"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                 

Diaspora Komitəsində Eldar Mahmudov İZİ... - İLGİNC İDDİALAR...
Tarix: 9-03-2022, 09:03 | Çap et
Diaspora Komitəsində Eldar Mahmudov İZİ...
Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları perspektivli gənc kadrların dövlət idarəçiliyinə cəlb edilməsi, onların potensialından səmərəli istifadə olunması üçün geniş imkanlar yaratdı. Bu və ya digər sahələrdə uğur qazanmış gənclər daha yüksək postlara cəlb edilməklə cəmiyyətimizin inkişafına öz əməli töhfələrini vermək üçün böyük şans əldə etmiş oldular. Ötən müddət ərzində bir çox sahələrdə qazanılmış nailiyyətlər, yeni, müasir, kreativ iş metotlarının tətbiqi, korrupsiya və reşvətxorluq hallarının minimuma endirilməsi, vətəndaşların problemlərinə həssas münasibət və onların aradan qaldırılması istiqamətində görülən işlər onu deməyə əsas verir ki, yeni kadrlar onlara göstərilən etimadı doğruldur. Təbii, zaman keçdikcə mütərəqqi kadr siyasətinin müsbət nəticələri daha çox özünü göstərəcək.

Amma çox təəssüf ki, vəzifələrə cəlb olunmuş bütün şəxslər haqqında bu sözləri demək mümkün olmur. Necə deyərlər, “meşə çaqqalsız olmaz”. O insanlar ki, öz karyera inkişafını sabotaj, digər perspektivli insnalara “qəbir qazmaq”, şər və böhtan vasitəsilə rəqiblərini kənarlaşdırmaq üzərində qurublar, onların dövlətimizə və cəmiyyətimizə hər hansı fayda verəcəyini düşünmək, sadəcə sadəlövhlük olardı. Bütün bu deyilənlər nöqtəsinə-vergülünə dəyilmədən cumhuriyyet.az olaraq 2020-ci ilin dekabrında Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə təyin olunmuş Vaqif Seyidbəyovun “xidmətləri” sırasına yazıla bilər.

Adətən, yüksək vəzifəyə təyin olunan şəxslərin bir “iş baqajı” olur, cəmiyyət və ya ayrı-ayrı təbəqələrdə, qruplar arasında tanınır. İndi internet dövrüdür, hətta ucqarlarda yaşayan, ictimai həyatdan uzaq olan şəxlər barədə belə az-çox məlumat əldə etmək mümkündür. Vaqif Seyidbəyovun bütün baqajı 2011-ci ildə nurçuların xarici ölkələrdə təşkil etdiyi bir-iki tədbirdə iştirak, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəaisdnə təyinatı haqqında Prezident sərəncamı və cəmi bir neçə tədbirdə iştirakdan o yana keçmir. 10 ildən artıq dövrdə bu şəxs sanki “KQB-nin” agenti kimi işləyib ki, ardınca iz saxlamasın. Amma…

2001-ci ildə ali təhsilini başa vurduqdan sonra bir müddət gənclər təşkilatları ilə əməkdaşlıq edən Vaqif Seyidbəyov 2006-cı ildə Diasporla İş üzrə Dövlət Komitəsində əmək fəaliyyətinə başlayıb. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, b ir neçə il sonra PA-nın keçmiş şöbə müdiri Elnur Aslanovun komandası ilə yaxınlaşdıqdan sonra komitənin gənclərlə iş şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib və xarici ölkələrdə keçirilən tədbirlərə cəlb edilib, əsasən də Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) Avropa ölkələrində təşkil etdiyi forumlarda görünüb.

Nurçularla yaxınlığı karyera inkişafında fürsət kimi dəyərləndirən Vaqif Seyidbəyov 2012 illdə Elnur Aslanovun kurasiyasında olan Prezident yanında Gənclər Fonduna transfer olunub və Fondun layihələr və regionlarla iş sektorunun müdiri vəzifəsində çalışıb. Bununla yanaşı, cumhuriyyet.az-a belə bir məlumat daxil olub ki, onun Gənclər Fonduna keçidi o vaxt milli təhlükəsizlik naziri olan Eldar Mahmudovun mafiyası tərəfindən təşkil edilib. Həmin vaxt iddia olunurdu ki, Fonda ayrılan milyonlarla vəsait, həmçinin dövlətin gənclər siyasəti çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən ayrılan böyük məbləğdə pullar müxtəlif ölkələrdə keçirilən tədbirlər adı altında silinir və mənimsənilir. Görünür, ayrı-ayrı vəzifəli şəxslərdən, iş adamlarından xərac alan keçmiş MTN şefi bu sahəni də baxımsız qoymaq istəməyib və öz adamları vasitəsilə Fondda pul axınını nəzarətə götürüb.

Vaqif Seyidbəyovun şəxsi keyfiyyətlərinin Mahmudov mafiyasının Gənclər Fondu ilə bağlı niyyətlərini reallaşdırması üçün əlverişli şərait yaratdığını demək olar. Məlumatın toplanması, özünə sərf etməyən, karyera inkişafına əngəl törədən adamlar haqqında dosyelər hazırlanması və ötürülməsi bu şəxsin əsas işləri sırasında olub. Kim bilir onun əməlləri nəticəsində neçə-neçə istedadlı gənc ləkələnib və fəaliyyətdən kənarlaşdırılıb.

Məhz Mahmudov mafiyası ilə yaxınlığın nəticəsidir ki, 2013-cü ildə Elnur Aslanov vurulduqdan sonra Vaqif Seyidbəyov Gənclər Fondunda fəaliyyətini davam etdirməyə müvəffəq oldu.

2017-ci ildən Xarici İşlər Nazirliyində çalışmağa başlayan Vaqif Seyidbəyov elə həmin il İsveçdə səfirliyin birinci katibi vəzifəsinə təyin olunub. Qeyd edək ki, XİN sistemində çalışan şəxslərin ən böyük arzusu xarici ölkələrdəki səfirliklərimizə təyinat almaqdır. İşçilər illərlə bu təyinatı gözləyir, bu etimada layiq olmaq üçün var gücləri ilə çalışırlar. Amma Vaqif Seyidbəyov XİN-ə işə düzəldikdən dərhal sonra Avropanın ən gözəl ölkələrindən birində məsul posta təyinat alıb. Görəsən diplomatik sahədə hansı təcrübəsinə, xidmətlərinə görə? Axı həmin dövrdə Eldar Mahmudovun mafiyası ifşa olunmuşdu və təbii ki, ona dəstək göstərilməsi imkan xaricində idi.

Diaspora Komitəsində Eldar Mahmudov İZİ...

Deyilənə görə, Vaqif Seyidbəyov XİN-də əsl intriqa ustası kimi tanınıb, ətrafında olan şəxslər haqqında məlumat toplamaq, onları şantaj etmək, rəhbərliyə donoslar ötürmək, bütün bunlar karına gəlmədikdə isə, media vasitəsilə ifşaedici və ləkələyici məlumatlar ictimailəşdirmək kimi üsullardan geniş yararlanmağı bacaran bu şəxsin üç il – 2020-ci ilin ortalarına kimi İsveçdə nə ilə məşğul olduğu da müəmmadır. Düşünmək olar ki, orada da səfirin ayağının altını qazmaqla irəli getməyi planlayıb. Bu mənada, 2020-ci ildə onun tutduğu vəzifədən azad olunması da növbəti müəmma kimi qiymətləndirilə bilər. Ehtimal etmək olar ki, nəhayətdə XİN rəhbərliyi bu “diplomatın” əməlləri haqda xəbər tutaraq onu vəzifədən uzaqlaşdırıb.

Buna görə də 2021-ci ilin noyabrında Vaqif Seyidbəyovun Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini kimi yüksək vəzifəyə təyinatını izah etmək çətindir. Artıq iki ilə yaxın yüksək vəzifədə çalışan bu şəxsin fəaliyyəti haqqında heç bir məlumat yoxdur. Yalnız bir neçə tədbirdə iştirak, mənasız çıxışlar barədə bilgilərə rast gəlmək olar. Amma digər cəbhədə Vaqif Seyidbəyovun fəallığı göz çıxarır. Xarici ölkələrdəki diaspor təşkilatlarının rəhbərləri onun davranışları, saymazyana münasibəti, sanki “qul” rəftarını həzm edə bilmirlər. Üstəlik, bildirilir ki, Vaqif Seyidbəyov xarici ölkələrdə diaspor təşkilatlarımızın fəaliyyətinə dəstək əvəzinə onlarla işbirliyi qurmaq, ayrılan pulları bölmək, biznes təşkil etmək işlərində çox fəaldır. İşbirliyinə getməyən fəallarımız isə ciddi təzyiqlə üzləşir, şantaj edilir, gözümçıxdıya salınırlar.

Komitənin daxilində də intriqaların dozası yüksələn xətlə inkişaf edir. Maraqlıdır, Vaqif Seyidbəyovun internetdə şəkilini belə tapmaq mümkün deyil, amma mediada komitə sədri Fuad Muradov haqqında qarayaxma xarakterli məqalələr göz çıxarır. Yaxşı araşdırılsa, şübhə yoxdur ki, bu yazıların altından da Vaqif Seyidbəyov çıxacaq. Çünki bu tipli insanlar heç vaxt dayanmağı bacarmırlar.
//cumhuriyyet.net//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru