10:32
Qarabağ erməniləri üçün Rusiya nümunəsi - İNCƏLƏMƏ
Bu gün, 10:27
“TələbəPlus” kartları VERİLDİ, bəs SONRA?
Bu gün, 10:24
Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı
Bu gün, 10:17
Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir - FAKT BUDUR!
Bu gün, 10:14
Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 10:10
Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 10:01
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Bu gün, 09:52
Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb - FOTO
Bu gün, 09:49
AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda - DİQQƏT!
Bu gün, 09:45
Xaçmaz sakinləri ümid edir ki... - NARAZILIQ VAR...
Bu gün, 09:44
Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır" - NƏ ETMƏLİ?
Bu gün, 09:32
Azərbaycan qlobal gərginliyin azaldılmasına və etibarlı körpülərin qurulmasına töhfə vermək niyyətindədir - deputat
Bu gün, 09:27
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb - HESABAT
Bu gün, 09:19
Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı
Bu gün, 09:17
Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir - ŞƏRH
Bu gün, 09:11
Qalib Ordunun Müzəffər Ali Baş Komandanı - İsrafil Kərimovun yazısı
Bu gün, 09:10
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
Bu gün, 09:06
Məsuliyyətdən yayınmanın ALFANET üsulu... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
"Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm" - Qurbanəli Ömər
Bu gün, 08:55
İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ... - Ekspert danışır...
Bu gün, 08:50
Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar – Sürpriz həbslər gözlənir
Bu gün, 08:46
"Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir"
Bu gün, 08:43
Millətin bitməyən KONTAKT HOME çiləsi... DAVAM EDİR!
Bu gün, 08:41
İşlək sayğacları buna görə DƏYİŞDİRİLƏRMİŞ... - İLGİNC İDDİALAR...
Bu gün, 08:29
Putin məqsədinə necə nail olub ki... - Kreml şefinin ziddiyyətli cavabları...
Bu gün, 08:15
Müharibədə “hərbi zadəganlıq” illüziyası - yalnız qan, hiylə və qəddarlıq var
Bu gün, 07:10
Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır - GƏLİŞMƏ
Bu gün, 07:08
"Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." - Azər Həsrət
Bu gün, 06:28
"Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." - ETİRAZ
Bu gün, 06:24
Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı – “Danışırlar ki, 2025-ci ildə…”
Bu gün, 06:20
Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 00:05
“MilliKart” nizamnamə kapitalını azaldır
Bu gün, 00:02
"Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır"
Dünən, 23:34
“Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” - Fərda ilə bağlı suala belə cavab verdi
Dünən, 23:30
Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Dünən, 21:40
BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Dünən, 21:38
Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Dünən, 19:23
AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Dünən, 19:21
Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Dünən, 19:02
Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Dünən, 19:00
Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Dünən, 18:58
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Dünən, 18:52
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Dünən, 18:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru