Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış .....                     Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir .....                     Ermənistan sürpriz edə bilər .....                     “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq .....                     İcra başçısı vətəndaşların müraciətini dinləyib .....                     "Zümrüd hansısa insanların oyununun qurbanıdır..." .....                     Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət .....                     DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... .....                     Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb .....                     Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? .....                     İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti .....                     "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında .....                     Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub .....                     Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... .....                     Nə sən doymaq biləsən, nə səndən doyan ola... .....                     Nazirlikdən getdi, müşavir təyin edildi .....                     Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? .....                     Əməliyyat zamanı ad günü keçirilən klinika .....                     Yeni işğal planı açıqlandı, dünya təşvişdə: .....                     Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: .....                     Regional təhsil idarəsində kütləvi ixtisar... .....                     İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib .....                     Tiktoker "Xan" ilə bağlı .....                     Əməliyyat zamanı doğum gününü qeyd edən həkim .....                     Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib .....                     DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... .....                     Ayxan Hacızadə Paşinyana .....                     Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." .....                     Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı .....                     ADNSU-nun rektorundan daha bir alim şikayət etdi .....                     Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm .....                     Deputat qalmaqallı görüntülərdən danışdı: .....                     "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi .....                     "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" .....                     Türkiyə Trampa bel bağlamalı deyil... .....                     Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır .....                     ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... .....                     Yeni qaydalar kredit faizlərini aşağı sala bilər .....                     Paşinyan Kremli şantaj edir, .....                 

Eldar Mahmudovun həbs edilməməsinin bilinməyən səbəbləri... - İLGİNC
Tarix: 14-03-2018, 08:34 | Çap et
Eldar Mahmudovun həbs edilməməsinin bilinməyən səbəbləri...
2015-ci ilin oktyabr ayının 17-də vəzifədən çıxarılan, “MTN işi” üzrə ötən il istintaqa çağırılan milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı müəmma davam edir. Onun ətrafında çoxsaylı həbslər olub, komanda üzvlərinə az qala Cinayət Məcəlləsinin bütün bölümlərinə aid müxtəlif maddələrlə ittiham verib məhkəmə qarşısına çıxarıblar. Ən son həbs edilən sabiq nazirin köməkçisi işləmiş əmisi oğlu Vüqar Mahmudov oldu. Ona qədər istintaqçılarla Eldar Mahmudovun komandasının 20-dən çox yüksək çinli zabiti üz-üzə qalmışdı.

Ən müxtəlif vəzifə cinayətləri ilə bağlı ittiham edilən həmin MTN-çilərin bir çoxu haqda artıq məhkəmələrin hökmləri də var. 2014-cü ildən köməkçisi işləmiş Vüqar Mahmudov həbs ediləndən sonra ona qarşı da Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 313-cü ( vəzifə saxtakarlığı), 179-cu (mənimsəmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürüldü. Ötən ilin sonlarına təsadüf edən həbsdən sonra belə xəbərlər dolaşırdı ki, tezliklə sabiq naziri də həbs edəcəklər. Hərçənd ki, bu qəbildən olan xəbərlərə artıq inananlar çox azdır...

Ləğv edilmiş MTN-də 2015-ci ildə gerçəkləşdirilən əməliyyatdan Eldar Mahmudov əli qandalsız çıxa bilib. Onun komanda üzvlərinin həbsindən sonra istintaqın, məhkəmənin aparılması qaydaları haqda təfərrüatlar meydana çıxdıqca beyinlərə belə təəssürat hakim kəsilib ki, sabiq nazir toxunulmazdır. Hazırda isə bu düşüncənin möhkəmlənməsinə rəvac verən məlumat da ortalıqdadır. Eldar Mahmudov söhbət mövzusu olanda tez-tez “bütün dünyada xüsusi xidmət orqanlarının rəhbərlərini həbs etmirlər” fikri eşidilməkdədir. Yəni bütün dünyada həbs etmirlərsə, Azərbaycanda da etməyəcəklər. Amma Azərbaycanda milli təhlükəsizlik nazirinin həbsdə olması təcrübəsi var. 1993-cü il iyul ayının 3-də Nəriman İmranov milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilib. 1994-cü il oktyabr ayının 15-də N.İmranov bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib. Daha sonra isə əfv fərmanı ilə azadlığa buraxılıb.

Bu baxımdan Eldar Mahmudova münasibətdə fərqli münasibət göstərilməsi suallar doğurur...

Məsələ Eldar Mahmudovun şəxsinə bağlıdır, yoxsa həqiqətən də təhlükəsizlik şeflərinin həbs edilməməsi barədə formalaşan qənaətlər doğrudur?

Azərbaycanın milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər deyir ki, müxtəlif dövlətlərin təhlükəsizlik xidmətlərinin rəhbəri olmuş şəxslərlə digər vətəndaşlar arasında elə də fərq yoxdur: “Hər bir dövlətdə təhlükəsizlik orqanı rəhbəri kreslosunda əyləşmiş vəzifə sahibi ilə sıravi vətəndaş qanun qarşısında bərabərdirlər. Təhlükəsizlik orqanlarının rəhbərlərinin həbs edilməməsi ilə bağlı deyilənlərin ciddi əsasları yoxdur. Amma belə orqanların rəhbəri olmuş şəxslər bir qayda olaraq siyasi hakimiyyətə çox yaxın, etibarlı adamlar olurlar. Eyni zamanda dövlət üçün çox məlumatlı adamlar olurlar. Vəzifələrinin verdiyi imkanlardan dolayı qiymətli informasiya daşıyıcılarına çevrilirlər. O adamların özləri də həddən artıq diqqətli və ehtiyatlı olurlar. Bu səbəbdən də belə bir postda olmuş şəxslərin həbsinə çox az rast gəlinir. Amma bu o demək deyil ki, bu adamların hüquqi cəhətdən bir immuniteti var, həbs edilə bilməzlər. Onlar da qanun qarşısında adi vətəndaşdırlar”.

Sülhəddin Əkbər deyir ki, sabiq MTN şefinin azadlıqda qalması cəmiyyətdə və beynəlxalq aləmdə çox ciddi suallar doğurur: “Hamıya bəllidir ki, Milli Təhlükəsizlik Nazirliyi hərbi təşkilat olub. Orada bütün hərəkətlər, fəaliyyətlər, informasiya axınının təmini, sistemləşdirilməsi, analizi, qiymətləndirilməsi, daxil olan çoxsaylı məlumatların işlənərək informasiya halına gətirilməsi, müvafiq təkliflərin hazırlanması bütünlüklə sistem halında hərbi əmrlərlə, hərbi nizam-intizam içində yerinə yetirilib. Ona görə də hər hansı bir işin MTN daxilində gizli şəkildə gerçəkləşməsi uzun müddət davam edə bilməzdi. Orada böyük miqyaslı cinayətlər baş versin və bundan hərbi təşkilat şefinin məlumatı olmasın, bu, qeyri-mümkündür. Bu gün müşahidə edilən prosesin başqa səbəbləri var və prosesin nə ilə nəticələnəcəyi də bilinmir. Həbs edə də bilərlər”.

Yada salaq ki, ötən ilin noyabrında Vüqar Mahmudovun gözlənilmədən həbs olundu. Bunun ardınca isə sabiq naziri ilk dəfə olaraq istintaqa çağırdılar. Bu əlbəttə ki, səbəbsiz deyildi. Bilinirdi ki, Eldar Mahmudovun əmisi oğlunun ciddi ittihamlarla həbsə alınması və özünün istintaqa çağırılması sıradan qərar deyil. 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst qatından verilməlidir. Belə bir qərar verilmişdisə, E.Mahmudovun indiyədək həbs edilməməsinin də ciddi səbəbləri olmalıdır. Bu haqda indiyə qədər bir neçə versiya səslənib. Əsas versiya kimi sabiq nazirin Beynəlxalq Bankda rəhbər işləmiş Cahangir Hacıyevlə birgə ölkədən çıxardıqları külli miqdarda vəsaiti qaytarmağa söz verməsi qeyd edilir. Digər bir versiya isə E.Mahmudovun əlində ola biləcək kompromat materialla bağlıdır. Sabiq nazir özünü həbsdən sığortalamaq üçün bu materialları ölkədən çıxara bilib. Bu versiyalardan hansının həqiqətə yaxın olub-olmadığını demək çətindir. Ola bilsin, medianın izinə düşə bilmədiyi daha real səbəblər olsun.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02
Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42
“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39
İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37
"Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01
Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58
DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53
Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18
Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02
İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00
"Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58
Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53
Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10
Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07
Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01
Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58
Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54
Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49
Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45
Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42
İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39
Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31
Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22
DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21
Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03
Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02
Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55
ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46
Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Dünən, 16:42
Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Dünən, 16:41
"Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Dünən, 16:39
"İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Dünən, 16:30
Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Dünən, 16:29
Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Dünən, 16:26
ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Dünən, 16:23
Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Dünən, 16:12
Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Dünən, 16:10
"Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Dünən, 15:53
Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Dünən, 15:50
Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Dünən, 15:48
“Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Dünən, 15:46
Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Dünən, 15:42
Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Dünən, 15:37
"Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Dünən, 15:24
Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Dünən, 15:17
“Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Dünən, 15:12
Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru