«Bazarstore» dükanlar şəbəkəsində iyrənc bir olay baş verib. Azərsun Holdinqin bu dükanlar şəbəkəsində şirniyyat və çörək bölməsində satılan məhsulların içindən həşaratlar çıxır. GUNDEMİNFO.AZ-a şikayət edən Bakı sakini Gülnaz Səlimova bildirib ki, dünən günorta saatlarında «Bazarstore»nin Badamdarda yerləşən mağazasından qablaşdırılmış pide alıb. «Pideni axşam iftarında yemək üçün almışdım. Cəmi bir neçə saatdan sonra «Bazarstore»dən aldığım pidenin içinə baxanda dəhşətə gəldim. Aşkar şəkildə pidenin içindəki ət qurdları hərəkət edirdi» deyə saytımıza müraciət edən xanım bildirdi. Bu məhsulun saxlanma müddəti ilə bağlı göstərilən tarix də saxta yolla vurulub.
Maraqlıdır ki, Azərbaycanda türkiyəli iş adamı Abdulvari Gözəlin pulu ilə qurulan «Bazarstore» dükanlarından şitkayətlər artmağa başlayıb. Bu dükanlarda satıcı qızlarla bağlı əxlaqsız yamnaşmaların yol verilməsi barədə bir qədər əvvəl mətbuatda xəbərlər yayıldı.
Bundan başqa Azərbaycanda manatın devalvasiyasından sonra Azərsun Holdinqin prezidenti Abdolvari Gözəl aşkar şəkildə bəyan etmişdi ki, hökumətin bu qərarı iş adamlarına ağır zərbədir və ölkədə qiymətlər bahalaşacaq. İş adamının bu bəyatından sonra rəsmi qurumların süni qiymət artımlarına qarşı apardıqları mübarizə nəticəsində qiymətlər bahalaşmadı. Lakin bu gün pidesinin içindən qurd çıxan müştəri bildirir ki, son zamanlar (manatın ucuzlaşmasından sonra red.) «Bazarstore»lərdə köhnə mallar satılmağa başlayıb. Tarixi ötmüş mallara isə daha çox gündəlik yeyilən un məmulatlarında rast gəlmək olur. «Bazarstore»də Ramazan ayında qurdlu pidelər satılır Qeyd edək ki, bu məsələ ilə bağlı olaraq İqtisadi İnkişaf Nazirliyinin də mövqeyini öypənməyə çalışırıq.