`Dominos Pizza` vətəndaşın QƏSDİNƏ DURUB... - Görünəni budur...
Tarix: 20-08-2022, 09:02 |
Çap et
DİA.AZ: - "Ölkə xaricində yaşadığım dövrlərdə həmişə "Dominos Pizza" sifarişçisi olmuşam. Gərçək standartı olan bir brend kimi tanımışam". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Cavid Əliyev adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Lakin, bir neçə gün öncə "Dominos.az"dan sifariş etdiyimiz tunalı pizza - Kalipso köhnə çıxdı.
İki dilimdən sonra ZƏHƏRLƏNMƏ oldu. Anlaşılan inqridientlər köhnə idi. (çox güman ki, tunadan idi)
Zəng vurub menecerlərinə bildirdik, çox başısoyuq yanaşdılar. Gah hava ilə əlaqləndirməyə çalışdılar, gah da immunitetin zəifliyi ilə. Guya bunların pizzasını ancaq Van Damme kimi adamlar yeyə bilər. Deyəndə ki, biz diri tuna ilə şəkil çəkdirmişik, başa düşdülər ki, bu nağılları keçmədi, başqa nağıl danışmaq lazımdır.
Nəticə də o oldu ki, gedin hara şikayət edirsiniz edin, Biz Beləyik!.."
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...