Əkinçilik Elmi-Tədqiqat İnstitutunda TENDER HOQQASI... - İLGİNC FAKTLAR
Tarix: 2-01-2024, 13:50 | Çap et
 Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 49 min 493 manat 18 qəpik olan tender müsabiqəsinin qalibi “Sayllon az” MMC (VÖEN - 1203458101) olub. “Sayllon az” MMC Əkinçilik Elmi-Tədqiqat İnstitutunun sifarişilə bu quruma kimyəvi maddələr, reaktivlər və markerlər satacaq. Nizamnamə kapitalı 10 manat olan “Sayllon az” MMC-nin hüquqi ünvanı Xəzər rayonu, Əli İsazadə (Binə qəs.), ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Murad Əkbər oğludur. Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Sayllon az” MMC tender müsabiqəsinin başlamasından cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsi 2023-cü ilin 4 dekabr tarixində başlayıb, tenderin qalibi olan “Sayllon az” MMC isə 2023-cü ilin 2 oktyabr tarixində dövlət qeydiyyatına alınıb. Xatırladaq ki, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır. Cəmi 2 ay əvvəl yaranan şirkətin xüsusi peşəkarlıq və təcrübə tələb edən tender müsabiqəsində (kimyəvi maddələr, reaktivlər və markerlər) qalib olması başa düşülən deyil. “Sayllon az” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. 50 min manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur. Onu da bildirək ki, cəmi 2 ay əvvəl təsis olunan “Sayllon az” MMC artıq 3 tender müsabiqəsində qalib olmağı bacarıb. MMC qeydiyyatdan keçdikdən təxminən ay yarım sonra Audiovizual Şuranın keçirdiyi 14,8 min manatlıq, Mərkəzi Seçki Komissiyasının isə 24 min manatlıq (60 ədəd müdür kreslosu) tender müsabiqəsində qalib olub. “Sayllon az” MMC ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, şirkətin qanuni təmsilçisi Həsənov Murad Əkbər eyni tarixlərdə fərqli ünvanlarda qeydə alınan daha 2 MMC-yə rəhbər təyin olunub. Bunlardan biri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov ev 3-də qeydiyyata alınan “Kaskad-Den Group” MMC (VÖEN – 1806467141), digəri isə Nərimanov rayonu Əhməd Rəcəbli ev 57-də qeydiyyata alınan “Akasiya RR Corp” MMC (VÖEN – 1506535021) olub. Murad Həsənovun rəhbərlik etdiyi “Kaskad-Den Group” MMC-də 2 ay əvvəl qeydiyyata alınmasına baxmayaraq 3 tenderdə qalib olub. Bu MMC Kənd Təsərrüfatı Nazirliyinə 22 min 760 manatlıq bioloji aktivlər, Mərkəzi Seçki Komissiyasının 3 min 280 manatlıq gübrə, Gənclər və İdman Nazirliyinə isə 19 min 270 manatlıq müxtəlif mallar satacaq. Murad Həsənovun rəhbərlik etdiyi 3-cü şirkət - “Akasiya RR Corp” MMC isə Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi 43 min 60 manatlıq tenderində də qalib olub. Onu da bildirək ki, 2 ay ərzində 3 tenderin qalibi olan “Sayllon az” MMC-nin qeydiyyatda olduğu ünvanda qısa müddətdə çoxlu sayda şirkətlər qeydə alınıb. Şirkət adlarındakı oxşarlıq da onlar arasında bağlılıq olduğunu göstərir. Məsələn, Murad Həsənovun qanuni təmsilçi olduğu Nərimanov rayonu Əhməd Rəcəbli ev 57-də qeydiyyata alınan “Akasiya RR Corp” MMC ilə Xəzər rayonu, Əli İsazadə (Binə qəs.), ev 23-də qeydiyyatda olan "Şəfəq RR Company” MMC (VÖEN – 1203483581) şirkətlərinin hər ikisinin adında “RR” var. Bu şirkətlərin rəhbərləri də eyni zamanda başqa ünvanlarda qeydiyyata alınan bir-neçə şirkətə rəhbərlik edirlər və yeni yaranmalarına baxmayaraq çoxsaylı tenderlərdə qalib olublar.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
|