Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının sədri Antonio Koşta ilə telefon danışığı aparıb. Telefon danışığında Paşinyan Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı cari vəziyyət haqqında məlumat verib və Ermənistan hökumətinin sülh gündəmindən geri çəkilməyəcəyini vurğulayıb. Paşinyan İcevanda keçirilən müşavirədə də deyib ki, o sülh prosesini özü üçün prioritet, lokomotiv proqram hesab edir:
"Mən yenidən Real Ermənistanın ideologiyasına və konsepsiyasına qayıtmaq istəyirəm. Bizim Təhsil və Elm Nazirliyi ilə müzakirələr aparmağa imkanımız oldu və mən əsasən Real Ermənistanın mədəni ideologiyasının nədən ibarət olması məsələsini qaldırdım. Amma biz bu sualı bütün sahələrə verməliyik: Real Ermənistanın iqtisadi siyasəti, Real Ermənistanın sosial siyasəti, xarici siyasəti nədir? Təhsil və Elm Nazirliyi sferasında bizim nə etməli olduğumuz artıq bəllidir, müdafiə sahəsində Real Ermənistanın ideologiyası da görünür. Biz bütün sahələrə baxmalı və bütün siyasətimizdə bu sualı verməliyik. Bu müddət ərzində Real Ermənistan ideologiyasını inkişaf etdirmək və onu daha sistemli siyasi ideologiya kimi formalaşdırmaq lazımdır”. Baş nazir əlavə edib ki, Ermənistan Azərbaycanla münasibətlərlə bağlı bütün məsələlər üzrə konstruktiv həllər təklif edib: “Ermənistanın həyata keçirdiyi balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasət özünün ilkin hüduduna çatır". Paşinyan Türkiyə ilə görünən qarşılıqlı anlaşma bazasının formalaşdığını qeyd edib. Rusiya ilə münasibətlərə toxunan baş nazir bildirib ki, bu münasibətlər daha praktikdir: “Ermənistan onları qarşılıqlı faydalı əməkdaşlıq və suverenlik əsasında inkişaf etdirməyi hədəfləyir. İranla əməkdaşlıq isə təbii maraqlara əsaslanır. Bu da qarşılıqlı fəaliyyət üçün ən etibarlı baza və münasibətlərin sabitliyinin təminatıdır”. Paşinyan, həmçinin qonşu Gürcüstanla münasibətlərin strateji tərəfdaşlıq orbitində olduğunu vurğulayıb. “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan deyib ki, 4 illik təcrübə göstərdi ki, Azərbaycan rəhbərinin istənilən tələbi Paşinyan tərəfindən yerinə yetirilir. Onun sözlərinə görə, bir neçə gün öncə Azərbaycan Prezidenti yenidən tələblər irəli sürdü: "Bunlardan biri Ermənistanda faşizmin məhv edilməsidir. Əliyevin digər tələbi Ermənistanın demilitarizasiyası ilə bağlıdır. Əliyev bunu bəyan etdi. Bildirdi ki, Ermənistana silah verən ölkələr müqavilələri ləğv etməli, verilmiş silahlar geri qaytarılmalıdır. Paşinyan artıq bu tələbi nəzərə almağa hazır olduğuna eyham vurub. Eyni vəziyyət Zəngəzur dəhlizi ilə bağlı da yaşanır. Əliyev dəhlizin açılmasını tələb edir. Paşinyan buna qarşı “sülh qovşağı” layihəsini irəli sürüb, halbuki bunun həyata keçirilməsi mümkün deyil. İstənilən ağıllı insana aydındır ki, Ermənistan nəqliyyat qovşağı, tranzit mərkəzi ola bilməz, buna coğrafiya imkan vermir".
Politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, sülhün önündə böyük əngəl sayılan Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi ilə bağlı prosesin başladığını demək mümkündür. Ekspertə görə, sadəcə, proses məlum səbəblərdən ləng irəliləyir:
"Ermənistanda Konstitusiya dəyişikliyi bir neçə il çəkə bilər. Təxminən 2027-c ildə yeni redaktədə yeni Konstitusiyanın qəbulu realdır. Ancaq bununla iş bitmir və sülh sazişinin imzalanması yubanır. Əlbəttə, sülhün gecikməsi Paşinyanı narahat etməyə bilməz. Özünün də qeyd etdiyi kimi, sülh gündəliyi Paşinyanın siyasətinin təməlini təşkil edir. Baş nazir məhz sülh müqaviləsi üzərindən özünü cəmiyyətə sübut edəcək. Nəticə müsbət olmazsa, Paşinyanın siyasi mövqeləri zəifləyəcək. Ona görə baş nazir üçün sülh müqaviləsinin tezliklə bağlanması zəruridir. Amma görünür, indiki şərtlər Paşinyanı qane etmir, o səbəbdən Bakının tələblərini mümkün qədər yumşaltmağa çalışır. "Real Ermənistan" və s. terminlərlə elə görüntü yaratmağa çalışır ki, guya Konstitusiya dəyişikliyi Bakının tələbi ilə yox, mövcud vəziyyət və daxili tələblə gündəmə gəlib. Ümumən, Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir və gec-tez baş verəcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
• Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05 |
|
|
|
• Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57 |
|
|
|
• İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55 |
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
• Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41 |
|
|
|
• "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39 |
|
|
|
• Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30 |
|
|
|
• 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28 |
|
|
|
• Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17 |
|
|
|
• Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13 |
|
|
|
• 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11 |
|
|
|
• Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01 |
|
|
|
• Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59 |
|
|
|
• Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56 |
|
|
|
|