"34 ildə ilk dəfədir deyirəm. Əcəb edib həbs ediblər. Vəssalam". "DİA-AZ" bildirir ki, bunu Azərbaycan mətbuatının tanınmış simalarından olan və uzun illərdir ki, telejurnalistika sahəsində külüng vuran Rasim İsmayılov qeyd edib.
Bəli, söhbət “Meydan TV”nin əməkdaşı Orxan Məmməddən gedir... O Orxan Məmməddən ki, “Deutsche Welle”yə müsahibəsi zamanı 2022-ci ilin sonlarında Şuşa-Xankəndi yolunda keçirilən ekoaksiya zamanı guya ermənilərin “blokada”da saxlandığını deyib...
Orxan Məmməd mənsubu olduğu xalqın haqlı mübarizəsini belə şərh edib:
“Mən Orxan Məmməd 10 ildir ki, “Meydan TV”də çalışıram. 2022-ci ildə il azərbaycanlı ekofəallar “Dağlıq Qarabağ”da etiraz aksiyası keçirirdilər. Əslində isə onlar Qarabağı Ermənistanla birləşdirən yeganə yolu bağlamışdılar. Bağlamışdılar ki, oradan nə maşınlar keçə bilsin, nə də ərzaq daşına bilsin. 100 min erməninin dünya ilə əlaqəsi ekoloji mövzu bəhanəsi ilə kəsilmişdi. O zaman Azərbaycan mahiyyətcə müharibə başlatmışdı. Günlərin bir günündə də onlar erməniləri tamamilə qovdular. Bu, hökumətyönümlü aktivistlərin keçirdikləri ekoloji aksiya fonunda baş verdi”.
İndi isə o, həbs olunub. Əslində isə çoxdan həbs olunmalı idi... Hər halda verilən reaksiyalardan da anlaşılanı bu idi...
Elə Rasim İsmayılov da buna işarə edir. O jurnalist ki, bu vaxta qədər bütün mətbuat işçisi həbslərini etiraz və qınaqla qarşılayıb. Hansı cinahda təmsil olunmasından asılı olmayaraq. Bu dəfə isə məsələ hansı peşənin mənsubu olmaqadan yox, hansı səngərdə dayanmaqdan gedir. Və burada bir əsas nüans odur ki, seçim edərkən VƏTƏN XAİNİ də ola bilərsən... VƏTƏNDAŞ da...
Orxan Məmməd əgər VƏTƏNDAŞ olmağı seçməyibsə, VƏTƏN XAİNİ adının verdiyi "kamfortu" mütləq yaşamalıdır...
Elə Rasim İsmayılovun qısa şərhindən də anlaşılanı budur.
Qeyd edək ki, həmkarımız öz fikrini daha da qısa bir sonluqla nöqtələyib: "Heç kim də zəhləmi tökməsin..."