"Qadın kolonu"nun ərazisinə GÖZ QOYAN MƏMUR... KİMDİR?
Tarix: 11-04-2022, 08:54 | Çap et
Yəqin çoxları bilmir ki, Zabrat qəsəbəsində yerləşən bu müəssisənin tikintisi 2009-cu ildə başlayıb və düz 12 il sonra - 2021-ci idə təhvil verilib. Amma biz bu tikintinin niyə bu qədər ləngiməsi məsələsinə toxunmayacağıq, çünki bu başqa mövzudur...
Qeyd edək ki, Prezident İlham Əliyev ötən ay müəssisədə yaradılan şəraitlə də yaxından tanış olub.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Zabrat qəsəbəsində yeni inşa olunmuş 350 yerlik qadın cəzaçəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan məhkumlar üçün tərbiyə müəssisəsi Xətai rayonundakı 4 saylı Cəzaçəkmə Müəssisəsinin (“Qadın kalonu” deyilən) məhkumları üçün nəzərdə tutulub. “Təzadlar”ın aldığı məlumata görə, artıq məhkumların hamısı yeni - komfortlu binaya köçürülüb.
Xatırladaq ki, həmin cəzaçəkmə müəssisəsi ötən əsirn 30-cu illərində Bakının mərkəzində inşa olunub. Bir əsrə yaxın yaşı olan bina həm bərbad vəziyyətdə idi, həm də nimdaş görünüşü ilə ətrafa xələl gətirirdi. Yeni binanın isə müasir tələblərə cavab verən yataq, yemək, istirahət, psixoloq, ibadət otaqları, kitabxanası, hətta qadınlar üçün gözəllik salonu da var… Orada məhkimlar üçün standartalara cavab verən ideal şərait yaradılıb.
Bəs "Qadın kalonu"nun köhnə yerinə müştəri gözü düşən məmur kimdir?
Qeyd edək ki, Xətai rayonu ərazisindəki 4 saylı Cəzaçəkmə Müəssisənin ("Köhnə nəsil "Jeniskiy kolon" kimi tanıyır) hələ köhnə binasından köçürülmə prosesi başlamazdan uzun illər öncə də ətraf binaların (beş və dördmərtəbəli) sakinləri köçürülmədən sonra həmin müəssisənin köhnə binalarının sökülərək yerində hər hansı tikintinin aparılıb-aparılmayacağı barədə narahat idilər. İnsanlar narahat olmaqda haqlıdırlar da, çünki Günəşli, Hövsan, Zığ, Aeroport-Mərdəkan... istiqamətindən paytaxtın mərkəzinə, Binə və Sədərək ticarət mərkəzlərinə, rayonlara üz tutan maşınların yeganə çıxışı bu ərazidən keçdiyi üçün dəhşətli tıxaca səbəb olur. Bir tərəfdən də ətrafda inşa olunmuş göydələnlərin yeraltı qarajlarına sığmayan maşınları buradakı Sabit Orucov və Fəzail Bayramov küçələrindəki (Xətai rayon prokurorluğunun ətrafı) həyətlərin ərazisini də zəbt ediyi üçün basabas yaradıb. Uşaqlar həyətə düşüb oynamağa belə yer tapmırlar. Və burada kiminsə bina tikəcəyi təqdirdə, həm yeni sıxlıq yaranacaq, həm də tıxacda qalma müddəti artacaq. Yeni göydələnlər isə mənzillərin ikiqat sayı qədər maşın deməkdi. Nəzərə alsaq ki, indi belə kamfortlu binalarda yaşayanların, nəinki ailədə bir, hətta ailə üzvlərinin sayı qədər maşını olur… Diqqətinizə çatdıraq ki, həmin ərazidə uşaqların əylənməsi, böyüklərin istirahəti üçün xüsusi şərait yaradılmış heç bir park yoxdur. Ərazidən bir qədər aralıda – Yusif Səfərov küçəsindəki “Respublika Perinatal Mərkəz”in yanında-YAP-ın təzə binasının qarşısında kiçik bir park var ki, orada da yalnız bir fontan və skamyalar qoymaqla istirahət yeri yaratmağa çalışıblar. Kiçik bir ərazidə, zatən başqa şərait yaratmaq da mümkünsüzdür.
Xətai metrosunun qarşısındakı Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə bağlı ucaldılmış - “Ana fəryadı” abidəsinin yerləşdiyi park isə hər iki tərəfə yüksək sürətlə şütüyən səs-küylü avtomobil yolu, həmçinin ensiz zolaqdan ibarət olduğu üçün istirahət etmək üçün tamamilə əlverişsizdir.
Qeyd edək ki, “Təzadlar”a verilən məlumata görə, həmin yerə (həbsxananın köhnə binası) çoxdan gözqoyan məmur var. Çünki ərazi şəhər mərkəzinə, həm də yeni salınmış Ağ Şəhər bulvarına çox yaxın olduğu üçün hündürmərtəbəli bina tikib, çox baha qiymətə mənzil satmaq olar. Bu isə çox böyük pullar deməkdir… Mənbənin məlumatına görə, həmin şəxs ərazidə yaşayış kompleksi üçün Bakı şəhər Meri Eldar Əzizovdan da gizlincə razılıq da alıb...
Xatırladaq ki, Prezident İlham Əliyev neçə il öncə tıxaclar səbəbindən paytaxtın mərkəzində tikinti aparılmasını qadağan edən göstəriş verib. Və həmin ərazi də şəhərin mərkəzi sayılır. Hər gün Bakının mərkəzinə doğru 8 Noyabr və H.Əliyev, Babək prospektlərindən... Cavanşir körpüsünə doğru istiqamət götürən maşın karvanı saatlarla tıxac yaradır və bu səbəbdən ərazidə tərpənmək olmur. Saatlarla tıxacda qalan insanların əsəbləri tarıma çəkilir, ətraf binalarda yaşayan sakinlərin isə səs-küydən, siqnal səsindən rahatlıqları yoxdur. Hətta səhərlər mənzillərindən çıxıb harasa gedə bilmirlər, çünki tıxaca düşənlər həyətlərə soxulub çıxış yolu axtarırlar. Hansısa pullu bir şəxsin cibini düşünərək, həm də statusuna arxalanaraq, həmin ərazidə bina tikmək eşqinə düşməsi, ərazidə yaşayan əhalinin və sürücülərin həyatını ağırlaşdıraraq cəhənnəmə çevirə bilər. Odur ki, adı çəkilən F.Bayramov və Sabit Orucov, eləcə də Afiyəddin Cəlilov küçələrinin sakinləri Prezident İlham Əliyevə müraciət hazırlamaqdadır. Müraciətdə ölkə başçısından "Qadın kolonu"nunun ərazisində çoxmənzilli bina tikintisinin qarşısının alınmasına qarşı tədbir görülməsi xahiş edilir. Hətta artıq ciddi narahat olan sakinlərin bildirdiyinə görə, hələlik adını çəkmək istəmədiyimiz həmin məmurun köhnə tarixə Bakı Meriyasından Sərəncam da aldığı bildirilir.
Hazırda müraciət çoxsaylı sakinlər tərəfindən imzalanma mərhələsindədir. Yaxın günlərdə həmin müraciət Prezidentə, Bakı meriyasına və mətbuata göndəriləcək.
Çox təəssüf ki, qədim Bakının dar küçələrinin yaxınlığında tikilmiş belə göydələnlərin hesabına paytaxt sakinlərinin günbəgün rahat yaşayışı çətinləşir, zülmə və əzaba çevrilir.
“Təzadlar”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Axşam.az 12 yaşında!
Bu gün, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27 |
|
|
|
• Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32 |
|
|
|
• Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27 |
|
|
|
• İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24 |
|
|
|
• Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20 |
|
|
|
• Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18 |
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31 |
|
|
|
|