Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                 

“UZAQLAŞMAĞIMA SƏBƏB MİKAYILIN PAXILLIĞI OLDU”
Tarix: 2-08-2012, 13:18 | Çap et
“UZAQLAŞMAĞIMA SƏBƏB MİKAYILIN PAXILLIĞI OLDU”

DAHA BİR QALMAQALIN ƏSASI QOYULDU

“Mikayıl mahnıların çoxunu əvvəlcədən müğənnilərə deyirdi”

Deyirlər, televiziya ekranı adamı olduğu kimi göstərmir. Efirdə ən azı 6-7 kq kök görünürsən. Tele - jurnalistlərin belə bir ifadəsi də var: "filankəs kameraya işləyir." Bu isə o deməkdir ki, obyekt kamera qarşısına keçən kimi başqalaşır və istər-istəməz publikaya oynamağa başlayır. Deməli, ekranda gördüyünüz insanlar vizual baxımdan özləri olsalar da, əslində, özləri deyillər. Doğrudur, istisnalar da var. Lakin istisnalar qaydaları pozmadığı üçün fakt faktlığında qalır. Bəs onda efirdən gördüyümüz tanınmışlar kimlərdir? Bütün bunları və deyilməyən digər fikirləri nəzərə alaraq, sizə "Kadr arxası" adlı rubrikanın davamını təqdim edirik. Burada həmsöhbətimizi olduğu kimi göstərməyə çalışacağıq...

Uzun müddətdir kadr arxasında qalan qarmon ifaçısı Qiyas Qiyasovu kadr qarşısına çıxarırıq. Başqa sözlə desək, "Kadr arxası" rubrikasının bugünkü qonağı odur. Nəyin öndə, nəyin arxada olduğunu bilmək, obyektivinizi kadrarxası məsələlərə yönəltmək istəyirsinizsə, müsahibəni diqqətlə oxuyun.

- Qiyas, «Sevimli şou»nun ərsəyə gəlməsində sənin nə kimi rolun olub?

- Mənim “Space” kanalına böyük hörmətim var, həm də onun rəhbərliyinə. Verilişin layihəsi hələ təsdiqlənməmişdi, məlum oldu ki, proqrama müəyyən məbləğdə vəsait lazımdır. Həmin layihə məhz mənim köməkliyimlə maliyyələşdi. Daha doğrusu, verilişi maliyyələşdirən bunu məhz mənə görə etmişdi. Mikayıl da həmin işdə qabağa düşdü və rəhbərliyə müraciət etdi. Qısa zamanda veriliş ərsəyə gəldi.

- Hazırda Mikayılla aranızda soyuqluq var. Səbəb nə oldu ki, birdən-birə verilişdən uzaqlaşdın?

- Səbəb paxıllıq oldu. Sizə verdiyim müsahibədə demişdim ki, bəzi kütlələr verilişə Mikayıla görə yox, məhz mənə görə baxırlar. Sözüm ona pis təsir elədi. Hər yerdə həqiqi mənada hiss edirdim ki, böyük bir kütlə «Sevimli Şou»ya sırf mənə görə baxır. Bu mənə çox xoş idi. Məqsədim toy tutmaq yox, bir neçə ildən sonra musiqi sahəsində ali dərəcəyə yüksəlmək idi. Sadəcə Mikayıl məni kürəyimdən vurdu. Hətta mənim müğənnilərlə münasibətim onu qıcıqlandırmağa başladı. Hamı mənə suallar verir, verilişdə danışıqlarım kütlə içərisində marağa səbəb olurdu. Müəyyən müddətdən sonra gördüm ki, bütün bunlar Mikayılda paxıllıq hissi yaratdı. Bir gün Mikayıl Güləddin oğlu mənə yaxınlaşıb dedi ki, kanalın rəhbəri Vaqif Mustafayev tapşırıb ki, Qiyasa verilişdə söz vermə, bəyəm o, xalq artistidir? Mən inanmadım ki, Vaqif müəllim kimi gözəl bir insan belə danışar. Bəzi ifaçılar heç musiqini bilmirdi. Mən də onların cavabını verirdim. Bu niyə Mikayılda qıcıqlandırma yaradırdı? İlk dəfə sizə açıqlama verəcəyəm ki, Mikayıl mahnıların çoxunu əvvəlcədən müğənnilərə deyirdi. Məni də əsəbiləşdirirdi ki, artıq sənə görə heç kim bu verilişə gəlmək istəmir. Çünki çoxları mahnıları tapa bilmirdilər. Əsasən də mən hazırladığım musiqiləri. Hətta Əli Mirəliyev hər yerdə danışırdı ki, məni 60 yaşımda musiqilərimizi öyrənməyə Qiyas məcbur elədi. Verilişdən uzaqlaşmağıma əsas səbəb aşıqları çağırmağı oldu. Mən dedim ki, formata uyğun deyil. Dedi, veriliş mənimdi, özüm bilərəm. Həmin aparıcının əlində layihə tutub dalımca düşməsi gözümün qabağına gəldi. Bütün mahnıları mən öyrətmişəm ona. Hər verilişdən sonra mənə deyirdi ki, bu mahnıları hardan tapırsan. Mənim əziyyətim böyük idi. Həmin mahnıları bir həftə ərzində tapırdım, musiqiçilərə öyrədirdim. Artıq aşıqlardan sonra meyxanaçılar yarışmalıydı. Qonaqlar – Namiq Qaraçuxurlu, Pərviz Bülbüləli olmalı idi. Mən də dedim ki, ay Mikayıl, Namiq Qaraçuxurludan Cahangir Cahangirovun musiqisini soruşsaq, bu hansı məntiqə uyğundur? Axı Namiq meyxanaçıdır, musiqiçi yox. Bu, aparıcıya xoş gəlmədi. Möhkəm mübahisəmiz oldu və o, rəhbərliyə xəbər apardı. “Qiyas və musiqiçiləri mənə qarşı tərbiyəsizlik edirlər, üstümə qışqırırlar”, - dedi. Sonra aparıcı mənə zəng edib dedi ki, gələn həftə o musiqiçilərin verilişdə olmasın. Soruşdum, bəs mən? Cavabında dedi: “Sən də onların rəhbərisən”. Təsəvvür edin ki, məni öz zəhmətimlə hazırladığım verilişdən məni qovdular. Halbuki biz rəhbərliklə üç aylıq müqavilə imzalamışdıq.

- Hazırda nə işlə məşğulsan?

- «Xəzər»TV-yə çağırdılar. Ordan mənə dedilər ki, sənin işin ifanı göstərməkdir, bizim işimiz isə yayımlamaqdır. Sağ olsunlar, sözlərinin üstündə durdular. İnşallah, bir neçə layihələrlə tamaşaçılarımızın qarşısında gələcəyəm.

- Səni ən çox nə narahat edir?

- Haqsızlıq. Çünki hara müsahibə verirəmsə, Mikayıl gedib yazını çıxartdırır. Bu, nə qədər düzgündür, bilmirəm. Mən jurnalistlərimizə güvənirəm. Bundan sonra da yazılarım öz yerini tutacaq, haqqım tapdalandığına görə çox əsəbiləşirəm. Yazı çıxan kimi Mikayıl gündə mənə beş-altı dəfə zəng edir, “sən nə edirsən, rəhbərlik məni işdən çıxaracaq sənin üzündən”, deyir. İndi hər yerdə deyir ki, guya onu yuxarıdan tapşırıblar və mən Qiyas artıq heç kimə müsahibə verə bilməyəcəyəm. Əslində, mənim müsahibə verməyimin yeganə səbəbi odur ki, artıq son qoymaq istəyirəm bu məsələyə. Qoy məndən soruşmasınlar ki, niyə Mikayıl səni verilişdən uzaqlaşdırdı. Onsuz da baxımsız olub veriliş. Bir sənətkarı ki dörd dəfə efirə çağırırlar, o da efirdən deyir ki, adamı nə qədər çağırarlar verilişə, buna nə ad vermək olar? Siz deyin, bu nə qədər gülünc görsənir? Bu artıq rüsvayçılıqdır ki, bəzi müğənnilərin şəxsi həyatını Mikayıl ifrat dərəcədə gündəmə gətirir.

- Bundan sonra Mikayıl sənə yenidən dostluq əlini uzatsa, barışarsan?

- Heç vaxt barışmaram. Elə olub rastlaşmışam, heç salamını almamışam. Veriliş ona görə açılmamışdı, nə də o verilişin ağası idi ki, ansamblı uzaqlaşdırsın. Veriliş bağlanandan bir müddət sonra guya bizi barışdırdılar. Mikayıl yanıma gəlirdi, studiyada yeni planlar qururdu, yeni layihə açsın deyə gah «Lider»ə, gah da «Xəzər»ə gedirdi. Amma heç nə alınmırdı. Axırda da «Space» kanalında məni tərbiyəsiz bir insan kimi tanıtdırdı. İkinci dəfə «Sevimli şou» açılanda mənə zəng edib dedi ki, səni qəbul etmirlər, başqa musiqiçilər olacaq. Məni yandıran odur ki, veriliş bir müddət fasiləyə çıxanda gündə məni axtarırdı, planlar qururduq. Veriliş açılanda mənə deyir ki, sən yoxsan. Verilişi böyüt, yola düzəl, onu başqası əlindən alıb aparsın. Nə isə, bütün bu olanlardan mənə dəstək olanların da xəbəri oldu. Həmin gün «Ay işığı»nda yığışdıq. Qısaca olaraq Mikayıla dedilər ki, son sözün nədir, o da dedi ki, qərara almışam, o ansamblla işləməyəcəyəm. Mənə qarşı hörmətsizlik etdilər. Təbii ki, mən öz cavabımı verdim. Sonra da Mikayıla sərt cavab verdim. Əvvəllər bizim “kruqumuzda” özünü o qədər yaxşı eləmişdi ki, qərara almışdıq birlikdə “pradakşın” açaq. Elə də oldu. Dubaya gedib səsyazma avadanlıqları gətirdik. Məşq zalı, ofis, studiya açıldı. Amma o, nankor çıxdı mənə və yaxınlarıma qarşı.

- Sərt ittihamların səni yarıyolda qoymadı ki?

- Bəli, bunu normal qəbul edirəm. Mənim çıxışlarım, dikbaş çıxışlarım çoxunu qıcıqlandırırdı. Hətta Könül Kərimovanı da qıcıqlandırmışdı ki, o mənə söz atdı. Fikirləşmədi ki, mən istədiyim kimi onun cavabını verə bilərəm. Vaqif müəllimin adından Mikayıl çox danışırdı. Mənim Vaqif müəllimə böyük hörmətim var. İnşallah gec-tez qəbulunda olacağam və bütün olub-bitənləri ona çatdıracağam. Mənə qarşı çox haqsızlıqlar olub.

- Mikayıl «Virtuoz»dan sonra səninlə dostluq etməyə başladı?

- Hamı bilsin ki, Mikayıl «Virtuoz»da sms-ləri çox olan, pulu çox olan iştirakçılarla dostluq edirdi. Mən yalan danışa bilmərəm. Mənim dostlarım «Virtuoz» yarışmasından sonra Mikayıla dedilər ki, Qiyasa görə bu verilişi açırıq, sən də çalış, sənə də yaxşı olacaq. Bu minvalla «Virtuoz»dan sonra onunla münasibətimiz daha da sıxlaşdı. Bu sıxlıqdan istifadə edib bizim içimizə, süfrəmizin başına keçə bildi. Hər şeyi Allaha tapşırıram. Bundan sonra Mikayıl kimi insanları qabağıma çıxartmamasını istəyirəm. Belə insanlar adamı dar ayaqda qoyub qaçanlardır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Dünən, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru