Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? .....                     "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb .....                     Provkasiyon fotosessiya onları bir araya gətirdi .....                     Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ .....                     Bakı 107 illik sənədi masaya gətirə bilər .....                     Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? .....                     Binanı sökən şirkət intihara cəhd edən qadınla RAZILAŞDI .....                     Aİ missiyası Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək .....                     Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb .....                     Azərbaycanda hemofiliyalı xəstə müalicədən imtina etdi .....                     Azərbaycan əleyhinə konsensus bitəcəkmi? .....                     Ermənistanın himayədarı İrandır .....                     Gədəbəy İcra Hakimiyyəti 139 minlik tenderdən məhrum edildi .....                     "Adil Əliyev bizi çağırıb dedi ki..." .....                     Deputatlar Həcc ziyarətində .....                     Cərimələrin artımı nə üçün bütün qanun pozuntularına aid edilmir? .....                     “Qara qutu” niyə Azərbaycana gətirilmədi? .....                     Ömrünü kirayələrdə keçirdi, xərçəngin qurbanı oldu: .....                     "Facebook" fakt-yoxlamanı və senzuranı dayandırır .....                     Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı .....                     Tiktoker "Nurdan" həbs edildi .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Baş prokurorluqda YENİ TƏYİNATLAR .....                     Eritreyadakı gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır, .....                     "Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" .....                     Paşinyanla görüşlə bağlı .....                     “İcra başçısı olanda 3 il birgə yaşadıq, obyekti də özü hədiyyə etmişdi” .....                     İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib .....                     Fransa əgər bizimlə dil tapmaq istəyirsə... .....                     Müəllimlərin də maaşı artırılacaq? .....                     Azərbaycanla delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək .....                     “Deyirlər ki, get, hara istəyirsən şikayət et” .....                     Tramp Kopenhagendən də cavab aldı .....                     Həbs edilən diplomatdan nə xəbər? .....                     Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var .....                     Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi .....                     SOCAR İnsan Resursları Portalında NONSENS!!! .....                     "Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" .....                     Müğənnilərin sayı NİYƏ ARTIB? .....                     “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, .....                 

“Polkovnik İlham Qasımzadə və İkram Mütəllimov məni aldadıb müflis etdilər” - "MTN işi"...
Tarix: 21-06-2016, 08:43 | Çap et
“Polkovnik İlham Qasımzadə və İkram Mütəllimov məni aldadıb müflis etdilər”
Ölkədə MTN çətəsinin qaranlıq işləri, xeyli insanı şərləyib tutması və bir çoxunu aldadıb pulunu-mülkünü mənsimsəməsi barədə məlumatlar mətbuatda az dərc olunmayıb. Lakin hələ də bir sıra maraqlı məqamlar ortaya çıxmaqdadır. Necə deyərlər, “qulaq gündə bir şey eşitməsə, kar olar”. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Kürdəxanı sakini, 67 yaşlı Hacı Hənifə Əlövsət oğlu Həşimov 12-13 il əvvəl yüksək rütbəli MTN zabiti və onun sahibkar dostu tərəfindən aldadıldığını və şərlənərək həbs olunduğunu bildirib. Onun Qafqaz Xəbər Agentliyinə yazdığı ərizəsində deyilir: “Mən sabiq MTN polkovnik-leytenantı, Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti və Beynəlxalq Bankın nümayəndəsi olan İlham Niyazi oğlu Qasımzadə və “Business Service Centre” şirkətinin rəhbəri İkram Mütəllimov tərəfindən aldadılmışam.
2002-ci ildə İlham Qasımzadə mənə bildirdi ki, oğlum Əlövsət Həşimov hərbi xidmətə gedib rütbə alsın, onu da MTN-ə düzəltdirməyə kömək edəcək. 2003-cü ildə mənə dedi ki, bu işin xərci var, yaxşı əlaqələri olan İkram Mütəllimov sənə kömək edə bilər. 2003-cü ilin oktyabrında İkram Mütəllimovla İlham Qasımzadənin vasitəçiliyi ilə görüşdük. Onlar Məhəmmədi bələdiyyəsindən uzunmüddətli icarə götürdüyüm 8 hektarlıq torpaq sahəsinin 2 hektarını istədilər. Onların şərtinə görə, mən 2 hektardan imtina etdim, İkram Mütəllimovun adına keçirildi”. H.Həşimovun sözlərinə görə, oğlu o müddətdə MTN-də müsahibəyə gedib-gəlirdi, İlham Qasımzadə isə deyirdi ki, əmri yaxınlarda veriləcək.

“Bir müddət sonra İlham Qasımzadə mənə dedi ki, sənin oğlun 9 yaşında Məşhəd və 11 yaşında Həcc ziyarətində olub (özümlə aparmışdım), ona görə müsahibədən keçməyib. İlham mənə dedi: “Fikir eləmə, 3-4 aydan sonra yenidən sənədləri toplayıb təqdim edərik, söz verdiyimiz kimi iş düzələr”. 2004-cü ildə müxtəlif bəhanələrlə və “dövlət məmurlarının sənin torpaqlarından xoşu gəlir” iddiası ilə məndən yenə də torpaq istədilər və imtina edəcəyim halda, ehtiyatda olan zabit kimi, oğlumu cəbhə bölgəsinə göndərməklə qorxuzdular. 4 hektarı da İkram Mütəllimov öz oğlu Əhmədin adına keçirdi. Mən torpaqları geri tələb etdiyimdə, İlham dedi ki, darıxma, pul ver, oğlunu Sərhəd Xidmətində xarici əlaqələr şöbəsinə düzəldim. İlham Qasımzadə məndən ilin sonunda 22 min dollar aldı. Mən torpaqların hesabını soruşduqda, “İlham Qasımzadə mənə “cin ayrı, şeytan ayrı” deyə cavab verdi”, – deyə H.Həşimov vurğulayıb.

O qeyd edib ki, bir müddət sonra, aldadıldığını anlayaraq, dəfələrlə İlham Qasımzadə və İkram Mütəllimovla görüşüb, torpağını və pulunu tələb etdi. “Lakin mənə dedilər ki, hara gedirsən get, respublika əlimizdədir. Mən dəfələrlə hüquq mühafizə orqanlarına şikayət eləsəm də, İlham Qasımzadə və İkram Mütəllimov müxtəlif vasitələrlə mənim işimi uzadıblar. Hətta məni dəfələrlə şərləyib həbs etdirməyə də çalışıblar. Eyni zamanda, İlham Qasımzadə mənə müxtəlif vasitələrlə təzyiq göstərirdi, öldürməklə belə hədələyirdi. Bir dəfə İlham Qasımzadə üstümə tapança da çıxarıb. Mən bu süründürməçilikdən bezərək, Azərbaycan Prezidenti İlham Əliyev cənablarına məktub yazmışam. Amma bu məktublar kimlərsə tərəfindən “itirilib”.

Sonda mən təngə gələrək, 2006-cı il iyunun 29 və iyulun 25-də iki dəfə dövlət başçısının kortecinin qarşısına çıxmağa, dərdimi Cənab Prezidentə şəxsən bildirməyə çalışdım. Lakin heç bir günahım olmadan, MTN-çilər tərəfindən təxribatda günahlandırılmışam, Səbail rayon Məhkəməsinin hökmü ilə 221.2.1 və 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə həbs olunmuşam. 2009-cu il yanvar ayının 25-də azadlığa çıxdım, ondan sonra dəfələrlə bu işin sonuna çıxmağa, İlham Qasımzadədən şikayətlər verərək, ədalətə nail olmağa çalışmışam. Lakin heç bir nəticə hasil olunmayıb. Eldar Mahmudov MTN başçısı vəzifəsindən azad olunduqdan sonra, dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsəm də, yenə də İlham Qasımzadə və İkram Mütəllimov barəsində tədbir görülməyib. Yazıb sizdən xahiş edirəm, məni aldadan bu şəxslərin ifşa olunmasında və haqlarımın bərpasında dəstək verəsiniz”, – deyə şikayətçi bildirib. 2003-cü ildə MTN başçısı Namiq Abbasov olub, lakin Eldar Mahmudovun nazir olduğu vaxtlarda da İlham Qasımzadənin cəmiyyətdə fəal çıxış etməsi, Karate Federasiyasında və Azərbaycan Beynəlxalq Bankında rəhbər vəzifələr tutması bir sıra suallar doğurdu. İyunun 20-də araşdırma zamanı, İlham Qasımzadənin özüylə əlaqə saxladıq. İlham Qasımzadə daha Karate Federasiyasında çalışmadığını, “dövlət qulluğunda olduğunu” bildirdi.

“O adam mənim qanımı içir, illərdir ailəmə də əziyyət verir. Dedikləri şər-böhtandır. Onunla bağlı dəfələrlə prokurorluq araşdırıb, məhkəmə keçirilib. Heç nə sübut edə bilməyib”, – deyə İ.Qasımzadə qeyd etdi. “Axı onun sizinlə başqa nə problemi olub ki, belə düşmənlik etsin? Eyni kənddənsiniz, səbəbsiz yerə sizdən şikayət edir?” – deyə maraqlandıq. “Mən o vaxt ona “posrednik” olmuşam. Sadəcə xahiş edib, köməklik etmişəm”, -deyə İlham Qasımzadə bildirdi. İ.Qasımzadənin sözlərinə görə, Hənifə Həşimov torpaq satmaq istəyib, o da öz növbəsində onu İkram Mütəllimovla tanış edib. H.Həşimovun oğlunun MTN-ə işə düzəlməsi məsələsinə gəlincə isə… İlham Qasımzadə bizimlə birinci söhbətində kömək etməyə çalışdığını, amma alınmadığını bildirdi. Növbəti dəfə isə (özü yenidən bizə zəng etdiyində) bildirdi ki, bu məsələ Namiq Abbasovun vaxtında olub, o vaxtı kimisə tanışlıqlıa MTN-ə düzəltmək mümkün deyildi.

“Business Service Centre” MMC-nin rəhbəri İkram Mütəllimov isə Qafqaznews.az-la danışmaq istəmədi. “Bu barədə məhkəmə qətnamələri var, Baş Prokurorluq da bir neçə ay əvvəl araşdırma aparıb. Sizə əlavə məlumat verməyə borcum yoxdur”, – deyə İ.Mütəllimov vurğuladı. Araşdırmamız davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32
"Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26
Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20
Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17
Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01
Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57
Binanı sökən şirkət intihara cəhd edən qadınla RAZILAŞDI - TƏFƏRRÜAT
Bu gün, 14:55
Aİ missiyası Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək - Ermənistan XİN
Bu gün, 14:51
Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb - FOTO
Bu gün, 14:50
Azərbaycanda hemofiliyalı xəstə müalicədən imtina etdi - Rəsmi açıqlamada nə deyilir
Bu gün, 14:10
Azərbaycan əleyhinə konsensus bitəcəkmi? - Bahəddin Həzi yazır...
Bu gün, 14:02
Ermənistanın himayədarı İrandır - BUNA GÖRƏ DƏ...
Bu gün, 14:00
Gədəbəy İcra Hakimiyyəti 139 minlik tenderdən məhrum edildi
Bu gün, 13:58
"Adil Əliyev bizi çağırıb dedi ki..." - DSX mayoru davadan DANIŞDI
Bu gün, 13:06
Deputatlar Həcc ziyarətində - VİDEO
Bu gün, 13:03
Cərimələrin artımı nə üçün bütün qanun pozuntularına aid edilmir? - AÇIQLAMA
Bu gün, 13:01
“Qara qutu” niyə Azərbaycana gətirilmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:59
Ömrünü kirayələrdə keçirdi, xərçəngin qurbanı oldu: - Novruz Qartalın ANIM GÜNÜDÜR
Bu gün, 12:57
"Facebook" fakt-yoxlamanı və senzuranı dayandırır - "Dezo" çoxalacaq?
Bu gün, 12:54
Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı təkliflər göndərib
Bu gün, 12:49
Tiktoker "Nurdan" həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:47
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43
Baş prokurorluqda YENİ TƏYİNATLAR - ƏMR
Bu gün, 12:40
Eritreyadakı gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır, XİN məsələni nəzarətə götürüb
Bu gün, 12:33
"Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" - "Qarabağ" rəsmisi
Bu gün, 12:32
Paşinyanla görüşlə bağlı Misir Mərdanovdan AÇIQLAMA
Bu gün, 12:31
“İcra başçısı olanda 3 il birgə yaşadıq, obyekti də özü hədiyyə etmişdi” - TƏFƏRRÜAT
Bu gün, 12:24
İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib - “Tasnim”
Bu gün, 12:21
Fransa əgər bizimlə dil tapmaq istəyirsə... - Makron buyurub BAKIYA GƏLƏ BİLƏR...
Bu gün, 12:19
Müəllimlərin də maaşı artırılacaq? - Deputatdan REAKSİYA
Bu gün, 12:12
Azərbaycanla delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək - Paşinyanın müavini
Bu gün, 12:09
“Deyirlər ki, get, hara istəyirsən şikayət et” - GİLEY
Bu gün, 12:07
Tramp Kopenhagendən də cavab aldı - “TV 2” telekanalı
Bu gün, 12:02
Həbs edilən diplomatdan nə xəbər? - "Sözügedən məsələ ilə bağlı hələlik..."
Bu gün, 11:52
Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var – ŞOK İTTİHAM
Bu gün, 11:49
Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır
Bu gün, 11:41
SOCAR İnsan Resursları Portalında NONSENS!!! - "Bu nə absurd bir vakansiya tərtibatıdır?"
Bu gün, 11:40
"Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" - VİDEO
Bu gün, 11:30
Müğənnilərin sayı NİYƏ ARTIB? - Nadir Qafarzadə belə İZAH EDİR...
Bu gün, 11:28
“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Bu gün, 11:21
Neft qiymətləri bahalaşır - NƏ BAŞ VERİR?
Bu gün, 11:20
Yaxşı olar ki, Tehran odla oynamasın - UYARI!
Bu gün, 11:15
"Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." - NARAZILIQ VAR...
Bu gün, 11:12
Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi – Rusiyadan əmr gəldi
Bu gün, 11:06
Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... - Tramp Suriyanı Türkiyənin ixtiyarına buraxacaqmı?
Bu gün, 11:03
ÖRTÜLÜ BAZAR bizə ona görə yaddır ki... - Rəsmi Bakı açıq gedişlər edir...
Bu gün, 11:00
Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:53
Burda elə işlər çevrilir ki... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 10:50
"Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" - "LOTEREYA İŞİ"
Bu gün, 10:47
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru