FAZİL MƏMMƏDOV ŞƏKİDƏ “QOÇU” SAXLAYIR
Tarix: 12-08-2012, 11:24 | Çap et
NAZİRLİYİN 11 SAYLI ƏRAZİ VERGİLƏR İDARƏSİ SAHIBKARLARA QAN UDDURUR
DİA.AZ: - Şəki şəhəri, F.Xoyski küçəsi ev 2 ünvanda yaşayan Həmidov Vüqar Telman oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Məktubdan anlaşılanı odur ki, narazı Şəki sakini 11 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyevin, sözügedən idarənin əməkdaşı Səfər Qafarovun və digər əməkdaşlarının özbaşınalğı barədədir. Vüqar Həmidov bildirir ki, adını çəkdiyi şəxslər qanun və prezident fərmanlarına hörmətsizlik etməklə yanaşı talançı qrup şəklində regionda fəaliyyətdədirlər ki, bu da nəticədə “Quba hadisələri”nin Şəkidə təkrarlanma ehtimalını artırır.
DİA.AZ-a daxil olan şikayət məktubunda deyilir: “Bildirirəm ki, mənə 11 saylı Ərazi Vergilər İdarəsi (bundan sonra 11 saylı ƏVİ) tərəfindən, vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə mənə məxsus əmlakı - “Opel” markalı nəqliyyat vasitəsini siyahıya almaq niyyətində olduğunu bildirən 13.07.2012-ci il tarixli məktub göndərilib. Halbuki, artıq vergi borcuna görə mənə məxsus əmlak siyahıya alınmış və həmin əmlakın hərracdan satılmasına dair məhkəmədə iddia qaldırılmışdı. ƏVİ-nin məktubuna cavab olaraq mən, ərizə ilə 11 saylı ƏVİ-yə müraciət etdim.
Mən, 11 saylı ƏVİ-nin bu hərəkətlərini qanunsuz, özbaşınalıq hesab edirəm.
Bildirirəm ki, 11 saylı ƏVİ-nin hərəkətləri təqibdir, mənim tərəfimdən 11 saylı ƏVİ-nin əməkdaşlarının özbaşınalığından, qanunsuz hərəkətlərindən (iş şərikimin vergi orqanında qeydiyyatdan çıxarılmasına, adına olan NKA-nın qeydiyyatdan çıxarılmasına və mənim adıma NKA-nın qeydiyyata alınmasına maneələrin törədilməsinə dair verilmiş şikayətlərə görə tətbiq edilən “cəzadır”.
Halbuki, AR Konstitusiyasının 57-maddəsinə əsasən, vətəndaşlarının dövlət orqanlarına müraciətlər göndərmək və onların, onların vəzifəli şəxslərinin işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır.
Təqibin əsasında aşağıda göstərilən hadisələr durur.
Mən sahibkarlıq fəaliyyətimi şərikim Teymurov Qorxmaz Bəylər oğlu ilə birgə həyata keçirirdim. Teymurov Qorxmaz fəliyyətinə xitam verilməsi, vergi orqanında qeydiyyatdan çıxmaq və NKA nın qeydiyyatdan çıxarılması məqsədi ilə 11 saylı ƏVİ-yə müraciət edib. 11 saylı ƏVİ-i Teymurov Qorxmazı aylarla süründürmüş və maneələr yaratmışdı. Səbəbi hər bir sahibkara aydındır. Səməd Vəliyev və Səfər Qaffarov qanunsuz gəlir mənbəsini itirmək istəmirdi. Şərikim Teymurov Qorxmaz qeydiyyatdan çıxdıqdan sonra mən qeydiyyata düşmək üçün 11 saylı ƏVİ-yə müraciət etdim. Səməd Vəliyev və Səfər Qaffarov mənə əvvəlki qaydada, yəni qanunsuz əlavə ödənişlər etmək şərti ilə işləməyi təklif etdilər. Mən etirazımı bildirdim.
Bundan sonra 11 saylı ƏVİ-nin bizə qarşı təqibi başladı. 11 saylı ƏVİ-nin əməkdaşlarının vizitləri, yoxlamaları, hərəkətləri telekanalların “xəbərlər” proqramlarının başlığında deyilən “ermənilərin Azərbaycana təcavüzü davam edir” sözlərini xatırladırdı. Vergi işçilərinin kassa aparatı alveri
İşlədiyim mağazaya NKA qoymaq üçün NKA -nın qeydiyyata alınması məqsədi ilə 11 saylı ƏVİ-ə müraciət etdim. Başladılar məni süründürməyə. Bütün (dəfələrlə etdiyim) müraciətlərim nəticəsiz qalırdı. Çoxlu saylı müraciətlərimdən sonra problem guya həll olundu. NKA -nın qeydiyyata alınması ilə bağlı sənədləri 11 saylı ƏVİ-nin Şəkidə yerləşən terminalına təqdim etdim .19-01-2012 tarixdən başladım fəaliyyətə.Kassa nəticələrinə uyqun verci ödədim. Fevral ayının əvvəllərində 11 saylı ƏVİ-dən Telman Mustafayev mənə zəng vurub nə əsasla vergi ödədiyimi soruşdu, mən də kassaya əsasən vergi ödədiyimi söylədim. Sonradan həmin şəxs mənə zəng vurub dedi ki, mənim adıma NKA yoxdur. 21-02-2012 tarixdə 11 saylı ƏVİ-nın əməkdaşları bildirdilər ki, heç bir NKA sizin adınıza qeydiyyata alınmayıb və məsuliyyətə cəlb edərək cərimələdilər.NKA MERKURİ tipli olduğu üçün qeydiyyatdan keçirmədilər və bildirdilər ki, Orion tipli NKA almaq lazımdır. Bu onunla izah olunurdu ki, Orion tipli kassa apparatlarının satışında 11 saylı ƏVİ-nın əməkdaşlarının maddi maraqları var idi. Sonunda əlimizdəki NKA-nı alıb bir gün sonra yeni NKA verdilər. BƏHANƏ də o oldu ki, guya eyni nömrəli NKA Respublikada iki ədəd imiş.
Bundan sonra da təqibi davam etdirdilər və bu zamanadək əməllərindən əl çəkməyiblər.
Əlavə olaraq bildiririk ki, AR Vergilər Nazirliyi “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun tələblərini pozaraq hər dəfə onlara ünvanladığımız şikayətləri baxılması üçün qanuna zidd hərəkətlərindən şikayət etdiyim orqana - 11 saylı ƏVİ-yə göndərirdi.
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 7-ci maddəsinə əsasən, vətəndaşların şikayətlərini baxılmaq üçün, qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.
Bu baxımdan Vergilər Nazirliyinin hərəkətləri qanunsuzdur”.
Şəkili sahibkar geridə qalmağımızı necə izah edir?
Daha sonra Vüqar Həmidov eyni zamanda bir sıra dövlət qurumlarına ünvanladığı şikayət məktubunda davam edir: “Yaxşı olardı ki, 11 saylı ƏVİ-nin rəhbərliyi AR normativ-hüquqi aktların, o cümlədən “Vergi Nazirliyi haqqında Əsasnamə” nin 9.3 maddəsinin tələblərinə hörmətlə yanaşsın. Öz hərəkətləri ilə dövlətin adına xələl gətirməsin, sosial gərginlik yaratmasın, dövlətə qarşı nifrət hissi oyatmasın, dünya ictimayətində Azərbaycan dövlətinin avtoritar, qeyri-demokratik olması barədə fikir yaratmasın, “Quba hadisələri” kimi vəziyyətin yaradılmasına vətəndaşları sövq etməsinlər.
Bir çox vətəndaşlar vətəndaşlıqdan imtina edirlər. Vətəndaşları bu hərəkətləri etməyə məcbur edən Səməd Vəliyev və Səfər Qafarov kimilərinin özbaşınalığıdır.
Səməd Vəliyev və Səfər Qafarov kimilərinin hərəkətləri nəticəsində müsəlman xalqlarını barbar, geridə qalmış, avtoritar, mədəniyyətsiz, öz xalqını tapdalayan insanlardan ibarət hesab edirlər. Nə qədər ki, onlar kimiləri var biz həmişə başqa xalqların məişətinə, inkişafına, həyat tərzinə qibtə edəgəyik.
Səməd Vəliyev və Səfər Qafarov kimiləri bilməlidirlər ki, onların aldıqları məvacib (o cümlədən “əlavələr”) vətəndaşların (o cümlədən mənim) ödədiyim vergi ödənişləridir. Onlara səlahiyyətləri və məvacibi verməyiblər ki, sahibkarların qanını içsinlər, vəzifədən özləri üçün istifadə etsinlər.
AR Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsi Azərbaycan Respublikasının məqsəd və funksiyalarının bir qismini həyata keçirən bir qurumdur. Və borcu qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək, Əsasnaməsinin 9.3. bəndində göstərilən vergi qanunvericiliyinə riayət olunmasını təmin etməkdir.
AR Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, AR vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
11 saylı ƏVİ-nin vəzifəli şəxslərinin hərəkətləri AR Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Fərmanına da ziddir.
Belə ki, həmin Fərmanla, ölkədə sahibkarlığın inkişafına mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədi ilə Vergilər Nazirliyinə vergilərin ödənilməsində yol verilən nöqsanların aradan qaldırılması, vergi orqanları tərəfindən həyata keçirilən səyyar vergi yoxlamalarının sayını azaldılması və bir-birini təkrarlayan əsassız yoxlamaların qarşısını alınması, vergi ödəyicilərinə xidmət sahəsində süründürməçiliyin aradan qaldırılmasının təmin edilməsi, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə vaxtında və obyektiv baxılmasını təmin edən müvafiq tədbirlər görülməsi, vergi orqanları tərəfindən təsərrüfat subyektlərinin fəaliyyətinin məhdudlaşdırılması hallarının qarşısının alınması, vergi nəzarəti işinin qanunvericiliyə uyğun olaraq aparılmasını təmin edilməsi, habelə əsassız vergi yoxlamalarının qarşısının alınması göstərişi verilib.
Habelə, AR Prezidentinin “İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə", "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərmanlarına əməl edilməsi kimi hüquqi zəminlər də 11 saylı ƏVİ üçün uzaqda olan qanunlardır.
11 saylı ƏVİ-nin əməkdaşları isə, fərmanlara hörmətsiz yanaşır, tələblərinə zidd gedir, hələ bu azmış kimi sahibkarlardan qanunverigilikdə nəzərdə tutulmamiş “vergi” alırlar. Onların hərəkətlərini “quldurluq” və vətəndaşları talamaq kimi qiymətləndirilməlidir. Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını gözləməyə və müdafiə etməyə borcludur”.
“Aydındır ki, 11-saylı ƏVİ məni təqib edir”
Vüqar Həmidov yenə də bildirir: “Biz hüquqi dövlətdə yaşayırıq. Bu baxımdan hüquqların müdafiəsi üçün bütün qanuni vasitələrdən istifadə etmək, o gümlədən həm məhkəmə qaydasında, həm də inzibati qaydada müraciət etmək vətəndaşın hüququdur.
İlk növbədə, 11 saylı ƏVİ-i tərəfindən məndən alınan qeyri-qanuni, qeyri- rəsmi, qanunla qanunvericilikdə nəzərdə tutulmayan “vergilər”, “ödənişlərə” hüquqi qiymət verilməlidir. Tətbiq edən orqan kimi, bu “ödənişlər”in nüansları barədə Səməd Vəliyev və Səfər Qafarovun çox gözəl məlumatları var.
AR Konstitusiyasının 73-cü maddəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa ödənişləri odəməyə məcbur edilə bilməz.
Hesab edirəm ki, bu “ödənişlərə” və bank hesablarına AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və digər müvafiq orqanlar Cinayət Məcəlləsini və “Korrupsiyaya qarşı mübarizə haqqında” AR qanunun müvafiq müddaaları baxımından hüquqi qiymət verməlidirlər. Sözsüz ki, bu hallar barədə, AR Prezidenti, AR İnsan Hüquqları üzrə Müvəkkili məlumatlandırılmalıdır.
Yuxarıda göstərilənlərin nəzərə alınmasını vacib hesab edərək, xahiş edirəm ki, 11 saylı ƏVİ-i tərəfindən vergi ödəyicisinin hüquqlarının pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görülməsində, 11 saylı ƏVİ-yə ünvanladığım ərizənin mahiyyəti üzrə baxılmasına köməklik göstərəsiniz, 11 saylı ƏVİ-nin qanunsuz hərəkətləri və özbaşınalığına hüquqi qiymət verəsiniz, habelə 11 saylı Ərazi Vergilər İdarəsinin sahibkarları təqib eütməsinə son qoyasınız”.
Onu da bildirək ki, bu şikayət məktubu Vergilər Naziri Fazil Məmmədovun əyalətdəki qoçularının fəaliyyətini əks etdirən faktlardan yalnız biridir və bu kimi hallar yetərincədir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildirməklə yanaşı, bu məsələ ilə əlaqədar Vergilər Nazirliyinin də münasibətini öyrənməyə çalışacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27 |
|
|
|
• Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32 |
|
|
|
• Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27 |
|
|
|
• İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24 |
|
|
|
• Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20 |
|
|
|
• Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18 |
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47 |
|
|
|
|