Əliyev Putinə: - "Erməni qoşunları bölgədən çıxarılmalıdır"
Tarix: 20-06-2016, 17:13 | Çap et
Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
RİA Novosti-nin verdiyi məlumata görə, görüş Sankt-Peterburq şəhərində keçirilib. Azərbaycan prezidenti görüşdə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində “status-kvo” qəbuledilməzdir. “Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”, - deyə o vurğulayıb.
* * *16:07
Az əvvəl Peterburqda Qarabağ müzakirələri çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Ermənistan prezidenti Serj Sərkisyanla ikitərəfli görüşü başlayıb. Virtualaz.org xəbər verir ki, görüşün jurnalistlərə açıq hissəsində Sərkisyan Qarabağ məsələsinin nizamlanmasında göstərdiyi səylərə görə Putinə təşəkkür edib. “Bizim Qarabağa dair mövqeyimiz hamıya bəllidir. İstəyirik ki, məsələ müstəsna olaraq sülh yolu ilə həll olunsun. Lakin təəsüf ki, təkcə bir tərəfin istəyi ilə belə münaqişələr həll olunmur. Əgər biz əvvəl əldə edilmiş razılaşmalar üzrə irəliyə gedə bilsəydik yaxşı olardı”-Sərkisyan deyib.
Putin isə münaqişə ilə bağlı bütün məsələlərin müzakirə olunacağını bildirib.
* * *14:36
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bu gün baş tutacaq üçtərəfli görüşünün əsas vəzifəsi hərbi əməliyyatların bərpa olunmasından sığortalanmaqdır. Virtualaz.org xəbər verir ki, belə bəyanatla Putinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
“İndi əsas vəzifə hərbi əməliyyatların bərpa olunmasından sığortalanmaq və Qarabağ ətrafında toqquşmaların başladığı məqamda mövcud olan boşluqlara imkan verməməkdir”-Peskov bildirib.
Rusiya prezidentinin sözçüsü etiraf edib ki, qarşıdakı danışıqlar mürəkkəb olacaq. Peskovun sözlərinə görə, Putin əvvəlcə Ermənistan prezidenti Serj Sərkisyanla ayrıca görüşəcək, daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirəcək. “Bundan sonra ayrıca söhbət olacaq və daha sonra üçtərəfli formatda işgüzar səhər yeməyi təşkil ediləcək, yəni orada Putin, Əliyev və Sərkisyan olacaq”-Peskov bildirib.
Beləliklə, Peskovun açıqlamasına əsasən Peterburqda Qarabağ müzakirələri üçtərəfli formatda sabah səhər də davam edəcək.
* * *14:26
Xəbər verildiyi kimi bu gün Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqa görüşəcəklər. Üçtərəfli görüşdən əvvəl Putin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda görüşəcək.
“Kommersant” qəzeti yazır ki, müharibənin bir addımlığında olan iki ölkənin prezidentlərinin Putinin vasitəçiliyi ilə görüşməsi Moskvanın Qarabağ münaqişəsindəki aparıcı rolunu ona geri qaytarır. Ekspertlər qeyd edirlər ki, Rusiya diplomatiyasının fəallaşması Bakı ilə İrəvan arasında tammiqyaslı müharibə təhlükəsinin getdikcə daha da artmasının nəticəsidir. Hansı ki, bu müharibə strateji əhəmiyyətli regionda situasiyanı nəzarətdən çıxara və ən çox uduzan tərəf Rusiya ola bilər. Ona görə də Moskvanın qarşısında asan olmayan vəzifə dayanıb-bir tərəfdən atəşkəsin qorunub saxlanılması, digər tərəfdən münaqişənin nizamlanmasına dair “yol xəritəsi”ni müəyyən edən çərçivə razılaşmasının qəbul edilməsi.
Qəzet qeyd edir ki, aprel döyüşlərindən sonra Vyanada baş tutan qısa görüşdə prezidentlərin növbəti görüşünə hansı ölkənin ev sahibliyi edəcəyi ətrafında intriqalar yaranmışdı. Əvvəlcə görüşün Parisdə baş tutacağı, prezident Fransua Ollandın vasitəçilik edəcəyi təxmin edilirdi. Lakin iyunun əvvəllərində Azərbaycan prezidenti İlham Əliyevin Berlinə səfəri zamanı Almaniya kansleri Angela Merkel bəyan etdi ki, münaqişənin nizamlanmasında aparıcı rol Rusiyaya məxsusdur.
Hazırda Almaniya ATƏT-ə sədrlik etdiyinə görə Merkelin bu bəyanatını Qərbin Rusiya diplomatiyasına münaqişənin nizamlanmasında yeni şans verməyə hazır olması kimi qarşılamaq mümkün idi.
Qəzet 5 il əvvəl də Moskvaya belə şans verildiyini, prezidentlərin Kazan görüşündə çərçivə sənədinin imzalanması üçün imkan yarandığını, lakin sonda razılaşmanın baş tutmadığını xatırladır. Prezidentlərin indiki görüşü isə kifayət qədər gərgin situasiyada baş tutur. İlham Əliyev görüş ərəfəsində elan edib ki, Azərbaycan 20 il də bundan sonra mənasız danışıqlar aparmaq niyyətində deyil. “Əgər kimsə belə düşünürsə səhv edir”-o bildirib.
Habelə görüşlə eyni gündə Azərbaycan ordusu cəbhəyanı poliqonlarda irimiqyaslı hərbi təlimlərə başlayıb.
Rusiyanın beynəlxalq məsələlər üzrə Şurasının eksperti Sergey Markedonov hesab edir ki, Sankt-Peterburq görüşündə kompromislər gözlənilmir, çünki tərəflərin buna siyasi iradələri yoxdur.
Şuranın digər eksperti Andrey Kortunov isə deyir ki, əgər fəal döyüş əməliyyatarı başlasa Rusiya seçim etməyə məcbur olacaq. Hətta neytrallığın saxlanılması da Ermənistan tərəfində Rusiyanın müttəfiqlik öhdəliklərini yerinə yetirməməsi kii qiymətləndiriləcək. Bu situasiyada Rusiya bütün xarici oyunçular arasında ən çox itirən tərəf olardı. Ona görə də Putin irəliyə oynayır və situasiyanı nəzarət altında saxlamağa çalışır.
Rusiya Elmlər Akademiyasının beynəlxalq münasibətlər İnstitutunun direktoru Aleksandr Dınkinin fikrincə isə Sankt-Peterburq görüşü hər halda deeskalasiyaya və atəşkəsin möhkəmləndirilməsinə səbəb olacaq. Nizamlama prosesinin “yol xəritəsini” müəyyən edəcək. “Əgər Putin bu üçtərəfli görüşə öz siyasi kapitalını qoyubsa o, iflasa yol verə bilməz”-Dınkin deyib.
Qeyd edək ki, amerikalı həmsədr Ceyms Uorlik Twitter-də prezidentlərin görüşünün Konstantinopol sarayında keçiriləcəyini yazıb. Putinin köməkçisi Yuri Uşakov isə bildirib ki, görüş günün ikinci yarısına planlaşdırılıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16 |
|
|
|
• "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14 |
|
|
|
• “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10 |
|
|
|
• Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08 |
|
|
|
• Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05 |
|
|
|
• Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26 |
|
|
|
• Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20 |
|
|
|
• Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17 |
|
|
|
• Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01 |
|
|
|
• Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57 |
|
|
|
• Binanı sökən şirkət intihara cəhd edən qadınla RAZILAŞDI - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Aİ missiyası Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək - Ermənistan XİN
Bu gün, 14:51 |
|
|
|
• Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb - FOTO
Bu gün, 14:50 |
|
|
|
• Azərbaycanda hemofiliyalı xəstə müalicədən imtina etdi - Rəsmi açıqlamada nə deyilir
Bu gün, 14:10 |
|
|
|
• Azərbaycan əleyhinə konsensus bitəcəkmi? - Bahəddin Həzi yazır...
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın himayədarı İrandır - BUNA GÖRƏ DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Gədəbəy İcra Hakimiyyəti 139 minlik tenderdən məhrum edildi
Bu gün, 13:58 |
|
|
|
• "Adil Əliyev bizi çağırıb dedi ki..." - DSX mayoru davadan DANIŞDI
Bu gün, 13:06 |
|
|
|
• Deputatlar Həcc ziyarətində - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• Cərimələrin artımı nə üçün bütün qanun pozuntularına aid edilmir? - AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• “Qara qutu” niyə Azərbaycana gətirilmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:59 |
|
|
|
• Ömrünü kirayələrdə keçirdi, xərçəngin qurbanı oldu: - Novruz Qartalın ANIM GÜNÜDÜR
Bu gün, 12:57 |
|
|
|
• "Facebook" fakt-yoxlamanı və senzuranı dayandırır - "Dezo" çoxalacaq?
Bu gün, 12:54 |
|
|
|
• Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı təkliflər göndərib
Bu gün, 12:49 |
|
|
|
• Tiktoker "Nurdan" həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43 |
|
|
|
• Baş prokurorluqda YENİ TƏYİNATLAR - ƏMR
Bu gün, 12:40 |
|
|
|
• Eritreyadakı gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır, XİN məsələni nəzarətə götürüb
Bu gün, 12:33 |
|
|
|
• "Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" - "Qarabağ" rəsmisi
Bu gün, 12:32 |
|
|
|
• Paşinyanla görüşlə bağlı Misir Mərdanovdan AÇIQLAMA
Bu gün, 12:31 |
|
|
|
• “İcra başçısı olanda 3 il birgə yaşadıq, obyekti də özü hədiyyə etmişdi” - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib - “Tasnim”
Bu gün, 12:21 |
|
|
|
• Fransa əgər bizimlə dil tapmaq istəyirsə... - Makron buyurub BAKIYA GƏLƏ BİLƏR...
Bu gün, 12:19 |
|
|
|
• Müəllimlərin də maaşı artırılacaq? - Deputatdan REAKSİYA
Bu gün, 12:12 |
|
|
|
• Azərbaycanla delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək - Paşinyanın müavini
Bu gün, 12:09 |
|
|
|
• “Deyirlər ki, get, hara istəyirsən şikayət et” - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Tramp Kopenhagendən də cavab aldı - “TV 2” telekanalı
Bu gün, 12:02 |
|
|
|
• Həbs edilən diplomatdan nə xəbər? - "Sözügedən məsələ ilə bağlı hələlik..."
Bu gün, 11:52 |
|
|
|
• Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var – ŞOK İTTİHAM
Bu gün, 11:49 |
|
|
|
• Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır
Bu gün, 11:41 |
|
|
|
• SOCAR İnsan Resursları Portalında NONSENS!!! - "Bu nə absurd bir vakansiya tərtibatıdır?"
Bu gün, 11:40 |
|
|
|
• "Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" - VİDEO
Bu gün, 11:30 |
|
|
|
• Müğənnilərin sayı NİYƏ ARTIB? - Nadir Qafarzadə belə İZAH EDİR...
Bu gün, 11:28 |
|
|
|
• “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Bu gün, 11:21 |
|
|
|
• Neft qiymətləri bahalaşır - NƏ BAŞ VERİR?
Bu gün, 11:20 |
|
|
|
• Yaxşı olar ki, Tehran odla oynamasın - UYARI!
Bu gün, 11:15 |
|
|
|
• "Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." - NARAZILIQ VAR...
Bu gün, 11:12 |
|
|
|
• Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi – Rusiyadan əmr gəldi
Bu gün, 11:06 |
|
|
|
• Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... - Tramp Suriyanı Türkiyənin ixtiyarına buraxacaqmı?
Bu gün, 11:03 |
|
|
|
|