“Avtoqol”la uduzanlar… - REPLİKA
Tarix: 25-10-2024, 11:26 | Çap et
Erməniləri müdafiə edənlərin Azərbaycana qarşı “səlib yürüşü” davam edir.
Bu yürüşün iştirakçılarının əsl niyyətlərini bilirik.
Bəhanələri insan haqları, demokratiya və s. kimi məsələlər olsa da, onları maraqlandıran Azərbaycana qarşı qətliam törətmiş erməni cinayətkarları qəbul etdikləri kağız parçaları ilə alacaqları cəzadan qorumaq istəyidir. Vardanyana, Arayikə və digər cinayətkarlara, əli xalqımızın qanına batanlara mələk donu geyindirməklə Azərbaycanın torpaqlarına qəsd edən, azərbaycanlıları soyqırım edənləri müdafiə etməyə çalışırlar.
Avropa Parlamentinin son qətnaməsi bunun sübutudur. Bütün bunlar Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq tədbir - COP29 ərəfəsində növbəti təzyiqlərdən biridir. Azərbaycanın özünün milli və dövlət maraqlarını sonuna qədər qoruyacağını və bu təzyiqlərə baş əyməyəcək qədər güclü olduğunu da yaxşı bilirlər.
Dövlətin qüdrəti, Prezidentin iradəsi və qətiyyəti, ölkə daxilində siyasi həmrəylikdən milli birliyə qədər keçilən yol, xalqın mövqeyi, siyasi qüvvələrin bu təzyiqlərə qarşı birgə müqaviməti dediyimizin əyani sübutudur. Amma içimizdə bu kağız parçalarını bəh-bəhlə tərifləyib göylərə qaldıran, onu özlərinin siyasi diriliyi kimi qəbul edən “şeytanlar “ın olacağı istisna deyil.
Əli Kərimli, Cəmil Həsənli və yaxud xaricdə oturub kimlərinsə sifarişini yerinə yetirən buqələmunlar öz şeytan xislətlərini ortaya qoymağa başlayacaqlar. COP29 iqlim sammiti ərəfəsində Azərbaycan dövlətinin və xalqının maraqlarının əksinə olan istənilən sənəddən, adi kağız parçası olsa belə, ümidlənənlər çox olacaq.
Bu adamlar dərk etmirlər ki, o kağız parçalarını hazırlayanların və qəbul edənlərin yadına illərlə nə insan hüquqları, nə də insan azadlıqları düşürdü. İndi sadəcə, əllərində bəhanə bu, məqsəd isə Azərbaycanın ərazi bütövlüyünə qəsd edərək, ermənilərdən ibarət qanunsuz silahlı birləşmələr yaradaqaraq azərbaycanlıları doğma yurd-yuvalarından qovan, sərvətlərimizi talayanları müdafiə etməkdir.
Azərbaycana qarşı təzyiqlərin indiki durumunun başqa izahı yoxdur. Azərbaycanın öz suverenliyini tam təmin etməsini, torpaqlarının işğaldan azad olunmasını qəbul edə bilməyənlər bütün imkanlarından istifadə edərək fəaliyyətə başlayıblar. Əli Kərimli və eləcə də, onun kimi xaricdən oxunan mahnıların nəqaratçıları üçün bütün bunların “niyəsi” maraqlı deyil. Onlar üçün maraqlı olan ancaq öz çıxarları və aldıqları təlimatları icra etməkdir.
"The Guardian" qəzetində Azərbaycan əleyhinə dərc olunan məqaləni sevincək paylaşmaq da həmin təlimatın icrasından bir mərhələsidir. Öz imzası ilə, əslində isə başqalarının hazırladığı və “The Economist”-də dərc olunan məqalədən sonra "The Guardian"da Azərbaycan əleyhinə yazılan növbəti məqaləni də ona görə belə sevincək paylaşır. Bu nəşrlərin humanistliyi, insansevərliyi, azadlığa sədaqəti bəs nə qədərdir? Doğrudanmı bu nəşrlər insan hüquqlarına bu qədər sayğı göstərir, onu müdafiə edirlər?
Bunlar o nəşrlərdir ki, onlar üçün hansısa ölkədə insan hüququ, azadlığı ən sonuncu pillədə dayanır. Belə olmasaydı, 30 il Azərbaycan torpaqlarının işğalda qalmasına, insanların qətlə yetirilməsinə, Xocalı soyqırımına, Ermənistandan qovulan soydaşlarımızın hüquqlarına da bir dəfə diqqət göstərilər, məqalə hazırlanardı.
Belə olmasaydı, Azərbaycanda ekologiyanın bərbad vəziyyətindən məqalə hazırlayan həmin o müəllif bircə dəfə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri ekoloji terrordan da yazardı. Hər şey və yanaşma göz qabağndadır.
Azərbaycanla bağlı bütün məsələlərə həmişə göz yumulub. Bunu hər kəs bilir və Əli Kərimli də bunu bilməmiş deyil. Elə isə Azərbaycanın öz torpaqlarını azad etməsinə, suverenliyinin bərpasına, ermənilərdən ibarət qanunsuz silahlı birləşmələr yaradaraq illərlə torpaqlarımızda məskunlaşıb cinayət törədən və həbs olunan ermənilərə görə dövlətimizə qarşı çirkin kampaniya aparanlarla niyə eyni sırada durur? Belə müxalifətçilik olurmu? Müxalifətçilik dövlətə və xalqa qarşı olmur. Dövlətə və xalqa yönələn addımlara dəstək vermək müxalifətçilik yox, düşmənçilikdir.
Təbii ki, biz bu təzyiqlərin müddətli və kampaniya xarakterli olmasını da bilirik. Azərbaycan qazına ehtiyacın soyuq otaqlarda hiss ediləcəyi anlarda o kağız parçaları unudulacaq. Əli Kərimli, Cəmil Həsənli və onlar kimi düşünənlər, xarici qüvvələrin əlinə baxan bloqerlər Azərbaycana qarşı isə o zaman indi çıxışlarını diqqətlə dinləyib “Facebook” statusuna çevirdikləri o konqresmenləri, parlamentariləri, nəşr orqanlarını ittiham edəcək. Bunun da dəfələrlə şahidi olmuşuq. Hələlik tərəflər bir-birinə “pas” ötürür. Sonunda avtoqol olacağını bilə-bilə...
Rəfail Becanov “Cebheinfo.az”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24 |
|
|
|
• Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22 |
|
|
|
• "Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18 |
|
|
|
• "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14 |
|
|
|
• ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02 |
|
|
|
• Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57 |
|
|
|
• "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52 |
|
|
|
• “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49 |
|
|
|
• “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45 |
|
|
|
• Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41 |
|
|
|
• Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39 |
|
|
|
• Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26 |
|
|
|
• Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23 |
|
|
|
• Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00 |
|
|
|
• Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58 |
|
|
|
• "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11 |
|
|
|
• Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir - TƏFƏRRÜAT
Bu gün, 13:09 |
|
|
|
• Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI - DETALLAR
Bu gün, 13:05 |
|
|
|
• ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək
Bu gün, 13:03 |
|
|
|
• Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... - İşdən çıxarılan işçi elə faktları açıqladı...
Bu gün, 13:02 |
|
|
|
• Sərkisyanın yalanı üzünə vuruldu – “Bakı yox, siz yalvardınız ki...”
Bu gün, 12:48 |
|
|
|
• ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” - Korotçenko
Bu gün, 12:47 |
|
|
|
• “Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir – Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma...
Bu gün, 12:46 |
|
|
|
• "Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" - "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi
Bu gün, 12:36 |
|
|
|
• Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: - “Psixoloqa müraciət etsinlər”
Bu gün, 12:34 |
|
|
|
• Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü
Bu gün, 12:30 |
|
|
|
• "Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" - deputat
Bu gün, 12:26 |
|
|
|
• 11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib - TASS
Bu gün, 12:21 |
|
|
|
• Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur - Zurabişvili
Bu gün, 12:20 |
|
|
|
• Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq - belə deyirlər...
Bu gün, 12:19 |
|
|
|
• 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
Bu gün, 12:07 |
|
|
|
• Suriya erməniləri Ermənistana axışır -PKK təhlükəsi…
Bu gün, 12:06 |
|
|
|
• Serj Sarkisyan, Robert Koçaryan istintaq prosesində dindirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Nə ayağımda, nə də başqa yerimdə problem var - Afaq Bəşirqızı
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib - ƏMR
Bu gün, 11:47 |
|
|
|
• "Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır" - Prezident İlham Əliyev
Bu gün, 11:40 |
|
|
|
• Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə havadarlıq edən Firdovsi Əliyevi nələr gözləmir… - İLGİNC FAKTLAR...
Bu gün, 11:39 |
|
|
|
• "Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib - AÇIQLAMA
Bu gün, 11:34 |
|
|
|
• Qayınatasını və arvadını yatdığı yerdə öldürdü - Bakıda qandonduran CİNAYƏT
Bu gün, 11:33 |
|
|
|
• Azərbaycandan qovulanlar Borçalıya necə yerləşdi - İranın “revanşı”
Bu gün, 11:27 |
|
|
|
• 1 milyon qanpulu davası: İşə adı qarışan “böyük adamlar” kimlərdir? - TƏFƏRRÜAT
Bu gün, 11:25 |
|
|
|
• Karlson Pompeonun Trumpın yeni administrasiyasına daxil edilməsini istəmir - "WSJ"
Bu gün, 11:23 |
|
|
|
• Rusiya ordusu Ukraynanın strateji şəhəri olan Pokrovska yaxınlaşıb
Bu gün, 11:16 |
|
|
|
|