Yaralı zabitin həyat yoldaşından prezidentə fəryad dolu müraciət - "Vətənimin, torpağımın bu qədər imkanı var, nə olar, Rahimi xaricə aparsınlar..."
Tarix: 13-06-2016, 09:03 | Çap et
Az əvvəl mətbuatda bu ilin aprel döyüşlərində ağır yaralanıb koma vəziyyətinə düşən Azərbaycan Silahlı Qüvvələrinin giziri Rahim Tağıyevin həyat yoldaşı Vüsalənin müraciəti yayımlanmışdı. Ağır yaralı gizirin həyat yoldaşı Vüsalə xanım bu gün Moderator.az -a açıqlamasında Rahim Tağıyevin vəziyyətinin daha da ağırlaşdığını bildirib: “Mətbuatda gedən müraciətdən sonra Müdafiə Nazirliyindən İlqar adlı şəxs tərəfindən zəng olundu. Məni Müdafiə Nazirliyinə çağırdılar, Mingəçevirdə yaşadığıma görə həmin gün onların çağırışına gedə bilmədim. Dünən uşaqları məktəbə yola salıb Bakıya çıxdım. Yolda zəng vurdum ki, mən ora gəlirəm, əgər imkanınız varsa, siz də gəlin, Rahim haqqında danışaq. Mənə cavab verdi ki, indi başqa yerdəyəm, gələ bilmərəm. Mən də hospitala Rahimin yanına getdim, gördüm ki, vəziyyəti daha da ağırlaşıb. Onun dünənki vəziyyətini görəndən sonra hələ də özümə gələ bilmirəm. Əlimi ürəyinin üstünə qoydum, ürəyinin xırıltısından az qalırdı ki, ürəyim parçalana”. Göz yaşlarına hakim ola bilməyən Vüsalə xanım yeganə istəyinin həyat yoldaşının sağlamlığına qovuşması olduğunu bildirib: “Çox narahatam. Əvvəl başı idi, indi artıq ürəyində də problemlər yaranıb. Həkim deyir ki, başındakı infeksiya indi ürəyinə təsir edib. Xəyal həkimlə danışdım, dedi ki, başındakı infeksiyanı analiz edirik, yoxlanılır, neçə yerdən həkimlər gətirmişik, ancaq tapa bilmirik ki, nə infeskiyadır, adı nədir. Mən də yalvardım ki, ay həkim, tapa bilmirsinizsə, başqa yerə göndərin. Allaha şükür dövlətimizin hər şeyə gücü, imkanı yetir. Bu infeksiyanı başqa yerdə yoxlatdırmaq olar axı. Əməliyyat olunmalıdır, ancaq infeksiyanı dəqiqləşdirə bilmirlər deyə əməliyyat etmirlər. Rahim hələ sağdır axı, canıyla əlləşir, yaşayan bir insanı ayağa qaldırmaq lazımdır. Rahim hansısa yol qəzasında yaralanmayıb ki, o, vətən uğrunda canını qurban verib. Dünən hospitaldan çıxandan ağlıyıram, yol boyu ağlaya-ağlaya Mingəçevirə gəlmişəm. Onsuz da səhhətimdə problemlər var idi, Rahim yaralanan gündən ağrılarım daha da çoxalıb. Uşaqlarım olmasaydı bir gün belə yaşamazdım. İndi uşaqlarıma görə yaşayıram ancaq, ovuc-ovuc dərmanlar içirəm ki, heç olmazsa Rahim sağalana qədər uşaqlara baxa bilim. Dözə bilmirəm daha, artıq gücüm də tükənib, indi gücüm göz yaşlarına çatır ancaq”. Yaralı zabitin həyat yoldaşı ölkə başçısına müraciət də ünvanlayıb: “Ali baş komandanımızdan, Mehriban xanımdan xahiş edirəm ki, yoldaşımın sağlamlığına qovuşmasına, ayağa qalxmasına kömək eləsinlər. Aprelin ikisindən Rahim komada yatır, canıyla çırpışır. Yəqin ki, övladlarının, ailəsinin çarəsiz durumda qaldığını hiss edir və buna görə də hələ həyatdan tutunub. Nə olar, onu ayağa qaldırmağa kömək etsinlər. Hara lazımdırsa, aparsınlar, nə lazımdrsa, eləsinlər. Onu o vəziyyətdə görmək asan deyil, hər dəfə Rahimi o halda görməyə tab gətirə bilmirəm artıq. Artıq uşaqlarıma da deməyə söz tapa bilmirəm. Keçən dəfə uşaqları da aparmışdım ki, ataların görsünlər. Gələndən ağlıyırlar, oğlum həm axşam o qədər ağlamışdı ki, yatdığı yerdə qulağından qan açılmışdı. Uşaqlarım hər saat atalarına görə həyacan keçirirlər, ataları da orda yaşamaq üçün çarpışır, buraxmır balalarını… Vətənimin, torpağımın bu qədər imkanı var, nə olar, Rahimi xaricə aparsınlar və ya xaricdən həkim gətirsinlər. Mən özüm üçün heç nə istəmirəm, balalarım üçün atalarını istəyirəm. Axı mən heç kimdən başqa heç nə istəmirəm… Bir tək Rahimi istəyirəm, balaları üçün… Rahimin dünənki vəziyyətini görəndən sonra mənimçün heç nəyin əhəmiyyəti yoxdur. Təki Rahim ayağa qalxsın, o, özü öz kreditini də ödəyəcək. İndiyədək kimdənsə pul alıb kredit borcun ödəməyib, özü halal qazancı ilə, halal maaşı ilə kreditin ödəyib. Yeganə istəyim odur ki, Rahimi ayağa qaldırsan, başqa heç nə istəmirəm. Xahiş edirəm, bütün dünya azərbaycanlılarından, Rahim üçün yalvarıram, onu ayağa qaldırmağa kömək edin. Dünən onun vəziyyətini görəndən bəri özümə gələ bilmirəm. Xaricdə gözəl həkimlər var, aparatlar var, nə olar, başqa yerə aparsınlar Rahimi, əllərindən gələni eləsinlər. Özüm üçün heç nə istəmirəm, uşaqlarıma da özüm baxacam, amma yetər ki, Rahim sağalsın, bircə onu ayağa qaldırsınlar. Rahim vətən uğrunda, torpaq uğrunda, bu torpağın insanları üçün canını sipər edib axı. Bilirəm ki, heç kim səsimi eşitməyəcək. Ona görə də son ümid yeri olaraq prezidentimizə, onun xanımına müraciət edirəm. Xahiş edirəm ki, kömək etsinlər, Rahimi balaları üçün ayağa qaldırsınlar. Aprelin ikisindən bəri bircə dəfə olsun belə icra hakimiyyətindən və ya nazirlikdən bizə təsəlli olacaq, dərdimizi ovundurmağa çalışacaq bir nəfər belə qapımızı açmayıb. “Rahimə heç nə omayacaq, inşaallah sağalacaq, səbrli olun” kəlməsini belə bizə çox görürlər. Bundan sonra biz kimə güvənə bilərik, kimə arxayın ola bilərik, kimə sözümüzü deyə bilərik? Rahimi evdən çıxanda o vəziyyətdə yola salmamışdım axı… Ürəyim dayanır, Allaha yalvarıram ki, mənə güc versin, bu dərdə dözə bilim…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05 |
|
|
|
• Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26 |
|
|
|
• Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20 |
|
|
|
• Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17 |
|
|
|
• Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01 |
|
|
|
• Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57 |
|
|
|
• Binanı sökən şirkət intihara cəhd edən qadınla RAZILAŞDI - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Aİ missiyası Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək - Ermənistan XİN
Bu gün, 14:51 |
|
|
|
• Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb - FOTO
Bu gün, 14:50 |
|
|
|
• Azərbaycanda hemofiliyalı xəstə müalicədən imtina etdi - Rəsmi açıqlamada nə deyilir
Bu gün, 14:10 |
|
|
|
• Azərbaycan əleyhinə konsensus bitəcəkmi? - Bahəddin Həzi yazır...
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın himayədarı İrandır - BUNA GÖRƏ DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Gədəbəy İcra Hakimiyyəti 139 minlik tenderdən məhrum edildi
Bu gün, 13:58 |
|
|
|
• "Adil Əliyev bizi çağırıb dedi ki..." - DSX mayoru davadan DANIŞDI
Bu gün, 13:06 |
|
|
|
• Deputatlar Həcc ziyarətində - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• Cərimələrin artımı nə üçün bütün qanun pozuntularına aid edilmir? - AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• “Qara qutu” niyə Azərbaycana gətirilmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:59 |
|
|
|
• Ömrünü kirayələrdə keçirdi, xərçəngin qurbanı oldu: - Novruz Qartalın ANIM GÜNÜDÜR
Bu gün, 12:57 |
|
|
|
• "Facebook" fakt-yoxlamanı və senzuranı dayandırır - "Dezo" çoxalacaq?
Bu gün, 12:54 |
|
|
|
• Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı təkliflər göndərib
Bu gün, 12:49 |
|
|
|
• Tiktoker "Nurdan" həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43 |
|
|
|
• Baş prokurorluqda YENİ TƏYİNATLAR - ƏMR
Bu gün, 12:40 |
|
|
|
• Eritreyadakı gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır, XİN məsələni nəzarətə götürüb
Bu gün, 12:33 |
|
|
|
• "Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" - "Qarabağ" rəsmisi
Bu gün, 12:32 |
|
|
|
• Paşinyanla görüşlə bağlı Misir Mərdanovdan AÇIQLAMA
Bu gün, 12:31 |
|
|
|
• “İcra başçısı olanda 3 il birgə yaşadıq, obyekti də özü hədiyyə etmişdi” - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib - “Tasnim”
Bu gün, 12:21 |
|
|
|
• Fransa əgər bizimlə dil tapmaq istəyirsə... - Makron buyurub BAKIYA GƏLƏ BİLƏR...
Bu gün, 12:19 |
|
|
|
• Müəllimlərin də maaşı artırılacaq? - Deputatdan REAKSİYA
Bu gün, 12:12 |
|
|
|
• Azərbaycanla delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək - Paşinyanın müavini
Bu gün, 12:09 |
|
|
|
• “Deyirlər ki, get, hara istəyirsən şikayət et” - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Tramp Kopenhagendən də cavab aldı - “TV 2” telekanalı
Bu gün, 12:02 |
|
|
|
• Həbs edilən diplomatdan nə xəbər? - "Sözügedən məsələ ilə bağlı hələlik..."
Bu gün, 11:52 |
|
|
|
• Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var – ŞOK İTTİHAM
Bu gün, 11:49 |
|
|
|
• Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır
Bu gün, 11:41 |
|
|
|
• SOCAR İnsan Resursları Portalında NONSENS!!! - "Bu nə absurd bir vakansiya tərtibatıdır?"
Bu gün, 11:40 |
|
|
|
• "Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" - VİDEO
Bu gün, 11:30 |
|
|
|
• Müğənnilərin sayı NİYƏ ARTIB? - Nadir Qafarzadə belə İZAH EDİR...
Bu gün, 11:28 |
|
|
|
• “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Bu gün, 11:21 |
|
|
|
• Neft qiymətləri bahalaşır - NƏ BAŞ VERİR?
Bu gün, 11:20 |
|
|
|
• Yaxşı olar ki, Tehran odla oynamasın - UYARI!
Bu gün, 11:15 |
|
|
|
• "Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." - NARAZILIQ VAR...
Bu gün, 11:12 |
|
|
|
• Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi – Rusiyadan əmr gəldi
Bu gün, 11:06 |
|
|
|
• Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... - Tramp Suriyanı Türkiyənin ixtiyarına buraxacaqmı?
Bu gün, 11:03 |
|
|
|
• ÖRTÜLÜ BAZAR bizə ona görə yaddır ki... - Rəsmi Bakı açıq gedişlər edir...
Bu gün, 11:00 |
|
|
|
• Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:53 |
|
|
|
• Burda elə işlər çevrilir ki... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 10:50 |
|
|
|
• "Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" - "LOTEREYA İŞİ"
Bu gün, 10:47 |
|
|
|
|