Mikayıl Cabbarovun bir illik fəaliyyətini təftiş qərarı verilib - Təhsil nazirinə olan etimad azalıb
Tarix: 19-05-2014, 12:19 |
Çap et
DİA.AZ: - Mikayıl Cabbarovun təhsil naziri postuna təyin olunmasından bir il vaxt keçsə də, cəmiyyət istədiyini ala bilməyib. Yəni hələ də təhsildə köklü problemlər qalmaqdadır. Yalnız süpürgəpulunun qarşısını alan Mikayıl Cabbarov bununla da ki, özünə istədiyi reputasiyanı yığa bilməyib. Çünki məktəblə birbaşa əlaqəsi olan vətəndaşlar yaxşı bilirlər ki, Mikayıl Cabbarovla Misir Mərdanovun fərqi süpürgəpulundan artıq deyil.
Deyəsən, bunun belə olduğuna «yuxarılar» da əmin olub. Bu barədə DİA.AZ-ın əldə etdiyi bilgilərdən belə aydın olur ki, artıq dövlət tərəfindən verilən qərara əsasən Hesablama Palatası Təhsil Nazirliyinin özünün fəaliyyətini araşdırmağa başlayıb.
Mənbənin diaaz.space-a söylədikləri: «Maraqlı orasıdır ki, təhsil nazirliyinin son bir il ərzindəki fəaliyyəti araşdırılır. Yəni bu da o deməkdir ki, araşdırılan dövr Mikayıl Cabbarovun nazir olduğu müddətdir».
Belə bir qərarın verilməsini Mikayıl Cabbarova olan etimadın azalması kimi dəyərləndirən bilgili qaynaq onu da vurğulayıb ki, bu proses gənc nazirimiz üçün yaxşı nəyisə vəd etmir…