Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bir mənbədən satınalma metodu tətbiq edilməkl bir sıra məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatının təşkili keyfiyyətə nəzarət xidmətlərinin göstərilməsi üzrə tenderə yekun vurulub. Qalib “DEPOT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 76.999.093,94 manat məbləğində birbaşa satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların internet portalında 15.01.2025-ci ildə dərc edilib. Elm və Təhsil Nazirliyinin 77 milyon manata yaxın satınalma müqaviləsi bağladı bu MMC haqqında araşdırma apardıq. İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada 77 milyon manata yaxın dəyəri olan tender udan “DEPOT” MMC barəsində heç bir məlumat əldə edə bilmədik. Maraqlıdır, əgər bu MMC iaşə xidməti göstərirsə ən azından sosial şəbəkələrdə və yaxud rəsmi qurumların məlumatlarında adına rast gəlinər. Ancaq Elm və Təhsil Nazirliyinin 77 milyon manata yaxın satınalma müqaviləsi bağladı bu MMC haqqında bu rəsmi məlumatdan başqa heç bir şey yoxdur. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DEPOT” (VÖEN: 2006570041) Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə 10 manat MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, SADIQCAN, ev 2A, m. 8, qanuni təmsilçisi kimi isə Hüseynov Elvin Malik oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi kimi Əsgərov Elvin İlşad oğlu olduğu göstərilir. Göründüyü kimi, Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatının təşkilini heç yerdən tanınmayan bir MMC-yə həvale edib. Nə az, nə də çox, 77 milyon manat civarında da müqavilə bağlayıb. Maraqlıdır ki, MMC-nin oxşar xidmətlərə dair hər hansı bir işi barədə də məlumat yoxdur. Qanunvericiliyin tələbinə uyğun olaraq MMC icra olunmuş və ya icrasının 80%-dən çoxu tamamlanmış oxşar xidmətlər üzrə müqavilə təqdim etməlidir. Bu müqavilə varmı və MMC bi xidməti harada göstərib? Eyni zamanda, MMC-nin satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması ilə bağlı şərtlər toplusunda tələb qoyulmalıdı. Tələbə əsasən təchizatçı satınalma predmeti üzrə müəyyən edilmiş qiymətin 30%-i həcmindən çox olmayaraq maddi vəsaitə çıxışının olması barədə sənəd təqdim etməlidir. Maraqlıdır, cəmi 10 manat nizamnamə kapitalı olan, bu MMC-nin 50 milyon manatdan çox maddi vəsaitə çıxışı varmı? Yoxsa, formal olaraq tərtib edilib. Burada Elm və Təhsil Nazirliyinin rəsmiləri adından başqa heç nəyi bəlli olmayan bu MMC ilə bağladığ müqavilənin görünməyən tərəfləri də var. Çox güman ki, MMC dövlət büdcəsindən pul aldıqdan sonra digər iaşə xidməti göstərən şirkətlərə subpodrat müqavilə bağlayacaq. Ortada neçə milyonların təhsil müəssisələrində hazır yemək təminatının yaxşılaşdırılması adı altında silinəcəyi bəlli deyil. Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin hazır yeməklə təminatı üzrə 2024-cü ildə də bir neçə satınalma müqaviləsi bağlayıb. Onlar aşağıdakılardır. Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatının satın alınması üzrə keçirilən satınalmanın qalibi “TAİS İKF” MMC olub və tərəflər arasında 14.311.289,65 manat məbləğində satınalma müqaviləsi 16.01.2024-cü ildə bağlanılıb. 2024-cü il ərzində Gəncə şəhəri, Bakı şəhərinin Səbail və Nizami rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “TAİS İKF” MMC olub və tərəflər arasında 12.086.074,29 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb. 2024-cü il ərzində Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “Sabko” MMC olub və tərəflər arasında 5.984.196,12 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb. 2024-cü il ərzində Bərdə, Ağcabədi və Tərtər rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “Məişət İst” MMC olub və tərəflər arasında 8.268.094,23 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb. 2024-cü il ərzində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “EL-OBA” QSC olub və tərəflər arasında 32.872.633,71 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb. Göründüyü kimi Elm və Təhsil Nazirliyi 2024-cü ilə məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə ümumi olaraq 73 522 286 manat dəyərində müqavilələr bağlayıb. Bu şirkətlərin bəzisi cəmiyyət arasında göstərdiyi iaşə xidməti ilə tanınırlar. Bəs “DEPOT” MMC-ni görəsən Elm və Təhsil Nazirliyinin vəzifəli şəxslərindən başqa tanıyan varmı? /Aktualinfo.Org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
• Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05 |
|
|
|
• Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57 |
|
|
|
• İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55 |
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
|