Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Samir Şərifovu aldadıb? - İTTİHAM VAR
Tarix: 22-10-2016, 09:03 | Çap et
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun adı müxtəlif vaxtlarda ayrı-ayrı kütləvi informasiya vasitələrində əsas tənqid hədəflərindən biri kimi hallanıb. Belə ki, onun rəhbərlik etdiyi xidmətin fəaliyyətindəki qaranlıq məqamların, yol verilən ciddi nöqsanların ölkənin maliyyə sektorunda ciddi geriləməyə, bir sıra gəlirli sahələrdən əldə olunan mənfəətin azalmasına səbəb olduğunu, o cümlədən maliyyə naziri Samir Şərifovun məqsədyönlü fəaliyyətinə kölgə saldığını, adıçəkilən nazirliyin nüfuzuna xələl gətirdiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, ölkənin müxtəlif şəhər və rayonlarında sahibkarlıq fəaliyyətilə məşğul olan iş adamları Cavanşir Yusifovun tabeliyində olan əməkdaşların təqiblərinə məruz qalırlar. Beləliklə, Dövlət Maliyyə Nəzarəti Xidmətinin strukturuna xidmətin mərkəzi aparatı, eyni zamanda ölkənin on şəhər və rayonlarında yaradılmış regional maliyyə müfəttişliklərinin daxil olduğunu vurğulayan mənbənin sözlərinə görə, adıçəkilən qurum tərəfindən əsasən özəl obyektlərdə yoxlamaların aparılması, sahibkarlardan qeyri-rəsmi ödənişlərin tələb edilməsi ucbatından hər ay onlarla müəssisə fəaliyyətini dayandırır, yüzlərlə sahibkar müflis olmaq həddinə çatır: «Deyilənlərə görə, son zamanlar bu cür yoxlamaların sayı günbəgün artır və hər bir sahibkar ayda ən azı bir dəfə təftişə gələn məmurları qarşılayıb yola salmağa məcbur olurlar. Halbuki müvafiq qanunvericiliyə əsasən vergi orqanları istisna olmaqla, qalan dövlət qurumlarının bu və digər obyektdə, müəssisədə yoxlama aparması yasaq edilir. Lakin buna baxmayaraq, Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planı hər il olduğu ki, bu il də yeni yoxlamalarla doldurulub. Deyilənlərə görə, əgər adıçəkilən xidmətin əsas gəlir mənbəyi olan yoxlamalar azaldılarsa, o zaman xidmətin rəisi Cavanşir Yusifovun «dolanışığı» anındaca zəifləyər. Artıq hamıya bəllidir ki, dövlət büdcəsi hesabına maliyyələşən bəzi idarə və təşkilatlarda külli miqdarda vəsait, dövlət əmlakı mənimsənilib, talan edilib, təyinatı üzrə xərclənməyib. Ölkə başçısı hər dəfə keçirdiyi müşavirələrdə dövlət və maliyyə intizamının möhkəmləndirilməsinin vacibliyindən danışır. Çünki bu sahədə olan boşluqların nəticəsində bu gün dövlət büdcəmiz təhlükəyə düşüb və vəziyyət gün-gündən ağırlaşmaqda davam edir. Bunun məsuliyyəti isə birbaşa Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun üzərinə düşür.Nəzərinizə çatdırım ki, ölkə başçısının 9 fevral 2009-cu il tarixli, 48 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında Əsasnamə»nin 1-ci maddəsində deyilir: «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (bundan sonra — Xidmət) dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının və büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin,habelə dövlət zəmanəti ilə alınmış kreditlərin məqsədli və səmərəli xərclənməsi üzərindədövlət maliyyə nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır». Bununla yanaşı, onu da qeyd edim ki, hörmətli maliyyə nazirimiz Samir Şərifov bu yaxınlardakı çıxışında bildirdi ki, onu aldadıblar. Düzdür, nazir onu kimin aldatdığını deməsə də, bildirilir ki, bu şəxs məhz Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovdur». Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Dövlət Maliyyə Nəzarəti Xidməti işinin öhdəsindən layiqincə gələ bilmədiyindən bu gün əksər büdcə təşkilatlarında vəsaitlərin talanması faktları mövcuddur: «Bildiyiniz kimi, son zamanlar müvafiq qurumlar tərəfindən ölkədə rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparılsa da, hələ də cəmiyyəti, əsasən də müxtəlif postlarda təmsil olunan məmurları bu bəladan uzaqlaşdırmaq mümkün olmayıb. Elə buna görə də bu günün özündə ayrı-ayrı məmurların müxtəlif əyri yollara baş vurmaqla büdcə vəsaitlərini talaması faktları var. Sanki bu istiqamətdə, yəni büdcəni talamaqla daha çox gəlir əldə etmək uğrunda yarışa girən məmurlar hərəsi min-bir üsulla dövlətə zərbə vururlar. Lakin nədənsə, büdcənin icrasına, büdcədən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyinə nəzarət etməli olan qurum - Cavanşir Yusifovun rəhbərlik etdiyi Dövlət Maliyyə Nəzarəti Xidməti bunu görməməzliyə vurur, hətta bəzi məqamlarda bu prosesin iştirakçısına çevrilir. Deyilənlərə görə, adıçəkilən qurum şişirdilmiş büdcə proqnozları hazırlamağa cəhd göstərən bəzi nazirliklərin, komitə və şirkətlərin əməllərinə göz yumur. Buradan da belə qənaətə gəlmək olar ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin öz funksiyasını layiqincə yerinə yetirməməsi büdcənin səmərəsiz xərclərlə yüklənməsinə və beləliklə də talanmasına şərait yaradır. Məhz elə buna görə də tez bir zamanda müvafiq qurumlar tərəfindən Cavanşir Yusifovun fəaliyyəti ciddi şəkildə araşdırılmalı, Dövlət Maliyyə Nəzarəti Xidmətində yol verilən nöqsanlara görə cavabdeh olan şəxslər qanuni uyğun şəkildə cəzalandırılmalıdırlar». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Bu gün, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Bu gün, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Bu gün, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Bu gün, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Bu gün, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Bu gün, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Bu gün, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Bu gün, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Bu gün, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Bu gün, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Bu gün, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Bu gün, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Bu gün, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Bu gün, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Bu gün, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Bu gün, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Bu gün, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Bu gün, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Bu gün, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Bu gün, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Bu gün, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Bu gün, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Bu gün, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Bu gün, 16:55 |
|
|
|
• ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Bu gün, 16:46 |
|
|
|
• Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Bu gün, 16:42 |
|
|
|
• Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Bu gün, 16:41 |
|
|
|
• "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 16:39 |
|
|
|
• "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Bu gün, 16:30 |
|
|
|
• Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Bu gün, 16:29 |
|
|
|
• Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Bu gün, 16:26 |
|
|
|
• ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Bu gün, 16:23 |
|
|
|
• Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Bu gün, 16:12 |
|
|
|
• Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Bu gün, 16:10 |
|
|
|
• "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Bu gün, 15:53 |
|
|
|
• Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Bu gün, 15:50 |
|
|
|
• Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:48 |
|
|
|
• “Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Bu gün, 15:46 |
|
|
|
• Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Bu gün, 15:42 |
|
|
|
• Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Bu gün, 15:37 |
|
|
|
• "Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24 |
|
|
|
• Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17 |
|
|
|
• “Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12 |
|
|
|
• Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10 |
|
|
|
• Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04 |
|
|
|
|