Rusiya 2024-cü ilin yanvar-dekabr dövründə İspaniyaya ikinci ən böyük mayeləşdirilmiş təbii qaz (MTQ) tədarükçüsüdür. Bu barədə enerji şirkəti olan “Enagás” bildirib. Mövcud məlumatlara görə, İspaniya Rusiyadan 72,360 GV/saat ekvivalentində MTQ alıb ki, bu da ümumi idxalın 21,3%-ni təşkil edir. Beləliklə, Rusiya birinci yerdə gələn Əlcəzairdən sonra ikinci, ABŞ isə üçüncü yerdə qərarlaşıb. 2024-cü ilin dekabr ayında İspaniya Rusiyadan qaz alışını əhəmiyyətli dərəcədə artıraraq 5485 GVt/saat alıb ki, bu da həmin ay ümumi tədarükün 20,8%-ni təşkil edib. Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirmişdi ki, Ukrayna Rusiya qazının tranzitindən imtina edərək Aİ iqtisadiyyatını növbəti dəfə çətin vəziyyətə salıb.