Bakının Arif Qasımovdan MİRAS QALAN Ramin adlı problemi... - Eldar müəllim bu işi də çözər...
Tarix: 9-04-2024, 11:03 | Çap et
Azərbaycanda özünü Ceyms Bond kimi aparan məmurlar az deyil. Onlar üzdə az görünür, arxada çox iş görürlər. Amma həyata keçirdikləri əməllər xoş niyyətə xidmət etmir, öz mənafeyinə qulluq edir. Biri elə vaxtilə YAP-ın Nizami rayon təşkilatında sədr müavini olmuş Ramin Əhmədovdur. Bakının Nizami rayonunu xaraba günə qoyandan sonra məskənini dəyişdi. Həmin dövrdə Nizami rayon icra başçısı olmuş Arif Qasımovun "krişası" altında eləmədiyi qanunsuzluq qalmayan Ramin Əhmədov elə sonuncu hadisədən sonra "dabanına tüpürüb qaçdı". Paytaxtın Qara Qarayev prospektini başdan-başa şumlayan, yaşıllıqlara "divan tutan", səkiləri belə ələ keçirən Ramin Əhmədov sabiq başçının himayəsi altında həmin ərazilərdə obyektlər, mağazalar tikdi, bu gün də o ağacların, səkilərin yerində dükan, kafe, ticarət mərkəzi fəaliyyətdədir. Yəni "asta qaçan namərddir" deyib Nizami rayonunda aradan çıxan Ramin Əhmədov ara sakitləşəndən sonra yenə öz ampluasındadır, həmin obyektləri də idarə edir, aylığını yığmaqdadır. Sadəcə, onun və keçmiş başçının səbr kasasını daşıran sonuncu qanunsuz hərəkəti Heydər Əliyev Fondunun Vitse-Prezidenti, İDEYA layihəsinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə salınan parkı zəbt etmələri, Arif Qasımovun oğluna parkda kafe açması oldu. Hətta məsələ barədə AzTV reportaj yayımladı və çox çəkmədi ki, Prezidentin sərəncamı ilə Arif Qasımov Nizami İH rəhbəri postundan qovuldu. Elə bunun ardınca Ramin Əhmədov qəhətə çıxdı. Çünki "Neftçilər" metrosunun ətrafında qətliam etmədiyi yaşıllıq qalmamışdı. Görün qudurğanlıq hansı həddə çatmışdı ki, özlərində "cəsarət" tapıb Leyla xanımın təşəbbüsü ilə salınan parkı da çayxanaya çevirməyə əl atmışdılar... Anaxeber.info bildirir ki, bir müddət gözdən itən və medianın gündəmindən iraq olan Ramin Əhmədov daha sonra Yasamal rayonunda "zühur etdi". Ramin Əhmədov sakitlik çökən kimi Nizamidəki əməlləri Yasamalda davam etdirməyə başladı. Görünür ki, belə şəxslər heç cür islah olmur. Eyni yolu gedən Ramin Əhmədov Yasamalda da özünə dəstək tapıb. Yəni bu rayonun icra başçısı Elşad Həsənovun himayəsi altında indi onsuz da yaman günə qoyulan Yasamalı lap xarabazara çevirir. Gələn xəbərlərə görə, Əhmədov Yasamalda yaşıllıq tapa bilmir, çünki çoxu kəsilib və binalar tikilib, ona görə də tək-tük ağaclıq qalıb ki, onların canına düşüb. Ona görə də Yasamal rayonu yaşıllıqların məhv edilməsi və səkilərin satılması faktları ilə daha çox diqqət çəkməyə başlayıb. Əvvəllər bu sahədə Nizami rayonu diqqəti daha çox cəlb edirdisə, indi Əhmədov sayəsində Yasamal ön plandadır. Nəticə odur ki, Ramin Əhmədov gözə girməməyə çalışır və beləcə oliqarxa çevrilməyi bacarır. Hazırda Əhmədovun metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Ledi Şarm” və “X-lady”, “”X-man”” geyim mağazalarının, eyni zamanda “”Dostluq”” kafesinin sahibi olduğu deyilir. R.Əhmədov “PSS-Mühafizə” şirkətinə də rəhbərlik edir. Ötən parlament seçkilərində Yasamal 16 saylı ikinci seçki dairəsində xeyli pul xərcləməsinə rəğmən məğlub olan Ramin Əhmədov hələ də parlamentə ümidlidir. Halbuki onun adı bir çox qalmaqallarda hallanıb. Məsələn, Ramin Əhmədov 2017-ci ilin noyabrında idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı “”Gelandewagen-Mercedes”” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu ölümlə hədələyib. Əsəbləşən iş adamı metronun “Neftçilər”” stansiyasının yaxınlığındakı “Dakar” meydanında öz avtomobili ilə “”əVAZ-2107”nin qarşısını kəsib. Avtomobildən düşən Ramin Əhmədov “Sən bilirsən mən kiməm? Bu hərəkətinin üstündə adamı ağzından atarlar” deyərək sürücünün üstünə hücum edib. O zaman bu olayın videogörüntüləri də yayıldı. Yəni Əhmədov bu qədər baş verənlərə, Nizami rayonunda ağacların qətlinə görə məsuliyyətdən yayınaraq bu işləri Yasamalda genişləndirir. Görək, "dur" deyən tapılacaqmı...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Türkiyə Rusiya turistləri üçün ölkəyə giriş qaydalarını dəyişdirməyə hazırlaşır"
Bu gün, 19:32 |
|
|
|
• Ramal bir vaxtlar küsülü olduğu Elzanın evində - VİDEO
Bu gün, 19:27 |
|
|
|
• Biz dini icmayıq, millət deyilik: baxın, bu da sübutu! – Erməni tarixçi
Bu gün, 19:24 |
|
|
|
• Bakıda idmançıların kütləvi davasına görə daha bir nəfər tutuldu - TƏFƏRRÜAT
Bu gün, 19:22 |
|
|
|
• Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər
Bu gün, 19:16 |
|
|
|
• "Gedəcəyəm yanına, könlümüz açılsın deyə..." - FOTO
Bu gün, 18:23 |
|
|
|
• Ter-Petrosyanın açıqlaması onun cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir - AKTUAL
Bu gün, 18:18 |
|
|
|
• Paşinyan “özü” ilə mesajlaşdı, bunları yazı: “Gecə saat 3-də…” - FOTO
Bu gün, 18:15 |
|
|
|
• Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər
Bu gün, 18:11 |
|
|
|
• Azər Baxşəliyevin ölüm səbəbi başqa imiş - AÇIQLAMA
Bu gün, 17:16 |
|
|
|
• Fuad Poladovun adı bu küçəyə verildi: Sakinlərsə NARAZIDIR - BUNA GÖRƏ
Bu gün, 17:13 |
|
|
|
• Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır - Kreml
Bu gün, 17:09 |
|
|
|
• "Mənim ən yaxşı dostum, tərəf müqabilimdir..."
Bu gün, 16:35 |
|
|
|
• Orduya əmr verildi: - Yüksək döyüş hazırlığı
Bu gün, 16:33 |
|
|
|
• Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi - ŞƏRH
Bu gün, 16:32 |
|
|
|
• "Ermənistan tarixi üzrə dərslik Ermənistan Respublikası nöqteyi-nəzərindən yaradılmayıb" - Paşinyan
Bu gün, 16:29 |
|
|
|
• Tiran Xaçatryan nədə ittiham olunur? - DETALLAR
Bu gün, 16:14 |
|
|
|
• Putini qəzəbləndirən qərar geri “oxundu” - “Bloomberg”
Bu gün, 16:12 |
|
|
|
• Dünya müharibəsi Azərbaycan sərhədlərini aşdı: Bizi qarşıda nələr gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 16:09 |
|
|
|
• “Heç vaxt deməzdi ki, məndə bu problem var” - VİDEO
Bu gün, 16:07 |
|
|
|
• Cəmi 7 km qalıb: Müharibədə gözlənilməz dönüş - NƏ BAŞ VERİR?
Bu gün, 15:35 |
|
|
|
• Maşinist Həsənovun dələduzluq əməlləri: 1800 manat maaşa fəhlə... - TƏFƏRRÜAT
Bu gün, 15:32 |
|
|
|
• “Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…” - Braziliya açıqladı
Bu gün, 15:29 |
|
|
|
• Ziddiyyətlərin balansı: İran Azərbaycana niyə düşmən kəsilib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:24 |
|
|
|
• Qərb Rusiyanı ərəb qazı ilə “boğur” – Putinin əsas silahı əlindən alınır
Bu gün, 15:21 |
|
|
|
• “Qardaşımın 3 oğlunu da öldürəcəkdim” - 2 nəfəri öldürən Ziyanın MÜƏMMALI İFADƏSİ
Bu gün, 13:41 |
|
|
|
• YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib - FOTO
Bu gün, 13:38 |
|
|
|
• "Fərqi insan idi..."
Bu gün, 11:41 |
|
|
|
• 1047-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 11:00 |
|
|
|
• “Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... - Moskva “uduzmuş” vəziyyətdə olacaq
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - Saatda 150…
Bu gün, 10:43 |
|
|
|
• Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? - FOTO
Bu gün, 10:34 |
|
|
|
• Bakıda insident törədən idmançılar həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Vəkili erməni generalın həbsini təsdiqlədi
Bu gün, 09:16 |
|
|
|
• Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb
Bu gün, 09:14 |
|
|
|
• "Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." - keçmiş nazir
Bu gün, 09:03 |
|
|
|
• Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi
Bu gün, 09:00 |
|
|
|
• Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA - "Heç kimə sirr deyil ki..."
Bu gün, 08:58 |
|
|
|
• Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... - AXI NİYƏ?..
Bu gün, 08:51 |
|
|
|
• Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - AÇIQLAMA
Bu gün, 08:32 |
|
|
|
• Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq… - Balasanyan deyir ki...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlərlə üzləşirlər - KİV
Bu gün, 07:05 |
|
|
|
• İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:02 |
|
|
|
• "Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" - İNCƏLƏMƏ
Bu gün, 06:33 |
|
|
|
• Azər Baxşəliyev evindən bu gün son mənzilə yola salınacaq
Bu gün, 06:29 |
|
|
|
• NATO Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb
Bu gün, 06:27 |
|
|
|
• "Mən yazıb özümü pis edirəm, sizin vecinizə deyil..." - Nura Suri
Bu gün, 06:22 |
|
|
|
• “Ermənistanı silahlandıran ABŞ-nin səmimiliyinə inanmaq çətindir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:19 |
|
|
|
• Gürcüstanda yeni nazirlik yaradıldı – 13-cü oldu
Bu gün, 00:09 |
|
|
|
• Bayden Messiyə “Azadlıq” medalı verəcək
Bu gün, 00:07 |
|
|
|
|