Cümə axşamı, 20 fevral 2025, 12:23:06  
   Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı .....                     Naxçıvanda 8 şirkət birləşir .....                     Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb .....                     Aİ liderləri Ukraynaya səfər edəcək .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Nübar Ərbil AzTV-dən getdi .....                     Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ .....                     Hakerlər kimlərdir? .....                     Baş Prokurorluqda YENİ TƏYİNATLAR .....                     “Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib .....                     SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... .....                     Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür .....                     Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq .....                     Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub .....                     "Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub .....                     Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır .....                     Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı .....                     Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: .....                     Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir .....                     Şeyx Əbdül BSU-nun tələbəsi olan nəvəsinin təcrübəyə göndərilməməsindən şikayətləndi .....                     Dəniz piyada bölmələri ilə təlim keçirilib .....                     "Bu, məni çox həyəcanlandırır" .....                     “Hamısı gəlib qulağıma çatır” .....                     Lotu Quli ilə birgə ittiham olunmuşdu, .....                     "Global" Media Qrupuna haker hücumu olub .....                     Bakıda pasiyentləri yerə yıxaraq, ağladan qalmaqallı psixoloqdan AÇIQLAMA .....                     Rusiya "FSB" əməkdaşları Ermənistanda polis bölməsinə basqın etdi?.. .....                     Babək Rzayevə hökm oxundu .....                     Rasizadəyə verilən ordeni başqa kimlər alıb? .....                     Rusiya səfiri 2 saat Sarkisyanın ofisində oldu .....                     Masallı sakini silahdan açılan atəş nəticəsində ölüb .....                     Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini kollektivə təqdim olunub .....                     “Binəqədi Residence”in 813 min manata yaxın .....                     “Gold Məkan” tikinti şirkəti ilə sakinlər arasında problemlər bitmir .....                     Azərbaycanlılara atəş açan deputata bu cəza verildi .....                     Yardımlıda məmurlar YAŞILLIĞA QƏNİM KƏSİLİB... .....                     Balakəndə sakinlər üçün SƏHİYYƏ TƏLƏSİ... .....                     Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib .....                     Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? .....                     İrəvanda məşhur hotelin üzərindən "artsakh" adı götürüldü... .....                 

Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Tarix: 30-01-2025, 14:00 | Çap et
Tələbələr "TələbəPlus" kartından narazılıq edir
"Nəqliyyata endirim olmadıqdan sonra "TələbəPlus" kartının nə mənası qalır ? Sizcə tələbənin o qədər yüksək təqaüdü var ki, hər gün muzey,restoran gəzsin?".
Bu "TələbəPlus" kartının instaqram səhifəsində onlarla tələbədən biri olan Ömər adlı istifadəçinin tələbələrə güzəşt kartı ilə bağlı şərhidir.
Tələbələrin ən çox xərci nəqliyyata çıxır, ona isə güzəşt yoxdur!
Təhsilin İnkişafı Fondun "TələbəPlus" layihəsi ilə bağlı instaqram şərhlərinə nəzər saldıqda görmək olur ki, tələbələr heç də "TələbəPlus" kartından razı deyillər.
Bahar Əsgərova adlı tələbə bildirir ki, onun ən çox xərci nəqliyyata çıxır.
"Tələbəyə əsas lazım olan nəqliyyatdır. Nəqliyyata güzəşt lazımdır. Pulum ancaq yola çıxır. "TələbəPlus" kartı ilə nəqliyyata güzəşt ediləcəyini gözləyirdim. Təəssüf ki, sevincim puç oldu", deyə tələbə narazılığını ifadə edib.
Tələbədən də faiz tuturlar
Tələbələrin sözlərinə görə, "TələbəPlus" kartı ilə bağlı digər arzuolunmaz hal, karta mədaxil edərkən 1% ,minimum 1 AZN məbləğində komissiyanın tutulmasıdır. Üstəlik 18 yaşı tamamlamamış şəxslər karta mədaxil edə bilmir.
"Belə çıxır ki, birdə 2-ci kursda bu endirimlərdən istifadə edə bilərik. O zaman bu kartların 1-ci kurslarda paylanılmasının nə əhəmiyyəti qalır", deyə tələbələr gileylənir.
Tələbələr "TələbəPlus" kartında qoşulan mağazaların çoxunun brend mağazalar olduğunu söyləyirlər. Onlar buna görə də bu mağazaların endirimlərindən yararlana bilmədiklərini söyləyirlər.
İctimai nəqliyyatda güzəşt vədi nə vaxta qaldı?
Təhsilin İnkişafı Fondundan isə bildirilib ki, "TələbəPlus" kartı tələbələr üçün xüsusilə endirimlər və güzəştlər təqdim etməyi hədəfləyən bir məhsuldur.
"Eyni zamanda hər hansı əlavə üstünlüklərin yaradılması məsələsi daim müzakirə olunur. İctimai nəqliyyatla bağlı güzəştlər məsələsinə toxunduğunuz üçün ayrıca təşəkkür edirik. Hazırda ictimai nəqliyyatla bağlı güzəştlər mövzusunda müvafiq qurumlarla əlaqələrimiz davam edir və bu sahədə tələbələr üçün əlverişli həll yollarını təqdim etmək üçün çalışırıq. Yaxın zamanda bu istiqamətdə daha müsbət xəbərlər paylaşacağımıza inanırıq" deyə Fonddan bildirilib.
"Bu kart əsasən restoran və geyim mağazalarında endirimləri əhatə edir"
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda tələbələr və təhsil işçiləri üçün güzəştli kartların – "TələbəPlus" və "TəhsilPlus" – yaradılması onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq və təhsil ehtiyaclarını dəstəkləmək məqsədi daşıyır.
"Lakin mövcud tətbiqlər tələbələrin əsas ehtiyaclarını tam şəkildə qarşılamır və bu, onların narazılığına səbəb olur. Belə ki, "TələbəPlus" kartında əsas güzəştlərin mağaza və restoranlara yönəlməsi, tələbələrin təhsil və gündəlik həyat üçün daha vacib olan sahələrdə dəstəksiz qalmasına səbəb olur", deyə K.Əsədov bildirib.
Ekspert bildirib ki, Azərbaycan qanunvericiliyində tələbələrin və təhsil işçilərinin sosial müdafiəsini təmin etmək üçün müxtəlif mexanizmlər nəzərdə tutulub: " "Təhsil haqqında" Qanunun 5-ci maddəsinə əsasən, dövlət təhsilin əlçatanlığını təmin etmək üçün müxtəlif sosial dəstək proqramlarını həyata keçirməlidir. Lakin bu istiqamətdə praktiki mexanizmlər hələ də kifayət qədər inkişaf etməyib. Məsələn, "TələbəPlus" kartı ilkin mərhələdə tələbələrin gündəlik xərclərini azaltmaq məqsədi daşısa da, təhlillər göstərir ki, bu kart əsasən restoran və geyim mağazalarında endirimləri əhatə edir. Halbuki tələbələrin ən çox xərclədiyi sahələr təhsil materialları, ictimai nəqliyyat və yaşayış xərcləridir".
Müsahibimizin sözlərinə görə, Azərbaycanda ali təhsil alan tələbələrin təxminən 45%-i şəhərdən kənar bölgələrdən gəlir və onların təhsil ilə bağlı xərcləri daha yüksəkdir. İctimai nəqliyyat və yataqxana xərcləri tələbələrin ümumi büdcəsinin təxminən 30%-ni təşkil edir. Bu halda, "TələbəPlus" kimi kartların nəqliyyatda və yaşayış xərclərində güzəştlər təmin etməməsi tələbələrin gündəlik həyatına real təsir göstərmir.
Dünyada tələbə kartlarında pulsuz nəqliyyatdan istifadə imkanları var
K.Əsədov bildirib ki, dünya təcrübəsindətələbələr üçün güzəştli kartların effektiv tətbiqinə dair müxtəlif uğurlu nümunələr mövcuddur: "Məsələn, Almaniyada tələbələr üçün nəzərdə tutulmuş "Semester Ticket" sistemi onlara ictimai nəqliyyatdan pulsuz və ya cüzi ödənişlə istifadə etmə imkanı verir. Bu, tələbələrin həm maddi yükünü azaldır, həm də təhsil müəssisələrinə çatmağı asanlaşdırır. Böyük Britaniyada "Totum" kartı vasitəsilə tələbələr nəqliyyat, kitab mağazaları və onlayn təhsil platformalarında geniş güzəştlər əldə edirlər. ABŞ-da "ISIC" kartı (International Student Identity Card) dünya miqyasında istifadə edilə bilər və tələbələrə endirimli uçuşlar, kitab mağazalarına çıxış və proqram təminatlarında güzəştlər təqdim edir".
Ekspert bildirir ki, Azərbaycan kontekstində tələbələrin əsas ehtiyaclarını təmin etmək üçün bu kimi kartlarda aşağıdakı sahələrdə güzəştlər təmin edilməlidir:
"Birincisi, təhsil resurslarına çıxış təmin olunmalıdır. Kitab mağazalarında, dərs vəsaitlərində və çap xidmətlərində güzəştlər tələbələrin təhsil xərclərini azalda bilər. Hazırda tələbələrin böyük bir qismi dərs vəsaitlərinin baha olması səbəbindən alternativ yollar axtarır ki, bu da onların təhsil keyfiyyətinə mənfi təsir göstərir.
İkincisi, ictimai nəqliyyat sahəsində güzəştlər vacibdir. Bakı şəhərində tələbələr üçün ictimai nəqliyyatdan istifadə haqları standart qiymətlərlə eyni səviyyədədir. Halbuki tələbələrin gündəlik hərəkət xərclərini azaltmaq məqsədilə xüsusi endirimli tariflər tətbiq oluna bilər. Bundan əlavə, rayonlardan şəhərlərə səyahət edən tələbələr üçün də endirimli qatar və avtobus biletləri təqdim edilməlidir.
Üçüncüsü, yaşayış xərcləri ilə bağlı dəstək tədbirləri həyata keçirilməlidir. Tələbə yataqxanalarının çatışmazlığı problemi onların kirayə mənzillərdə yaşamasına səbəb olur. Güzəştli kommunal xidmətlər, o cümlədən internet, elektrik və su təchizatında endirimlər tələbələr üçün böyük dəstək olar.
Dördüncüsü, tələbələrin sağlamlıq və sosial həyatını təmin etmək üçün tibbi xidmətlərdə və idman mərkəzlərində güzəştlər təmin edilməlidir. İdman zalları və psixoloji dəstək xidmətlərində güzəştlər tələbələrin fiziki və psixoloji sağlamlığını qorumaq üçün mühüm addımdır. Həmçinin, tələbələr üçün apteklərdə əsas dərman preparatlarına güzəştlər tətbiq edilməlidir".
Müsahibimiz vurğulayıb ki, bu kartların daha faydalı olması üçün nəzərdə tutulmalı olan ən vacib məqam onların tələbələrin real ehtiyaclarına uyğunlaşdırılmasıdır. Onun sözlərinə görə, təhsil sahəsinə yönəlmiş güzəştlərin artırılması, nəqliyyat və yaşayış sahəsində maddi dəstək tədbirlərinin həyata keçirilməsi tələbələrin akademik fəaliyyətlərini daha rahat və effektiv şəkildə davam etdirməsinə şərait yaradacaq.
K.Əsədov deyir ki, bu yanaşma yalnız tələbələrə deyil, həmçinin təhsil sisteminin ümumi inkişafına töhfə verəcək və ölkədə təhsilin əlçatanlığını artıracaq. Nəticə olaraq, təhsil və sosial dəstəyi birləşdirən belə kartların təkmilləşdirilməsi, dövlət və tələbələr arasında əməkdaşlığı daha da gücləndirəcək və onların cəmiyyətə töhfəsini artıracaq.
"TələbəPlus"la nələrə güzəşt edilir?
Qeyd edək ki, "TələbəPlus" la tələbələrin əksəriyyəti "VISA"nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana bilirlər. Layihəyə 250-dək yerli və xarici şirkət qoşulub. Kart sahiblərinə restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda müəyyən güzəştlər edilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub. Bura həm əyani, həm qiyabi, həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil alan bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan tələbələr daxildir.
Kart eyni anda bir neçə funksiyanı yerinə yetirir. Həm universitetə giriş-çıxışı təmin edir, həm debet bank kartı kimi fəaliyyət göstərir, həm tələbələrin təqaüd kartı, həm də imtiyazlar, endirimlər təqdim edir.
Layihəyə başlamazdan öncə tələbələr arasında (500 nəfər) anket sorğusu, və müsahibə keçirilib. Onların istəkləri, fikir və təklifləri nəzərə alınalaraq xüsusi siyahı hazırlanıb.
Tələbələrin işini mümkün olduğu qədər asanlaşdırmaq məqsədilə, BirBank mobil tətbiqində "TələbəPlus" bölməsi yaradılacaqdır ki, orada bütün endirimlər haqqında məlumat və proqrama qoşulan şirkətlərin siyahısı yer alacaq. Sözügedən tələbə kartının digər tələbə kartlarından üstünlüyü ondan ibarətdir ki, kart asanlıqla "Apple Pay" və "Google Pay" elektron cüzdanlarına əlavə edilə bilir.
Tələbələr mövcud endirimlər, qoşulan şirkətlər haqqında məlumatı linktr.ee/talabaplus linkindən istifadə edərək, sosial şəbəkələrimizdən əldə edə bilərlər. Yaxın zamanda "TələbəPlus"ın öz saytı yaradılacaqdır ki, burada da asanlıqla bütün məlumatlar əlçatan olacaq. Həmçinin ali təhsil müəssisələrində məlumatlandırıcı "rollup"lar yerləşdirilir.
Əməkdaşlıq müqaviləsi imzalanmış 20 universitet üzrə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 170000 tələbə "TələbəPlus" kartı ilə təmin edilməkdədir. Onu da bildirmək istərdim ki, irəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin də bu layihədən yararlanması nəzərdə tutulur. (təxminən 70.000 nəfər). Yaxın gələcəkdə müəllimlər üçün də təhsil kartlarının yaradılması istiqamətində müvafiq addımlar atılacaqdır. İlk olaraq bir neçə ay ərzində geniş araşdırma aparılacaqdır.
"TələbəPlus"a qoşulan ali təhsil müəssisələrin siyahısı:
1.Bakı Dövlət Universiteti
2.Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
3.ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universiteti
4.Azərbaycan Texniki Universiteti
5.Azərbaycan Dövlət Pedaqoji Universiteti
6.Azərbaycan Memarlıq və İnşaat Universiteti
7.Bakı Slavyan Universiteti
8.Azərbaycan Dillər Universiteti
9.Bakı Mühəndislik Universiteti
10.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
11.Sumqayıt Dövlət Universiteti
12.Lənkəran Dövlət Universiteti
13.Gəncə Dövlət Universiteti
14.Azərbaycan Texnologiya Universiteti
15.Mingəçevir Dövlət Universiteti
16.Naxçıvan Dövlət Universiteti
17.Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
18.Naxçıvan Müəllimlər İnstitutu
19.Türkiyə-Azərbaycan Universiteti
20.Azərbaycan Dövlət Aqrar Universiteti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Bu gün, 16:22
Naxçıvanda 8 şirkət birləşir
Bu gün, 16:18
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Bu gün, 16:16
Aİ liderləri Ukraynaya səfər edəcək
Bu gün, 16:15
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Bu gün, 16:12
Nübar Ərbil AzTV-dən getdi - FOTO
Bu gün, 16:09
Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Bu gün, 16:03
Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Bu gün, 15:52
Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 15:43
“Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 15:36
SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Bu gün, 15:35
Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Bu gün, 15:21
Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Bu gün, 15:12
Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Bu gün, 15:07
"Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub
Bu gün, 15:06
Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır - FOTO
Bu gün, 14:00
Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı
Bu gün, 13:58
Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: - “Törətdikləri cinayətlərə görə...”
Bu gün, 13:10
Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir - “Bir neçə nəfər stress keçirib və ölüb”
Bu gün, 13:06
Şeyx Əbdül BSU-nun tələbəsi olan nəvəsinin təcrübəyə göndərilməməsindən şikayətləndi – Universitet aydınlıq gətirdi
Bu gün, 13:04
Dəniz piyada bölmələri ilə təlim keçirilib - VİDEO
Bu gün, 12:58
"Bu, məni çox həyəcanlandırır" - VİDEO
Bu gün, 12:56
“Hamısı gəlib qulağıma çatır” – Nanə kimə SÖZ ATDI?
Bu gün, 12:51
Lotu Quli ilə birgə ittiham olunmuşdu, məhkəməsi başlayır
Bu gün, 12:40
"Global" Media Qrupuna haker hücumu olub - HƏDƏ YOLLADILAR...
Bu gün, 12:34
Bakıda pasiyentləri yerə yıxaraq, ağladan qalmaqallı psixoloqdan AÇIQLAMA - FOTO
Bu gün, 12:28
Rusiya "FSB" əməkdaşları Ermənistanda polis bölməsinə basqın etdi?.. - TƏFƏRRÜAT
Bu gün, 12:24
Babək Rzayevə hökm oxundu - 3 il 6 ay
Bu gün, 12:18
Rasizadəyə verilən ordeni başqa kimlər alıb? – Siyahıda cəmi iki qadın var
Bu gün, 12:14
Rusiya səfiri 2 saat Sarkisyanın ofisində oldu - Ermənistanda nə baş verir?
Bu gün, 12:06
Masallı sakini silahdan açılan atəş nəticəsində ölüb
Bu gün, 12:03
Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini kollektivə təqdim olunub - FOTO
Bu gün, 12:01
“Binəqədi Residence”in 813 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 11:59
“Gold Məkan” tikinti şirkəti ilə sakinlər arasında problemlər bitmir - Şirkət rəhbəri də dindirildi
Bu gün, 11:53
Azərbaycanlılara atəş açan deputata bu cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 11:48
Yardımlıda məmurlar YAŞILLIĞA QƏNİM KƏSİLİB... - FOTOLAR
Bu gün, 11:44
Balakəndə sakinlər üçün SƏHİYYƏ TƏLƏSİ... - AXI NİYƏ?..
Bu gün, 11:41
Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 11:34
Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? - FOTOLAR
Bu gün, 11:31
İrəvanda məşhur hotelin üzərindən "artsakh" adı götürüldü... - FOTO
Bu gün, 11:25
Sosial Xidmətlər Agentliyinin 2.3 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:23
Paşinyan ermənilər üçün 14 bəndlik "resept" hazırlayıb - ŞƏRH
Bu gün, 11:21
DİN əməliyyat keçirib, 72 kiloqram narkotik dövriyyədən çıxarılıb
Bu gün, 11:18
Zaur Mikayılov Naxçıvanda BELƏ PROBLEM YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:15
Bakıda pasiyentləri yerə yıxaraq, ağladan kimdir? - TƏFƏRRÜAT
Bu gün, 11:08
“Əli Nur atamın ölüsünə, ailəmə dil uzatdı” - QALMAQAL
Bu gün, 10:47
Tramp hərbi xərcləri azaldır
Bu gün, 10:43
ÇƏTİRALTI SÖZ... - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
“Prosesə ordu da cəlb olunacaq, Göyçədən başlayacaq” - Erməni nəşri
Bu gün, 10:38
“AzTeleKom”da ƏRİYƏN BÜDCƏ PULLARI... - YE, MƏMMƏD, YE... DƏDƏ MALIDIR...
Bu gün, 10:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru