Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Məlum olduğu kimi, az əvvəl Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.
"DİA-AZ" xatırladır ki, M.Vasileva gənclər və idman naziri Fərid Qayıbovun müavini vəzifəsinə 2021-ci ildə təyin olunmuşdu.
***
"DİA-AZ" bildirir ki, "Unikal" M. Vasilevanın işdən azad olunması ilə bağlı bəzi məqamları əldə edib. Belə ki, o, bu gün gənclər və idman naziri Fərid Qayıbovla birgə Şamaxı və Qobustan rayon sakinləri ilə görüşdə iştirak edib. Vətəndaşlarla görüşdə olan zaman M. Vasilevaya zəng gəlib və ölkə başçısı tərəfindən işdən azad olunduğu bildirilib.
Bu xəbəri məyusluqla qarşılayan xanım Vasileva Bakıya geri dönməli olub.