Prezident seçkilərindən sonra bu nazirlər YOLA SALINIR... - ARAŞDIRMA
Tarix: 7-01-2024, 12:23 | Çap et
Adətən, digər ölkələr kimi, Azərbaycanda da hər Prezident seçkisindən sonra Nazirlər Kabinetinin tərkibində əhəmiyyətli dəyişikliklər edilir. Bu baxımdan 2024-cü ilin fevralında keçiriləcək prezident seçkisindən sonra da Nazirlər Kabinetinin qismən olsa belə yenilənəcyi gözləniləndir. Xüsusilə də əhalinin bir çox nazirliklərin və hətta hökumətin sosial-iqtisadi bloku kimi ayrılıqda götürülən bir hissəsinin, eləcə də bəzi hüquq-mühafizə strukturlarının fəaliyyətindən ciddi narazılıqlarının olduğunu nəzərə alsaq, kabinetin tərkibində ciddi dəyişikliklər labüd görünür...
Təkcə ötən ilin nəticələrinə diqqət yetirsək, görərik ki, Azərbaycanın sosial-iqtisadi göstəriciləri heç də ürəkaçan deyil. Bunun səbəbi əlbəttə ki, təkcə dünya iqtisadiyyatında və siyasətində baş verən kənar amillərlə izah oluna bilməz. Ən azından ona görə ki, Azərbaycanın da daxil olduğu MDB məkanında, hətta qonşu Gürcüstan belə adambaşına düşən Ümumi Daxili Məhsul(ÜDM), ÜDM-in artım tempi ölkəmizi üstələyir.
Azərbaycan ötən ili ən aşağı ÜDM göstərilcilərinə sahib olan ölkələrdən biri kimi başa vurdu. Hətta 0,8%-lik göstərici ilə MDB-də sonuncu yeri tutdu. ÜDM-in azalmasının əsas səbəbi neft hasilatının və qiymətlərin aşağı düşməsi olub. Bu isə bir daha təsdiq edir ki, ölkə iqtisadiyyatı olduqca böyük ölçüdə neft-qaz sektorundan asılılığını saxlayır, qeyri-neft sektoru isə müxtəlıif məlum səbəblər üzündən “yerində saymaqda” davam edir.
Ölkəmizdə yeni iş yerlərinin yaradılması, iqtisadi aktivliyin artırılması məsələsində ciddi problemlər qalmaqdadır. Bu problemlərin həlli üçün sahibkarlığı inkişaf etdirmək, ona “nəfəs vermək” əvəzinə ölkə iqtisadiyyatını cərimə və yüksək vergilər iqtisadiyyatına çevirmək istiqamətində inamla addımlayırıq. Bu isə bizi ölkədən beyin və kapital axınına, yüksək inflyasiyaya, əhalinin sosial durumunun ağırlaşmasına və digər fəsadlara doğru aparmaqdadır.
Bütün bunlar iqtisadi sektora cavabdeh olan idarəedici strukturların ölkə iqtisadiyyatına, ümumilikdə sosial-iqitisadi siyasətə, biznes, maliyyə, vergi, gömrük və s. məsələlərə baxış strategiyasının qüsurlu olmasından irəli gəlir. İş adamlarına ən yaxşı halda “sağmal inək” kimi baxılması halları yenidən artıb. Kreditlərin, maliyyə vəsaitlərinin əlçatanlığı məsələsinin həll edilməməsi, gömrük, xüsusilə də vergi qanunvericiliyinin çıxılmaz labirint halına gətirilməsi bugünkü durğunluğu, hətta bəzi göstəricilər üzrə geriləməni əks etdirən mənzərənin əsas səbəbləridir.
Sosial sahəyə gəlincə, əhalinin ən çox narazı qaldığı nazirliklərdən birinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olduğu aydın müşahidə olunur. Doğrudur, bu sahə olduqca ağır və miqyaslı iş tələb edən sahə olduğundan dünya ölkələrində bu sahəyə cavabdeh olan dövlət strukturlarından razı qalan xalqlara rast gəlmək çətindir.
Lakin Azərbaycanda bu istiqamət həm də ona görə qeyri-qənaətbəxş vəziyyətdədir ki, ona cavabdeh olan qurum təkcə süründürməçiliyi, mənasız bürokratik əngəlləri, bir çox kadrların naşılığı və bacarıqsızlığı ilə yanaşı, tenderlərdən tutumuş əhaliyə müxtəlif növ yardımların çatdırılmasına qədər bir çox istiqamətlərdə korrupsiyanın ayaq açıb yeridiyi qurum kimi tanınır.
Səhiyyə Nazirliyində də vəziyyət eynidir. Bu qurumda bir neçə rəhbər dəyişsə də, onun mahiyyəti dəyişməyib.
Bu nazirliyin bəxti hələ Əli İnsanovun dövründən “qara gəlib”. Ə.İnsanov vaxtilə öz yekəxana, hətta harın ədaları ilə səhiyyə sisteminə necə bir rüşvət, korrupsiya, özbaşınalıq toxumları əkibsə, hələ də bu çayırın kökünü kəsmək mümkün olmayıb.
Mədəniyyət Nazirliyi, həmçinin İdman və Gənclər Nazirliyində də vəziyyət ürəkaçan deyil.
Mədəniyyət Nazirliyi son illər ərzində korrupsiya qalmaqallarından başqa heç nə ilə yadda qalmayıb. Yəqin buna görədir ki, Anar Kərimov nazir təyin olunmasından 2 il keçməmiş vəzifəsindən azad edildi.
Yeni nazir Adil Kərimlinin təyinatından 1 il keçsə də, hələlik bu sahədə ciddi dönüş görünmür. Məsələn, Azərbaycan son illər tarixinin ən böyük zəfərlərini qazansa da, bunu layiqincə təqdim edən bir film, serial, bədii əsər ortaya çıxarılmayıb. Bu isə həm də Mədəniyyət Nazirliyinin fəaliyyətsizliyi ilə bağlıdır.
İdman və Gənclər Nazirliyi isə yüksək idman nəticələrinin əldə edilməsi üçün fəaliyyətlərdən daha çox şoularla məşğul olurmuş kimi görünür. Onu da xatırladaq ki, ötən ilin sonlarında Rafael Ağayev, Hacı Əliyev və digər tanınmış idmançılar bu nazirliyin fəaliyyətindən və idmançılara münasibətindən narazılıqlarını bildiriblər...
Qeyd edək ki, hazırda vəzifədə qalma müddətinə görə ən qocaman nazirlərdən olan Fikrət Məmmədovun 24 ildir başçılıq etdiyi Ədliyyə Nazirliyi də ən çox şikayət edilən nazirliklərdəndir. Təkcə məhkəmə qərarlarının icrası şöbələrindəki korrupsiya, özbaşınalıq, süründürməçilik və digər eybəcərlikləri qeyd etmək kifayətdir ki, bu nazirliyin fəaliyyəti ilə bağlı dolğun təsəvvür yaransın.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və digər bəzi nazirliklərin də fəaliyyətini qənaətbəxş hesab etmək mümkün deyil.
Nazirliklər sırasında demək olar ki, daha çox Xarici İşlər Nazirliyi effektiv və nəticəli fəaliyyəti ilə nəzərə çarpır. Lakin görünən həm də odur ki, sözügedən nazirliklə yanaşı, xarici siyasətdə əsas yükü şəxsən ölkə başçısının özü, eləcə də onun köməkçisi Hikmət Hacıyev daşıyır...
Nazirliklərlə yanaşı, Baş nazirin müavinlərinin də fəaliyyəti idealdan çox-çox uzaq görünür. Onlar tərəfindən ölkənin sosial-iqtisadi həyatının yaxşılaşmasına xidmət edən, buna gətirib çıxaran hər hansı təşəbbüsləri, qərarları, yaxud digər addımları müşahidə etmirik. Onu da qeyd edək ki, Baş nazirin birinci müavini Yaqub Eyyubovun yaşı 80-i haqlayır. Digər müavin Əli Əhmədovunsa 71 yaşı var...
Bir sözlə, Nazirlər Kabinetində yola salınacaq və nisbətən gənc, enerjili, mütərəqqi düşüncəli şəxslərlə əvəz edilməli olan yüksək vəzifəlilər kifayət qədər çoxdur...
Məsələ ondadır ki, ayrı-ayrı nazirliklərin və nazirlərin yarıtmaz fəaliyyəti təkcə onların rəhbərlik etdikləri sahəyə deyil, ümumilikdə dövlətin özünə, həmçinin, siyasi hakimiyyətə ziyan vurur. Məsələn, Ukraynada keçirilən son sorğuların nəticələri, müəyyən məlum məqamlar istisna olmaqla, bütövlükdə MDB məkanı respublikaları, o cümlədən də Azərbaycan üçün ibrətamizdir. Belə ki, həmin sorğulara görə, Prezident Volodimir Zelenskiyə əhalinin 70 faizındən artığının etimad göstərdiyi halda, ölkə parlamentinə və hökumətinə inam müvafiq olaraq, cəmi 26 faiz və 15 faiz təşkil edib.
Yəni, hökumətə inam prezidentə etimaddan 5 dəfəyədək azdır. Azərbaycanda bu cür sorğu keçirilməsə də, Prezidentə olan etimadın hökumətin reytinqindən dəfələrlə yüksək olduğu hər kəsə məlumdur. Ancaq hökumətin və parlamentin əhalini qane etməyən, bəzi hallarda isə narazılıq doğuran fəaliyyəti bütövlükdə dövlətə inamı azaldır ki, buna yol vermək olmaz...
Cəlal Məmmədov - “AzPolitika.info”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə sən qarışma dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
• Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37 |
|
|
|
• Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• 4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28 |
|
|
|
• Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26 |
|
|
|
• Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21 |
|
|
|
• Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
• Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06 |
|
|
|
• Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03 |
|
|
|
• İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26 |
|
|
|
• Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22 |
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41 |
|
|
|
|