Hakimiyyət kardinal kadr islahatlarının ilk addımını atır - Artur Rəsizadə istefaya göndərilir - Onun yerinə kadr hazırlanır
Tarix: 12-01-2015, 13:53 |
Çap et
DİA.AZ: - «Baş Nazir Artur Rəsizadə məhz indilərdə, kimsənin gözləmədiyi vaxtda postundan alınacaq. Onun yerinə isə hazırda millət vəkili kimi fəaliyyət göstərən o qədər də tanınmayan fiqurlardan biri təyin olunacaq». Bu məlumatı DİA.AZ-a hökumətdəki bilgili qaynaqlar ötürüb.
Mənbənin diaaz.space-a bildirdiyinə görə, Artur Rəsizadənin yerinə təyinq olunacaq şəxs o qədər də çəkili fiqur hesab olunmur: «Bu vaxta qədər gah nəqliyyat naziri Ziya Məmmədovun, gah da fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Artur Rəsizadənin yerinə tyin olunacağı haqda informasiyayalr KİV-lərdə dövriyyəyə buraxıldı. Amma bu, gözzəlinəln deyildi.
Adları çəkilən fiqurlar kifayət qədər nüfuzludurlar və o cür məmurlara baş nazir postunun həvalə olunması vəziyyəti kökündən dəyişə biləcəyindən hələ həmin məluatlar ilk başdan, yayıldığı zaman inandırıcı görünmürdü».
Mənbə iddia edir ki, hələlik yeni baş nazirin kimliyi açıqlanmasa da, bu dəyişiklik qərarının icrasına tədarük görüləkdədir.