Etibar Pirverdiyev bayraq dirəyi korrupsiyasının qurbanına çevrilir - Milyonları yeyib...
Tarix: 9-04-2018, 08:57 | Çap et
Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra məmur korpusunda gözlənilən “təmizləmələr” “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevdən də yan keçməyəcək. Bu haqda redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, əksər məmurlar kimi, ASC sədrinin də işində çoxlu nöqsanlar, hətta cinayət xarakterli əməllər var.
Etibar Pirverdiyevin hədəfə gəlməsinin əsas səbəbi isə onun Dövlət Bayraq Meydanının tikintisi zamanı yol verilən nöqsanlardır. Bir neçə gün əvvəl baş nazirin müavini Abid Şərifovun Bayraq Meydanında dirəyin sökülməsini işlərin keyfiyyətsiz görülməsi ilə əlaqələndirməsi də Etibar Pirverdiyev üçün “əcəl zəngi” hesab oluna bilər. Bu baxımdan baş nazirin müavininin “Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub” deməsini sıradan bir açıqlama hesab etmək olmaz.
A.Şərifov bayraq dirəyinin sökülməsinin səbəbini belə izah etmişdi: “Bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib. Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ ilə başqaları məşğul olduğundan sonrakı məsələlər barədə məlumatsızam”.
A.Şərifov ad çəkməsə də, məlumdur ki, 2007-ci ildən 2010-cu ilə qədər Dövlət Bayrağı Meydanının tikintisinə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev rəhbərlik edib. Etibar Pirverdiyevə məxsus “Azenco” şirkəti Dövlət Bayrağı Meydanının tikintisindən böyük büdcə pulları əldə edib.
Dövlət başçısının şəxsi təşəbbüsü ilə inşa edilən Dövlət Bayrağı Meydanı 2007-ci il 17 noyabr tarixli, 2504 saylı Sərəncamına əsasən yaradılıb. Həmin ilin dekabr ayında təməli qoyulan meydanın 2010-cu il sentyabrın 1-də İlham Əliyev cənablarının iştirakı ilə təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olmuşdu.
Dövlət Bayrağı Meydanının tikintisinə və ətraf ərazidə bulvar zolağının uzadılmasına 3 il ərzində büdcədən 50 milyon manat sərf olunub. Öncə tikintiyə 30 milyon manat ayrılmasına baxmayaraq, 2009-cu ildə tikinti yarımçıq qaldı. 2009-cu ilin sonlarında “Dövlət Bayrağı Meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam 10 milyon manat ayrıldı. Sonradan əlavə olaraq 10 milyon manat da işlərin tamamlanmasına xərcləndi. 50 milyon manatlıq büdcə pulunun qarşılığında 1 nömrəli bayraq dirəyi cəmi 7 il duruş gətirdi.
2017-ci ilin avqustunda Bayraq Meydanında problemlərin olduğu üzə çıxdı. Xəbər yayıldı ki, meydanda çökmə baş verib və bu hala görə bayraq dirəyi söküləcək. Bu isə problemin çox köklü olduğunu ortaya qoyur. Deməli, tikinti işlərinə başdansovdu yanaşılıb, daha doğrusu 50 milyon manatın təyinatı üzrə xərclənməməsinin izləri açıq şəkildə ortadadır. Hələ ötən il bayraq dirəyində problemlər üzə çıxandan sonra məlum olmuşdu ki, Bayraq Meydanı İdarəsi İnzibati İqtisad Məhkəməsinə üz tutub.
İdarə Bayraq Meydanının ətrafındakı təmir-tikinti işlərini gerçəkləşdirmiş “Azenco” şirkətinə qarşı iddia qaldıraraq, bağlanmış müqavilənin etibarsız sayılmasını tələb etmişdi. Bayraq Meydanı İdarəsi Etibar Pirverdiyevə məxsusluğu bilinən “Azenco”dan məhkəmə qaydasında 1 milyon 358 min manat tələb edirdi. Yada salaq ki, bayraq dirəyi və ətraf ərazidə bulvar zolağının uzadılmasına 50 milyon dollara qədər pul sərf edilmişdi. Bu işdə məsul şəxs Etibar Pirverdiyev olmuşdu. Bayraq Meydanının tikintisində Etibar Pirverdiyevin suç ortağı Rəşad Məmmədov illər öncə həbs edilib və sonradan azad olunub. Faktiki isə bu şəxsin qeyri-rəsmi ortağı Etibar Pirverdiyev olub. Belə ki, həbsindən dərhal sonra Rəşad Məmmədovun öz biznes ortağı Etibar Pirverdiyevə qarşı ifadə verməsi dəhşətli yeyinti faktlarının üstünü açıb ortaya qoymuşdu.
Bundan başqa, Etibar Pirverdiyevi məhkəməyə çəkən daha bir iddiaçı da olub. Beynəlxalq Bank Sumqayıt İnzibati İqtisad Məhkəməsinə müraciət edərək “Azərenerji” ASC-yə verilmiş 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddia ilə çıxış edib. Məhkəmə borcun “Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilsə də təmin olunmayıb. Etibar Pirverdiyev isə 104 milyon manatı Beynəlxalq Banka ödəməkdən imtina edir. Beynəlxalq Bankın kredit qalmaqalında “Azİmport” izinin olması haqda da zamanında iddialar olub. Beynəlxalq Bankın kreditlərinin bir sıra hallarda Pirverdiyev-Məmmədov dueti tərəfindən mənimsənilməsi haqda xəbərlər də yayılıb.
Bunda əlavə, Dövlət Bayrağı Meydanında dirək sökülərkən Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov çox maraqlı bir açıqlama vermişdi. O, meydanda bayraq dirəyinin sökülməsini texniki baxışla əlaqələndirmişdi: “Budəfəki baxış sadə deyil, əsaslı texniki baxışdır. Bayraq dirəyinin ayrı-ayrı hissələri söküləcək, onun içərisindəki qurğular yoxlanılacaq. Prosesin davam edəcəyi müddəti demək olmur. Çünki texniki baxış zamanı nə ilə qarşılaşacağımızı bilmirik. Biz hər hansı problem olacağını gözləmirik, amma ola bilər ki, orada korroziya, başqa defektlər yaransın. Əgər belə hal aşkarlanarsa, bunu açıqlayacağıq və səbəbini də deyəcəyik”.
İndi isə məlum olur ki, bayraq dirəyini “yeyən” korroziya deyil, korrupsiyadır. Korroziya - yəni bayraq dirəyində çürümə prosesi getmir, dirək Abid Şərifovun dediyi kimi, hazırlanarkən keyfiyyət məsələsinə yetərincə diqqət ayrılmayıb. Yəni lazımı qədər pul xərclənib uyğun dirək hazırlanmayıb. Belədə sual yaranır - bəs 50 milyon manat hara xərclənib? Dövlət Bayrağı Meydanının tikintisi məhz bayraq dirəyinin orada qurulmasına görə gerçəkləşibsə, ərazidəki hündürmərtəbəli binaların, Hərbi Dəniz Donanmasının bazasının köçürülməsi bu qayəyə xidmət edibsə, niyə belə xoş olmayan nəticə ortaya çıxıb? Cavabdeh axtarışlarında əsas fiqur Etibar Pirverdiyevdən başqa kim ola bilər ki?
Xatırladaq ki, Dövlət Bayrağı Meydanının inşasını həyata keçirən “Azenko” şirkəti “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevə məxsusdur. Şirkətə formal rəhbərliyi isə Etibar Pirverdiyevin qaynı həyata keçirir. Bir neçə il öncə 7 min nəfərin çalışdığı şirkətdə hazırda 1500-ə qədər şəxsin çalışdığı deyilir. Şirkətin bazar dəyərinin bir milyard manata yaxın olduğu deyilir. “Azenko”nun bu qədər “şişməsinə” səbəb isə şirkətin bir çox formal tenderlərin istisnasız “qalib” olmasıdır.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin varidatı bununla yekunlaşmır. Məlumata görə, Etibar Pirverdiyev 2015-ci ildə baş verən devalvasiyadan sonra kapitalının xeyli hissəsini qardaşı Vüqar Pirverdiyevin əli ilə ölkədən çıxara bilib. Hazırda onun Dağıstanda, Türkiyədə, Rusiyada, Qazaxıstanda dəyəri milyonlarla ölçülən daşınmaz əmlakının olduğu vurğulanır. Bununla yanaşı, onun Azərbaycanda da sahib olduğu şirkətlər, obyektlər az deyil. Belə ki, Etibar Pirverdiyev Şabran rayonunun Udulu kəndindəki dəvə fermalarına, Xaçmazda iri buynuzlu heyvandarlıq təsərrüfatlarına, Qusar rayonunda məhsuldar və mənzərəli torpaq sahələrinə, Xaçmaz rayonunun Həsənqala kəndində balıq gölünə və vətəgələrinə, paytaxt Bakıda isə restoran və otel şəbəkələrinə sahib olduğu deyilir. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Bu gün, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Bu gün, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Bu gün, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Bu gün, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Bu gün, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Bu gün, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Bu gün, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Bu gün, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Bu gün, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Bu gün, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Bu gün, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Bu gün, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Bu gün, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Bu gün, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Bu gün, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Bu gün, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Bu gün, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Bu gün, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Bu gün, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Bu gün, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Bu gün, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Bu gün, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Bu gün, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Bu gün, 16:55 |
|
|
|
• ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Bu gün, 16:46 |
|
|
|
• Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Bu gün, 16:42 |
|
|
|
• Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Bu gün, 16:41 |
|
|
|
• "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 16:39 |
|
|
|
• "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Bu gün, 16:30 |
|
|
|
• Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Bu gün, 16:29 |
|
|
|
• Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Bu gün, 16:26 |
|
|
|
• ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Bu gün, 16:23 |
|
|
|
• Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Bu gün, 16:12 |
|
|
|
• Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Bu gün, 16:10 |
|
|
|
• "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Bu gün, 15:53 |
|
|
|
• Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Bu gün, 15:50 |
|
|
|
• Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:48 |
|
|
|
• “Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Bu gün, 15:46 |
|
|
|
• Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Bu gün, 15:42 |
|
|
|
• Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Bu gün, 15:37 |
|
|
|
• "Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24 |
|
|
|
• Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17 |
|
|
|
• “Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12 |
|
|
|
• Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10 |
|
|
|
• Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04 |
|
|
|
|