"Sənədlərimi Balakən rayon DSMF-yə təqdim etsəm də..." - GİLEY
Tarix: 23-09-2019, 08:45 |
Çap et
DİA.AZ: - Balakən rayonun, Şərif kəndində yaşayan Sarkayev Əli Nəcməddin oğlu tərəfindən bir sıra dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlanb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mən, 1962-ci ildə Balakən rayonun Xalatala kəndində anadan olmuş və hazırda həmin rayonun Şərif kəndində yaşayıram. Xəstəliyə görə 2-ci qrup əliləm. 2018-ci ilin dekabrında ürək nahiyyəmdə yaranmış kəskin ağrılara görə məni təcili Bakı şəhərinə gətirmişlər. Və dərhal da ürəkdən açıq cərrahi əməliyyata məruz qalmışam. Əməliyyatdan sonra əmək qabiliyyətimi tamamilə itirmişəm. Hazırda da özümü pis hiss edirəm, yataqda müalicəmi davam etdirirəm.
Bakıda həkimlərin yazdığı epiqrez arayışlarına görə keçirdiyim ağır əməliyyatdan sonra mənim xəstəliyə görə təqaüdə çıxmağımı bildirmişlər. Lakin çox təəssüflər olsun ki, xəstəlik sənədlərimi Balakən rayon DSMF-yə təqdim etsəm də məni rəhbərlik süründürməçiliyə salır, hər dəfə də bir bəhanə ilə təqaüdə çıxmağımı əngəlləyir, get-gələ salır. Odur ki, çoxhörmətli və qayğıkeş hümanist insan olan, dəyərli Mehriban xanım Əliyevadan xahiş edirəm ki, hazırda ağır xəstə olduğumu, əmək qabiliyyətimi faktiki itirdiyimi nəzərə alaraq mənim xəstəliklə əlaqədar təqaüdə çıxmağıma köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm".
İddia olunanlarla bağlı DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...