Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                 

Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Tarix: 2-02-2025, 09:45 | Çap et
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək?
ABŞ prezidenti Donald Trampın Qəzza zolağını "təmizləmək" və fələstinliləri qonşu ölkələrə köçürmək təklifi müttəfiqlər və ərəb dövlətləri tərəfindən tənqid olunub və rədd edilib.

Ekspertlərin fikrincə, Qəzzanın 2.3 milyonluq əhalisinin məcburi şəkildə Misir və İordaniyaya köçürülməsi regionu qeyri-sabitliyə sürükləyə və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll perspektivlərini məhv edə bilər.

Lakin eyni zamanda qeyd olunur ki, bu radikal təklif dünyanın ən çətin münaqişələrindən birinə həll tapmaq məsuliyyətini regiondakı ABŞ müttəfiqlərinin üzərinə qoya bilər.

Londonda yerləşən "Chatham House" beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Sənəm Vəkil bildirib ki, Tramp Qəzza və İsrail mövzusunda son dərəcə həssas bir məsələdə ən radikal mövqeni tutur. Onun sözlərinə görə, "Tramp ABŞ-dən yardım və təhlükəsizlik baxımından asılı olan əsas müttəfiqlərə təzyiq göstərməklə yükün və məsuliyyətin bölüşdürülməsi hədəfinə nail olmağa ümid edir".

İki-dövlətli həll yolunun gələcəyi
Vaşinqton onilliklərdir ki İsraillə yanaşı, müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan iki dövlətli həll yolunu dəstəkləyir.

Lakin sərhədlər, yaşayış məntəqələri və Qüdsün statusu ilə bağlı dərin fikir ayrılıqları israillilər və fələstinlilər arasında irəliləyişə mane olub.

Fələstinlilər gələcək Fələstin dövlətinin Qəzza zolağını da əhatə etməsində israrlıdırlar. Buna görə də Trampın təklifi təkcə tənqidçilər deyil, Almaniya da daxil olmaqla ABŞ-nin müttəfiqləri arasında da narahatlıq yaradıb.

ABŞ-də yerləşən "Eurasia Group"un baş analitiki Qreqori Bryu deyib ki, Tramp hələ də İsrail-Fələstin münaqişəsinin gələcək həlli barədə aydın mövqe bildirməyib. "Lakin əgər ABŞ siyasəti fələstinlilərin Qəzzadan köçürülməsinə yönəlirsə, bu, müsbət irəliləyiş üçün məhdud imkanların olduğunu göstərir",- baş analitik əlavə edib.

Hazırda Qəzza sakinlərinin çoxu köçkün vəziyyətindədir və Fələstin anklavının böyük hissəsi İsrailin HƏMAS-a qarşı apardığı 15 aylıq dağıdıcı müharibə nəticəsində məhv edilib. Bu müharibə 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə gözlənilməz ölümcül hücumu ilə başlayıb.

İsrail və HƏMAS arasında döyüşlər yanvarın 15-də əldə edilən atəşkəs razılaşması çərçivəsində altı həftəlik dayandırılıb. Bu, müharibənin daimi dayandırılmasını, eləcə də Qəzzanın bərpasını nəzərdə tutan çoxmərhələli atəşkəs razılaşmasıdır.

Tramp yanvarın 25-də irəli sürdüyü təklifində Qəzza sakinlərinin mümkün köçürülməsinin müvəqqəti və ya uzunmüddətli ola biləcəyini bildirib.

Təl-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Eldad Şavitin fikrincə, İsrailin radikal sağçıları arasında fələstinlilərin Qəzzadan köçürülməsinə geniş dəstək var: "Onlar İsrailin bu ərazini işğal edib yeni yaşayış məntəqələri inşa edə biləcəyini düşünürlər".

Tramp fikirlərini ABŞ-nin regiondakı mühüm müttəfiqləri, böyük həcmdə yardım alan İordaniya və Misirlə paylaşdığını deyib. Lakin hər iki ölkə mülki əhalinin məcburi köçürülməsi ilə bağlı hər hansı addıma açıq şəkildə etiraz edib.

E.Şavit bildirib ki, İordaniya və Misirin təklifi qəbul etmələrini gözləmək "ağlabatan deyil", çünki onlar artıq 1948-ci ildə İsrailin yaradılması və 1967-ci ildəki Ərəb-İsrail münaqişəsi nəticəsində köçkün düşən milyonlarla fələstinlini sığındırıb.

Onun sözlərinə görə, bu ölkələrin daha çox qaçqın qəbul etməsi onların sabitliyi üçün böyük bir risk ola bilər.

Ekspertlər deyirlər ki, Qəzza sakinlərinin köçürülməsi və nəticədə müstəqil Fələstin dövlətinin perspektivlərinin məhv edilməsi İsrail ilə regional güc olan Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq cəhdlərini də əngəlləyə bilər.

"Bunun Körfəz regionunda, xüsusən də Səudiyyə Ərəbistanında müsbət qarşılanacağını gözləmirəm, çünki Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin dövlətinin yaradılmasında müsbət irəliləyişi İsrail ilə normallaşma üçün bir şərt kimi qoyub", - "Eurasia Group"un baş analitiki Q.Bryu deyib.

Son illərdə bir neçə ərəb dövləti ABŞ tərəfindən vasitəçilik edilən "İbrahim razılaşmaları" çərçivəsində İsraillə münasibətləri normallaşdırıb.

"Status-kvonu dəyişdirmək lazımdır"
Ekspertlər deyirlər ki, Vaşinqtonun müttəfiqləri və ərəb ölkələri arasında Trampın təklifinə qarşı sərt etiraz təklifin reallaşdırılmasının qeyri-mümkün olduğunu göstərir.

Q.Bryunun fikrincə, Trampın "hazırlıqsız şəkildə" etdiyi şərhlərdən çox mənalar çıxarmamaq lazımdır.

E.Şavit isə qeyd edib ki, Tramp böyük düşünməyi xoşlayır və o, öz müşavirləri ilə birlikdə status-kvonu dəyişdirməyə çalışa bilər. Onun məqsədi regiondakı tərəfləri münaqişəni çözmək üçün addım atmağa təhrik etməkdir.

"O, tərəfləri elə bir şəkildə silkələmək istəyir ki, onlar özləri üçün qəbul edib yaşaya biləcəkləri bir həll yolunu düşünsünlər", - israilli tədqiqatçı əlavə edib.

Şavitin fikrincə, "Tramp yeni bir Yaxın Şərq istəyir; o, Səudiyyə Ərəbistanının "İbrahim razılaşmaları"na qoşulmasını istəyir. Tramp regionda sülh yaradan və bunun üçün Nobel Sülh Mükafatını alan biri kimi görünmək istəyir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru