Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                 

"Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir" - İTTİHAM VAR...
Tarix: 30-09-2024, 11:19 | Çap et
"Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir"
Bəzilər ölkənin zəngin və dinamik siyasi həyatını öz “kirli” niyyətlərini həyata keçirmək üçün fürsət hesab edirlər. AXCP sədri Əli Kərimlinin xarici mətbuatda məqaləsinin çıxdığını eşidəndə, açığı təəccüblənmiş və həm də sevinmişdim. Sevinmişdim ona görə ki, nəhayət və bəlkə 30 ildən sonra bu insanın hansısa sahənin gələcək inkişafı ilə bağlı konseptual fikri ilə tanış ola bilərəm. Ancaq bu sevinc hissləri çox çəkmədi. Elə məqalənin ilk cümlələrindən başlayaraq qərəz dolu demaqogiyanın “ətri” naşatır spirtinin qoxusu kimi elə vurdu ki, bəhs etdiyim intizar və hisslərdən əsər-əlamət qalmadı.

Az qala bir qərinəyə “sığacaq” siyasi karyerasını yalnız demaqogiya üzərində qurmuş bu populist peşəkar siyasətçi və ya hansısa sahənin mütəxəssisi kimi hələ də ortalığa fərqli və ciddi iş qoya bilməyib. Bu illər ərzində yalnız emosional demaqogiya və qalmaqal hesabına siyasətdə qalmağı bacarmış Kərimlinin ritorikası ancaq və ancaq manipulyasiya xarakterli olubdur. Əgər bu şəxsin ixtisası demaqoqluqdursa, əminliklə deyə bilərik ki, o, öz peşəsinə sadiqdir. Görünən odur ki, demaqogiyanın “parlaq” dövrü hesab olunan ötən əsrin 80-ci illərindən “saralmış” mətnlə özünü “böyük” siyasətə atmağı bacarmış Kərimli hələ də oynadığı ənənəvi rolundan əl çəkə bilmir.

İlk baxışda siyasi dəcəllik və ya şıltaqlıq kimi görünən demaqogiya daha sonra cəmiyyət üçün arzuolunmaz hesab olunan fəsadlar verə bilər. Məhz elə ona görə də milli maraqların qorunması kontekstində bu cür siyasi cığallıqlara göz yummaq və onları görməzdən gəlmək yolverilməzdir. Qərəzli siyasi demaqogiyanın zamanında susdurulmaması daha sonra arzuolunmaz ciddi fəsadlara gətirib çıxara bilər. Necə ki, xırda xuliqanlıqların cəzalandırılmaması daha sonra cəmiyyət üçün təhlükəli tendensiyaların yaranmasına səbəb ola bilər.

Müxalifət lideri iddiasında olan hər bir şəxs anlamalıdır ki, siyasi fəaliyyət müxtəlif sahələrin inkişafı ilə bağlı olan fərqli yanaşmaların, alternativ ciddi baxışların cəmiyyətə təqdim olunması əsasında qurulur. Yalnız bu halda insanlar həmin adamın həqiqi siyasi simasını və peşəkarlığını görə bilər. Görəsən, 30 il öncə yazılmış eyni fonoqram altında çıxış edən bu siyasətçi cəmiyyətə heç bir faydası olmayan ritorikasını təkrarlamaqdan yorulmadımı? Mövcud haldan utanacağını isə heç ehtimal belə etmirik. Heçmi öz üzərində çalışmaq istəmir bu insan? Axı, hətta kəndlərdə mağar toylarının müğənniləri belə ara-sıra öz repertuarlarını dəyişdirirlər...

Nə isə, qayıdaq Kərimlinin sonuncu dəcəlliyinə. 30 illik siyasi fəaliyyətdən sonra bu insanın məqaləsi xarici jurnalların birində (“The Economist”) dərc olunub. Sizə də təəccüblü gəldi, elədirmi? Ancaq hələlik hər hansı qənaətə gəlməyə əsla tələsməyin.

Sözügedən məqaləni “böyük” hadisəyə çevirmək istəyənlər əslində yenə də sadəcə olaraq radikal təfəkkürün düşüncə tərzinin arxasınca getmiş olurlar. Bəli, məhz arxasınca, çünki radikal təfəkkür bilavasitə “ağılsız” və “şüursuz” fanatizminin təzahürdür. Əslində məqalənin ilk cümləsindən yazının əsl və yeganə təyinatı bəlli olur. Təkcə elə bu fakt məqalənin dərc olunmasına şərait yaratmış Qərb nəşrinin də həqiqi niyyətlərini ifşa edir. Heç bir ciddi analitik fikir, hansısa elmi yenilik, dərin məzmun və ya müəllifin müasir qlobal tendensiyalara baxışlarını əks etdirməyən bu yazı xalis təxribat xarakterli məzmunsuz demaqogiyadır. İlk növbədə prinsipial olaraq onu vurğulamalıyıq ki, özünə hörmət edən sanballı nəşr və ya redaksiya bu cür “sarı mətbuatçılığı” özünə yaraşdırmaz.

Yazını oxuduqca, sözügedən “dəcəlliyin” niyyəti və təyinatı daha da aydınlaşır. Mahiyyət etibarilə məqalədən daha çox öz rəhbərliyinə edilmiş donosa bənzəyən Ə.Kərimlinin sözügedən yazısının həqiqi təyinatını və müəllifinin siyasi xislətini ifşa edən bir neçə cümləyə diqqət yetirək. Məsələn, “bəs, birdən-birə bu qlobal tədbirə ev sahibliyi etmək istəyi niyə ortaya çıxdı?” - sualı ucuz demaqogiyanın xalis nümunəsi sayıla bilər. Qərəz dolu bu sözlər o qədər səviyyəsiz yanaşma ilə təqdim olunur ki, onların şərh edilməsi ayaq üstə zorla dayanan sərxoş insanla mübahisə etmək kimidir.

Müstəqilliyimizin ilk illərində o cümlədən AXCP-nin səriştəsiz və yarıtmaz idarəçiliyi səbəbindən, yumşaq desək, itirdiyimiz mövqeləri bərpa etmək və ölkəni dayanıqlı inkişaf yoluna qoymaq məhz bugünkü iqtidarın misilsiz səylərinin nəticəsidir. Bu həm də gələcəyə hesablanmış siyasətin nəticəsidir ki, bütövlükdə Azərbaycan və xüsusilə Bakı artıq nüfuzlu beynəlxalq, hətta qlobal tədbirlərin mütəmadi keçirildiyi, dünyanın təhlükəsiz ünvanlarından biridir. Bütün dünyanı narahat edən müasir çağırışların elmi və siyasi müstəvilərdə müzakirəsinə həsr olunmuş qlobal tədbirlərin Bakıda keçirilməsinin nəticəsidir ki, ölkəmizin beynəlxalq səviyyədə nüfuzu durmadan artmaqdadır. Azərbaycanın müxtəlif səpkili təşəbbüsləri ölkələrin, xalqların və millətlərin, nüfuzlu şəxsiyyətlərin, müxtəlif maraqlı dairələrin daim diqqət mərkəzindədir. Regionun və Avropanın enerji təhlükəsizliyini təmin edən layihələr, dünyada münaqişələrin sayının durmadan artması fonunda Azərbaycanın israrla sülhpərvər multikulturalizm kimi dəyərlərin təbliğinə həsr olunmuş qlobal təşəbbüsləri, dünyada barış və sağlam həyat tərzini tərənnüm edən ölkəmizdə təşkil olunan beynəlxalq idman yarışları və yüzlərlə, bəlkə də minlərlə digər təşəbbüslərin nəticəsidir ki, bu gün beynəlxalq ictimaiyyət COP 29 kimi qlobal tədbirin keçirilməsini məhz bizim ölkəmizə etibar edib.

Bütün bu mürəkkəb prosesləri, böyük məsuliyyət, əmək və əziyyətlər hesabına əldə olunmuş nəticələri, habelə ciddi maliyyə yatırımlarını və riskləri görməzdən gələrək “birdən-birə bu qlobal tədbirə ev sahibliyi etmək istəyi” kimi ifadənin dilə gətirilməsi təkcə qərəz, yalan və “kirli” siyasi rəqabətin təzahürü deyil, bəlalı siyasətçinin bu sözləri həm də böyük insafsızlıq, vicdansızlıqdır. Aydındır ki, bu cür yanaşma radikal təfəkkürün məhsulu olaraq həm də xain xislətin təzahürüdür.

Əslində, qeyd olunanları radikalların bayraqtutanı şəxsən özü sözügedən məqaləsində dolayısilə təsdiqləyir: “Cənab Əliyev üçün COP 29-a ev sahibliyi etmək beynəlxalq aləmdən qazanılan nüfuzu öz xeyrinə istifadə etmək üçün ideal fürsətdir, son illərdə neft pulları hesabına təmir-tikinti bumu yaşayan Bakını dünyaya müasir şəhər, Azərbaycanı sürətlə inkişaf edən ölkə kimi təqdim etmək şansıdır.” Görünən odur ki, 30 il ərzində yalnız böhtan, manipulyasiya və təxribatlarla məşğul olan, habelə fani dividentlər naminə milli maraqları sataraq “marionet kukla” rolunu oynayan bu bəlalı demaqoq unudub ki, ölkənin beynəlxalq nüfuzunun artırılması və infrastrukturunun inkişaf etdirilməsi dövlət siyasətinin əsas və prinsipial istiqamətləridir. Bu siyasətşivənə onu da xatırladaq ki, qlobal tədbirlərin ölkəmizdə keçirilməsi eyni zamanda dünyaya inteqrasiya olunmaq deməkdir. Əlbəttə ki, hətta ölkənin daxilində siyasi dialoqdan hər vəchlə qaçan və həmrəyliyi israrla inkar edən radikal təfəkkür sahibi inteqrasiyanın əhəmiyyətini anlaya bilməz.

Populist müəllifin sözügedən məqaləsində öz əksini tapmış digər sözlər də yazının Qərbin açıq sifarişi olduğunu ortaya qoyur: “Qərb Azərbaycan və Ermənistan arasında sülhü təmin etməkdə maraqlıdır.” Axı, bu cür sözləri necə dilə gətirmək olar? Başına Qərbin “yaylığını” atmış beynəlxalq təşkilatlar sülhü istəmiş olsalardı, məgər onların qətnamələri 30 il ərzində icra olunmadan kağız üzərində qala bilərdimi? Məgər, Qərb sülhün səmimi tərəfdarı olsaydı, bu gün Ermənistanın silahlandırılması prosesi davam edərdimi? Cavabları bəlli olan bu cür sualları sonsuza qədər artıra bilərik. Məhz elə bütün bunlara görə Kərimlinin bu cür mövqeyinin sifarişli olduğunu çəkinmədən deyə bilərik.

Bu tükənmiş demaqoqun növbəti sözləri isə öz xidmətlərini Qərbə daha böyük paraya satmaq cəhdi kimi dəyərləndirilməlidir: “... cənab Əliyev son vaxtlar Kremllə daha yaxın əlaqələr qurmağa üstünlük verib...” Əslində, bu sözlərlə adını çəkdiyimiz zavallı şöhrətpərəst Qərbə mesaj verir ki, mən bütün növ əməkdaşlığa açığam. Yetər ki, məni dəstəkləyin və Azərbaycan sizin olsun. Sərgilənən bu cür mövqe başqa mənalarda anlaşıla bilməz.

Bu “siyasətcığazın” siyasi cılızlığı və dəcəlliyi bununla da bitmir. Qərbə edilən yalvarışlar kontekstində onun digər sözlərinə diqqət yetirin: “Təşkilatlanmış müxalifətin olmaması isə Azərbaycanda siyasi qeyri-sabitlik riskini artırır.” Açıq şəkildə Qərb ilə siyasi alverlə məşğul olan Kərimlinin bu sözlərinin açıqlaması budur: “Azərbaycanda siyasi sabitliyi risk altına salmaq istəyirsinizsə, daha çox maliyyə ayrılmalıdır ki, radikallar təşkilatlansın”.

Heç bir əlavə şərhə və izahata ehtiyac yoxdur, demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir. Əslində düşündürücü əsas və başlıca sual odur ki, bu insan niyə məhz indi, 30 ildən sonra qələmi əlinə alıb Məşədi İbadın oxuduğu “Tarix-Nadiri” özü yazmaq həvəsinə gəldi? Bu təbii yaranan sualın cavabı əslində elə həmin yazının içindədir: “Bu ilin avqust ayından isə mənə qarşı qondarma böhtan ittihamı ilə cinayət işi başladılıb. 2 aydır ki, məhkəmə davam edir.” Vay-vay, deməli “quyruğu” qapı arasında qalan kimi demaqoqların bayraqtutanı Qərbə SOS siqnalı ötürür?! Beləliklə, 30 illik siyasi fəaliyyətindən sonra siyasi Məşədi İbadın bu yeni “Tarix-Nadiri” Azərbaycan ictimaiyyətinə xain xislətin və radikal təfəkkürün mahiyyətini bir daha açıb göstərmiş oldu.

Asif Adil - Musavat.Com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru