Milli Məclisin sabiq deputatı Aqiyə Naxçıvanlıya ağır itki üz verib.
“Qafqazinfo” xəbər verir ki, onun qardaşı Mahir Naxçıvanski vəfat edib.
Qeyd edək ki, Mahir Həbib oğlu Naxçıvanski 1982-ci ildən Oğuz rayonu üzrə təhsil sektorunda inspektor və metodist kimi fəaliyyət göstərib, bir müddət əvvəl təqaüdə çıxmışdı.