Dövlət Məşğulluq Agentliyi “Dövlət Məşğulluq Agentliyinin Aparatı üçün ofis sahəsinin icarəsi xidmətinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi Gülnarə Sultan qızı İbadova (VÖEN: 1605375812) olub.
Qalib şəxslə 1 499 300 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, bu müqavilə üzrə 8.335 m(2) sahəlik ofis icarəyə götürüləcək.