"Şahdağ" Kompleksi kasıb-kusub yeri deyil... - "Hər şey od qiymətinə!"
Tarix: 10-02-2022, 08:48 |
Çap et
DİA.AZ: - "Şikayətim Şahdağ Kompleksindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Vüsal Əzizli adlı istifadəçi qeyd edir.
Daha sonra narazı vətəndaş yazır: "Şikayətim ondan ibarətdir ki, əvvəllər Şahdağ Kompleksinə gedəndə, kanata pul verib minmək olurdu. İndi ediblər ancaq xizək sürənlər üçün....
Xizəyin də qiyməti elə qiymətdi ki gedib Türkiyədən o qiymətə 3 dənə xizək alaram. ESistemi elə qurublar ki, xizəyə bilet almasan, kanatdan istifadə edə bilməzsən.
İndi hər adamın ora ödəyəcək 100-150 manatı yoxdur axı....
Heç nəyi başa düşmürlər... Hər şey də od qiymətinə!"
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...