Xırdalanda kişi özünü körpüdən atıb
Tarix: 29-12-2024, 17:16 |
Çap et
Xırdalanda kişi özünü körpüdən atıb.
Lent.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində, Xırdalan dairəsi ətrafındakı körpüdə qeydə alınıb.
Bakı şəhər sakini, 43 yaşlı Ramin Orucov körpüdən özünü atıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan R.Orucov xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, R.Orucov səhhətindəki problemlər üzündən intihara cəhd edib.
Faktla bağlı araşdırma aparılır.