Azərbaycanda 24 illik şirkət .....                     Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb .....                     ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi .....                     Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, .....                     Paşinyanın “təkliflər oyunu" .....                     Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək .....                     ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: .....                     Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib .....                     Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir .....                     Sülh müqaviləsi şübhə altında .....                     Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu .....                     Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? .....                     "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri .....                     Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi .....                     Zəngəzur dəhlizi olmayacaqsa, .....                     "Yelo Bank"ın kritik maliyyə hesabatları .....                     Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... .....                     Azərbaycan Qətərə yeni səfir .....                     Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi .....                     Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib .....                     Azərbaycan İndoneziyaya yeni səfir .....                     Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb .....                     “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” .....                     Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib .....                     Bakıda həbsxanada .....                     Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi .....                     Dəməşqdə mitinq .....                     AYNA bir “texniki" nasazlığın əlində qalıb .....                     Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir .....                     “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri .....                     Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? .....                     Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi .....                     Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var .....                     32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə .....                     Bayramqabağı əfv sərəncamı gözlənilir? .....                     İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: .....                     Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur .....                     Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." .....                     Ağalı kənd məktəbinə yeni direktor təyin olunub .....                 

Abdulla Tağıyev külli-ixtiyarı verib qohumlarına... - İLGİNC GƏLİŞMƏ
Tarix: 23-08-2022, 08:08 | Çap et
Abdulla Tağıyev külli-ixtiyarı verib qohumlarına...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu, “SOCAR Methanol”, “SOCAR Karbamide”, “SOCAR Polymer” Qaz Emalı Zavodu və “Azərkimya” kimi istehsal müəssisələri “SOCAR Downstream Management” MMC şirkətinin idarəçiliyi altında birləşir. Bu barədə neft üzrə ekspert İlham Şaban yazıb.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, SOCAR-da ixtisarlar başlanıla bilər. Bir neçə müəssisənin bir idarəçilik altında birləşdirilməsi ixtisarlara səbəb olur:

“Qərar imzalanıb, amma onun SOCAR Müşahidə Şürası tərəfindən təsdiqi sentyabrda olmalıdır”.

Hüquq müdafiəçisi deyib ki, SOCAR-ın yanacaq satan şirkətində də dəyişikliklər var. Şirkətin 100 faizlik törəmə müəssisəsi olan “SOCAR Petroleum” QSC-də bu ilin iyunun 1-də işçi ştatının optimallaşması ilə əlaqədar əməkdaşlara bildirişlər paylanılıb. Bu bildirişlər vasitəsilə işçilərə xüsusi imtahan olunduqdan sonra onların vəzifələrində qalıb-qalmayacağı haqqında qərarın verilməsinə dair məlumat çatdırılıb.

“Bildiriş təqdim edilən tarixə qədər, QSC-də 2 min 250 nəfər çalışıb. İşçilərə eyni zamanda bildirilib ki, onlara 1 ay müddətinə öz istəkləri ilə tutduqları vəzifəni tərk etmə imkanı verilir. Maraqlı odur ki, heç bir xüsusi imtahan aparılmadan kənardan işçilər cəlb edilir. Belə görünür ki, köhnə işçilərə imtahan keçirilməsi adı ilə təzyiq olunur”,- Qəhrəmanlı əlavə edib.

Onun sözlərinə görə, QSC-yə rəhbərlik 3 aydan çoxdur ki, SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri vəzifəsində çalışan Abdulla Tağıyevə tapşırılıb. Cəmiyyətin gündəlik işlərini Tağıyevin qohumları və yaxınları aparırlar. Belə ki, işçilərə bildirişlər verən Abdulla Tağıyevin bacanağıdır. ASC-nin digər rəhbəri İmran İmranov cəmiyyətdə ümumiyyətlə heç bir vəzifə tutmur və Bakı Neft Emalı Zavodunda vəzifədədir:

“Təşkilatımıza daxil olan məlumatda deyilir ki, yeni işə cəlb edilənlərin bu sahədə təcrübələri yoxdur. Amma nədənsə təcrübəli işçilər işdən uzaqlaşdırılır”.

Qəhrəmanlı qeyd edib ki, məsələni daha bir tərəfi odur ki, QSC-nin rəsmi baş direktorunun bütün səlahiyyətləri əlindən alınıb:

“4 aydır işdən çıxma ərizəsi təsdiqlənmir, çünki baş verənləri yeni rəhbərliyin adına yazmaq istəmirlər. Bu cür kadr siyasəti nəticəsində QSC-nin yüzlərlə aparıcı mühəndis, mütəxəssisləri, o cümlədən rəhbər işçiləri iş yerlərini itiriblər”.

“SOCAR Petrolium” şirkəti 2008-ci ilin yanvar ayında yaradılıb. Azərbaycanda neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olur. Hazırda şirkətin 42 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Şirkət həmçinin 11 neft doldurma bazasına malikdir. Şirkətin Bakıda 1 ÇNG (sıxılmış qaz) terminalı var. Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində yanacaqdoldurma məntəqəsi isə ötən ilin dekabrında açılıb. Həmin il Şuşa və Ağdamda da səyyar yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb.

“SOCAR PETROLEUM” QSC məsələyə münasibət bildirib. Açıqlamada deyilir ki,

“SOCAR PETROLEUM” QSC-nin İdarə Heyəti Cəmiyyətin strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması prosesini həyata keçirilməsi ilə bağlı qərar qəbul edib. Cəmiyyətin idarə heyətinin bu qərarı verməsinə səbəb ayrı-ayrı bölmələrdə çoxsaylı pozuntular, maliyyə intizamsızlığı, işin effektivliyinin aşağı səviyyədə olması əsas olub.

“Yoxlamalar zamanı məlum olub ki, Cəmiyyətin bir sıra struktur bölmələrində çalışmış bəzi əməkdaşların təhsilləri peşələri ilə uzlaşmır. Bundan əlavə, Cəmiyyətin ayrı-ayrı bölmələrində çalışan bir sıra şəxslərin fəaliyyətləri audit yoxlamalardan keçirilib və bu yoxlamalar nəticəsində ciddi maliyyə və inzibati nöqsənlar aşkara çıxarılıb”.

“Cəmiyyət rəhbərliyinin qərarına uyğun olaraq, aparılan işlər çərçivəsində struktur və bölmələrin əməkdaşları qiymətləndirilmə prosesinə cəlb olunub. Qiymətləndirilmə ilk əvvəl elektron formada- test sualları vasitəsiylə həyata keçirilir və prosesin şəffaflığı tam təmin edilir.

Qiymətləndirmə üzrə imtahandan iştirakdan imtina edən “SOCAR PETROLEUM”-un bəzi əməkdaşları öz xahişləri ilə işdən azad edilib və həmin şəxslərə orta əməkhaqqının beş misli dəyərində kompensasiya ödənilib”, – açıqlamada vurğulanır.

Daha sonra qeyd olunur ki, “SOCAR rəhbərliyinin humanist addımı” nəticəsində sərbəstləşən bütün işçilərə qeyd edilən ödənişlər həyata keçirilir. Bundan əlavə, qiymətləndirilmədən keçməyən işçilərin də bəziləri gələcəkdə Cəmiyyətin strukturlarında boş vakansiya yerlərində yerləşdirilməsi nəzərdə tutulur.

Məlumatda qeyd olunan kadrlar şöbəsinin rəis müavini bundan öncə də eyni şöbədə, eyni vazifədə uzun müddətdir çalışır və hazırda da yeni strukturda həmin vəzifədə işini davam etdirir. Maliyyə bölməsinə isə SOCAR -ın müxtəlif strukturlarında 32 illik iş təcrübəsi olan şəxs rəhbərlik edir:

“Təəssüf hissi ilə bildiririk ki, bəzi sosial şəbəkələrdə “SOCAR PETROLEUM”-un strukturunda aparılan optimallaşdırma işləri və işin effektivliyini artırılması fonunda həqiqətə uyğun olmayan məlumatlar yayılıb”.
//Meydan TV//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24
Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00
Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26
Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23
Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19
Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17
Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14
"Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00
Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58
"Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42
Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37
Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34
Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32
Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29
“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17
Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13
Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12
Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06
AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02
Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59
“Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57
Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50
Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47
Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Dünən, 15:41
32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Dünən, 15:37
Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Dünən, 15:35
İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Dünən, 15:06
Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Dünən, 15:03
Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Dünən, 15:01
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Dünən, 14:58
BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 14:56
Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Dünən, 14:52
Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Dünən, 14:48
Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Dünən, 14:45
Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Dünən, 14:02
Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Dünən, 14:00
Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Dünən, 13:58
“Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Dünən, 13:10
Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Dünən, 13:08
“Sosial şəbəkədə hamı məni söyür"
Dünən, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru