
28 aprel 2025-ci il saat 11.00- da "Zəyəm Texnologiyalar Parkı" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki. yığıncaq Şəmkir rayonu, Zəyəm ŞTQ, S. Vurğun küçəsi 24 (AZ5730) nömrəli ünvanda baş tutacaq.
Səhmdarların illik ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin 2024-cü il üçün maliyyə hesabatı.
2. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin Müşahidə Şurasının tərkibinin seçilməsi.
3. Digər cari məsələlər.
Qeyd: Səhmdarlar illik ümumi yığıncağın gündəliyinin materialları ilə ümumi yığıncaq zamanı tanış ola bilərlər.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hər bir səhmdar ümumi yığıncaqda iştirak hüququnu özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər.
Sonuncu halda nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyənləşdirilmiş formada tərtib olunmuş etibarnamə ilə təsdiq edilməlidir.