Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb .....                     "Əməliyat etdirməyə gücümüz çatmır..." .....                     “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” .....                     Minimüharibə olacaq: ya məcburi, ya da… .....                     "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" .....                     Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                     Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil .....                     Milli kimliyimizə təhlükə: .....                     “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” .....                     Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək .....                     “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” .....                     Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... .....                     Xaçmaza yeni polis rəisi təyin olunub .....                     “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” .....                     “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” .....                     Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər .....                     “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” .....                 

FHN şefinin BOKS İSRAFÇILIĞI... - FAKT BUDUR!
Tarix: 16-08-2021, 12:46 | Çap et
FHN şefinin BOKS İSRAFÇILIĞI...
Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunları Azərbaycan üçün məyusluqla başa çatdı. Bu yarışda cəmi 7 medal qazanan (3 gümüş, 4 bürünc) Azərbaycan idmançıları idmansevərləri məyus etməklə yanaşı, həm də bu sahədə ciddi islahatların vacibliyini göz önünə gətirmiş oldular.

Bu olimpiada həm də müstəqil Azərbaycan tarixində qızıl medal qazanılmayan ikinci belə yarış oldu. İlk dəfə 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarından “qızılsız” dönən idmançılarımız antirekordu 25 il sonra təkrarladı.

Azərbaycanın həmişəki kimi uğur gözlədiyi idman növlərindən biri boks idi. Amma digər idman növlərindəki kimi boksda da fiaskonun şahidi olduq. Boks millimiz cəmi bir “bürünc”lə təsəlli tapdı ki, bu da milliləşdirilməsinə milyonlarla pul xərclənmiş Loren Alfonso Domingesin payına düşdü. Digər idmançılarımızın Uzaq Şərqə səfəri turist səfərindən fərqlənmədi…

Bəs uğursuzluğun səbəbi nədir? Maliyyə? Yox, Azərbaycanda bütün idman sahələri kimi, boksun da inkişafı üçün kifayət qədər pul xərclənir. Təkcə Boks Federasiyasına “ən səxavətli məmur” kimi tanınan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun başçılıq etməsi faktını xatırlasaq, bu sahədə heç bir maliyyə probleminin olmadığını əminliklə deyə bilərik.

Səbəb idarəçilik, yeyinti, qeyri-peşəkarlıq və başqa amillərdir. Əsas millini kubalı Umberto Orta Dominqesə tapşıran Boks Federasiyası milyonların havaya sovrulmasını ya görmür, ya da bilərəkdən göz yumur. Bütün idman sahələrində qəbul olunmuş bir qayda var. Nəticə yoxdursa, günahkar baş məşqçidir və yola salınmalıdır. Amma nədənsə, bu qayda Boks Federasiyası üçün keçərli deyil.

Problem təkcə baş məşqçi amilində də deyil. İdmançı seçimi, daha doğrusu böyük pullar hesabına ölkəyə gətirilən legionerlərin əl üstündə tutularaq, yerli idmançıların kənara atılması da mühüm amillərdən biridir. Bunlardan sadəcə biri – Lorenzo Sotomayorun hərəkətləri bir çoxumuza yaxşı tanışdır. 2014-cü ildə böyük pullar hesabına Azərbaycan millisinə cəlb olunan kubalı boksçu bir il sonra ciddi rəqiblərlə qarşılaşmadığı “Bakı-2015” Avropa oyunlarında ən yüksək mükafata – qızıl medala sahib çıxıb dövlətdən və boks federasiyasından böyük məbləğdə mükafatlar aldı. 2016-cı il Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal isə onun karyerasındakı ən böyük uğur oldu. Bundan sonra heç bir ciddi uğur qazanmayan kubalı 2019-cu ildə Minskdə keçirilən Avropa oyunlarında “bürünc”lə kifayətləndi.

Tokio-2020-də isə elə ilk görüşdə – 1/16 finalda uduzaraq mübarizəni dayandırdı. Məgər, Sotomayora bu qədər pullar onun ilk döyüşdəcə uduzması üçün xərclənib? Bu boyda Azərbaycanda gedib ilk döyüşdə uduzub qayıdacaq bir boksçu yoxdu ki, uzaq Kubadan böyük pullar hesabına kimisə milliləşdirmək lazım gəlib?

Rinqdə aldığı pulların qarşılığını verməyən Sotomayor bunun əvəzini şəxsi həyatı, daha doğrusu intizamsızlığı, qurduğu kef məclisləri ilə çıxmağa başladı. Federasiyadan böyük məbləğdə maaş, dövlətdən yüksək mükafatlar alan kubalı o qədər harınlayıb ki, az qala hər gün qadınlarla kef məclisləri qurur, qadın paltarı geyinib rəqs edir (//fanat.az/az/boks/78575/azerbaycan-millisinin-uzvu-qadin-paltarinda-video/). Ən pisi isə odur ki, bunu bağlı qapılar arxasında da etmir. Hər kəsdə qıcıq yaradan bu hərəkətlərini videoya çəkib, “Instagram” hesabında paylaşmaqdan da çəkinmir.

Azərbaycanın pulunu yeyən, qarşılığını rinqdə qazandığı nəticələrlə verə bilməyən bu kubalının hərəkətlərini təəssüf ki, Boks Federasiyası da görmür, ya da görmək istəmir. Görünür ki, onun və onun kimilərin Azərbaycanın vəsaitləri hesabına ciblərinin doldurulması kimlərəsə sərf edir.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu kimi əcnəbi idmançılara xərclənən milyonlar, onların əl üstündə tutulmasa, yerli gənclərin, istedadlı idmançıların idmandan soyumasına, kənarda qalmasına gətirib çıxardır. Belə hallardan biri 2018-ci ildə baş verib. Həmin ilin dekabrında keçirilən boks üzrə ölkə çempionatının yarımfinalında Elnur Süleymanov adlı boksçumuz Boks Federasiyasının indiyədək böyük pullar yedirdiyi Sotomayoru nokauta salaraq məğlub edib və yekunda Azərbaycan çempionu olub. Sonra baş verənlər isə sözün əsl mənasında biabırçılıqdır. Belə ki, 69 kq çəki dərəcəsində beynəlxalq yarışlara ölkə çempionu yox, həmin çempionun nokauta salaraq rusvaçı şəkildə məğlub etdiyi Sotomayorun aparılmasına qərar verilib. Çünki millinin kubalı baş məşqçisi və onların federasiyadakı himayədarları(!) belə istəyir. Bəli, məhz himayədarları. Bunun başqa adı yoxdur. Əcnəbi baş məşqçi yanlış qərar verirsə və federasiyanın rəhbərliyində təmsil olunan azərbaycanlı idarəçilər buna göz yumursa, demək məqsədli şəkildə edilir…

Elnur Süleymanova gəlincə, haqlı olaraq inciyir və ölkəni tərk edərək Rusiyaya üz tutur. Onun indi boksla məşğul olub-olmadığı, hansı sahədə çalışdığı bilinmir. Bəlkə də Rusiya bazarlarında göyərti satır. Bu da Azərbaycan idmanının daha bir acı reallığı…

Sotomayor olayı boks sahəsindəki biabırçılıqlardan biridir. Bu kimi faktlar onlarladır və təəssüf ki, göz yumulur, nəticə çıxarılmır, tədbir görülmür. Boks Federasiyasının prezidenti Kəmaləddin Heyədərov kifayət qədər böyük sahəni əhatə edən bir nazirliyə rəhbərlik edir və hər an federasiyanın işləri ilə maraqlana, problemlərə müdaxilə edə bilməz. Bəs federasiyanın rəhbərliyində təmsil olunanlar, qurumun fəaliyyətinə, idmançılarımızın uğur qazanmasına görə məsuliyyət daşıyanlar? Vitse-prezidentlər Ağacan Abiyev, Süleyman Mikayılov, Vüsal Novruzov, Rövşən Hüseynov, Məhərrəm Talıbov, Baş katib Nağı Səfərov hara baxır, hansı işlərlə məşğuldur?


Boks Azərbaycanda ən sevilən idman növlərindən sayılır. Bu idman növü avarçəkmə və yaxud da otüstü hokkey kimi bizim xalqa yadd deyil. Belə idman növlərinin məsuliyyət sahibləri həmişə yaxalarını kənara çəkir, Azərbaycanca bəzi idman növlərinin ənənəsinin olmadığını iddia edirlər. Amma boksla bağlı eyni bəhanələri ortaya atmaq olmaz. Qısa bir haşiyəyə çıxıb, Murad Əliyevi xatırlayaq. Yəqin ki, siz də Fransanı təmsil edən həmyerlimizin Tokio Olimpiadasındakı inamlı çıxışını, hakim haqsızlığına necə etiraz etməsini gördünüz. Azərbaycanlılar boksu sevir, bu idman növündə uğurlu çıxış etməyi yaxşı bacarırlar. Nümunə təkcə Murad Əliyev deyil. Vüqar Ələkbərovu tanımayan yoxdu. 1981-ci ildə Mingəçevirdə doğulan Vüqar Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdı. Onun Mingəçevirdə dünyaya göz açmasını əbəs yerə vurğulamıram. Mingəçevir Azərbaycan idmanına yetərincə tanınmış, istedadlı similar verib. Deməli, yenidən düzgün iş aparılsa, yerli məşqçilərə və istedadlı övladlarımıza şərait yaradılsa, yaxşı nəticələr də qazanılar. Vüqarın Sidneydəki uğurundan sonra 2004-cü il Afina Olimpiadasından da boksçularımız əliboş dönmədilər. Özü də medal qazananlar hər ikisi xalis azərbaycanlı övladları idi. Belə ki, 51 kq çəki dərəcəsində Fuad Aslanov, 54 kq-da isə Ağası Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxdı, Azərbaycana medal qazandırdılar. 4 il sonra Pekində keçirilən Olimpiadada medal qazanan da azərbaycanlı balasıydı, Şahin İmranov 57 kq çəki dərəcəsində bürünc medal sevincini yaşamışdı. 2012-ci ildə Londonda keçirilən Olimpiadada Məhəmmədrəsul Məcidovla yanaşı Teymur Məmmədov Azərbaycanın medal bankına bürünc əlavə etmişdi. Rio-de-Janeyro Olimpiadasında kubalı Lorenso Sotomayorla yanaşı Kamran Şahsuvarlı fəxri kürsüyə yüksəlməyi bacarmışdı.

Sadaladığımız bütün bu faktlar onu göstərir ki, kubalı məşqçilərin Azərbaycan boksunda söz sahibinə çevrilməsindən, bütün səlahiyyətlərin onlara verilməsindən əvvəl bizdə idmanın bu növü daim inkişafda olub, ortaya yeni-yeni istedadlar çıxıb. Pedro Roke Otanyo, Umberto Orta Dominqes kimi kubalı mütəxəssislər bizim boksda söz sahibinə çevrildikdən sonra sürətli tənəzzül dövrünə, azərbaycanlı boksçuların sıxışdırılması proseslərinə qədəm qoymuşuq. Əcnəbi çalışdırıcılar daim kubalıları irəli dartmaqla bu işdə qazanacaqların pulları hesablayıblar. Olimpiya mükafatçısı Vüqar Ələkbərov bu yaxınlarda “CBC Sport” telekanalında qonaq olduğu “Olimpiya Günü” verlişində çox maraqlı fikirlər səsləndirmişdi. Sitat: “Baxmayaraq ki, Azərbaycana dəvət olunan kubalı Lorenzo Sotomayor Olimpiya Oyunlarının gümüş mükfatçısıdır, onu bizim boksçuların bir neçəsi məğlub edib. O cümlədən Elnur da Sotomayoru nokauta salıb. Bu gün Elnurun küsüb getmə səbəbi də bizim məşqçilər heyətindəki çalışdırıcının kubalı olduğu üçün Sotomayorun həmin çəkidəki yeri tutmasıdır. Azərbaycan boksçuları da belə şeylərdən inciyir, küsür. Milliyə 95 kq çəki dərəcəsində yeni legioner gətiriblər. O, heç bir beynəlxalq arenada öz sözünü deməyib. Azərbaycanda həmin şəxsi də uda biləcək səviyyədə yerli boksçularımız var. Hansı ki, onlar bu gün təlim-məşq toplanışlarından kənarda qalıblar. Niyə? Çünki baş məşçqi legioner – kubalıdır. Onun da öz yetirmələri kimi həmyerliləri ilə Azərbaycan boksunu təmsil etmək niyyəti var”.

Bütün bunları idmançılar, jurnalistlər, azarkeşlər bilirsə, Boks Federasiyasında vəzifə tutan səlahiyyət sahiblərinin bundan xəbərsiz olması inandırıcı deyil. Görünür, kimlərsə kubalıların bu əməllərinə göz yumur, əvəzində legionerlərə xərclənən pullardan özlərinə “faiz tuturlar”. Hazırkı mənzərə başqa cür düşünməyə əlyeri qoymur. Federasiya rəsmiləri kubalılarla əlbir deyillərsə, bu işdə maddi maraqları yoxdusa, onların əməllərinə niyə göz yumurlar? Məhz onların yanlış siyasətinin sayəsində Azərbaycanda boks məhv olur. Buna susmaq isə ən azından mənəvi cinayətdi. Vüqar Ələkbərovu, Fuad Aslanovu, Ağası Məmmədovu, o cümlədən də Sotomayoru məğlub edən Elnur Süleymanovu yetişdirən azərbaycanlı məşqçilər yenidən bu işi davam etdirə bilərlər. Bunun üçünsə Boks Federasiyasında islahatlar aparılmalı, kubalılar və onlarla əlbir olub bu idman növünə ayrılan pulları öz ciblərinə dolduranlar qovulmalıdırlar. Azərbaycanda boksun inkişafına xərclənməli olan pulların Kubaya daşınmasına son qoymaq lazımdı. Kubalılar mütləq şəkildə Azərbaycanda qovulmalı, onların havadarları və iş ortaqları da federasiyadan uzaqlaşdırılmalıdır. Zamanın tələbi, batmaqda olan Azərbaycan boksunun fəryadı bizdən bunu tələb edir.

Qeyd etdiyimiz kimi, Kəmaləddin Heyədərovun işləri çox ola, federasiyaya kifayət qədər vaxt ayırmaya bilər. Amma xərclənən pulların, uğursuzluqların hesabının sorulması üçün birbaşa məsuliyyət daşımalı olan şəxsdir. Federasiya rəhbəri ən qısa zamanda hər şeyin hesabatını istəməsə, demək o da digərləri kimi uğurun yox, işin yola verilməsinin tərəfdarıdır. Çünki bir qurumda uğursuzluq varsa, intizamsızlıq, başıpozuqluq, qanunsuzluq varsa, o qurumun rəhbəri buna görə birbaşa məsuliyyət daşıyır…
//fanat.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22
"Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19
“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04
Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru