Gömrük sistemindəki islahatlar prosesi dayanıb? - Səfər Mehdiyevin işi bura qədər imiş...
Tarix: 15-02-2019, 09:43 |
Çap et
DİA.AZ: - "Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri təyin olunmasının bir ili tamam olsa da, sözügedən sistemdəki islahatlar daha çox "gözdən pərdə asmaq" xarakteri daşıdığından hələ də real silkəniş gözləntisi davam etməkdədir. Yəni burada söhbət həqiqətən də vətəndaşların və ən əsası da dövlətin gömrük maraqlarının təminindən, gömrük siyasətinin - dövlət başçısı tərəfindən strategiyası net şəkildə ifadə olunan gömrük strategiyasına düzgün riayətdən gedir. Amma hələ də ortada real bir hərəkətlənmə müşahidə olunmur".
Bütün bunları DİA.AZ-a xatırladan DGK-dakı mənbə iddia edir ki, Səfər Mehdiyev "yuxarıların" məlum tələblərinə rəğmən, NK-nın son toplantısında tərif almasına söykənərək yenə də köhnə üsul-idarəyə keçid etməkdədir.
Mənbənin diaaz.space-a söylədikləri: "Gömrük sistemində bundan artıq dəyişiklik baş verməyəcək. Bu, gözlənilən idi də. Səfər Mehdiyev xarakterində olan biri heç bir zaman köklü islahatlara rəvac verə bilməzdi. Bütün ölkədə az qala inqilabi xarakter daşıyan yaxşıya doğru yenilənmələr müşahidə olunsa da, gömrüyə bağlanan ümidlər puça çıxdı".
Mənbə bildirir ki, yenə də köhnə qaydaya üstünlük meyilləri hiss olunur. diaaz.space-a deyilənlər: "Bu gün sahibkarlar ən gözəl qaynaqdır.Onları danışdırsalar, hüquq-mühafizə orqanları onları dindirsə, gömrüklə bağlı real qənaətə gəlinə bilər. Onda aydın olacaq ki, Səfər Mehdiyev gələndən sonra sahibkarlar gömrükdə hansı çətinlikləri yaşayırlar".
Əlavə bilgilərimiz olacaq. İttihamlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...