“Xidməthaqqı adı ilə 20 mini öz şirkətinə transfer edib” - NARAZILIQ VAR...
Tarix: 26-10-2023, 11:54 | Çap et
“6-cı mərtəbə” şirkətinin tikdiyi və Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında yerləşən “Rahat Yaşam” kompleksinin bir qrup sakini yaşadıqları binada xidməthaqqının artırılmasından narazıdır.
DİA.AZ xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən sakinlər binanın tikintisinə rəhbərlik etmiş Atəş Təhməzlinin oğlu Şahbaz Təhməzlinin onların razılığı olmadan binaya kommunal xidmətlər göstərdiyini bildirib: “Şahbaz Təhməzli binanı bir neçə il belə idarə etdikdən sonra Ədliyyə Nazirliyinə müraciət edərək “Nərimanov 22” MMMC-də (mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti) qeydiyyatdan keçirdi və öz qohumlarından ibarət idarə heyəti qurdu. Biz bunu gördükdən sonra düşündük ki, MMMC-nin təşkili üçün toplanan imzalar saxtadır və ya imza toplanarkən məsələnin mahiyyəti düzgün izah olunmayıb. Halbuki Mülki Məcəllədə MMMC-nin təşkili və qiyabi səsvermənin qaydaları fərqlidir. Əvvəlcədən sahə mülkiyyətçilərinin yığıncağının gündəliyində olan məsələlər sakinlərə ətraflı elan olunmalı və səsvermə keçirilməlidir. Bundan əlavə, Şahbaz müəllim binanın idarəetməsini təsisçisi olduğu “Rahat Yaşam” MMC-yə həvalə edib. İl ərzində xidməthaqqı adı ilə MMMC-dən 20 min manat pulu öz şirkətinə transfer edib. İşin sifarişçisi də, podratçısı da eyni insandır. Burada hansı şəffaflıqdan söhbət gedə bilər?! İllərdir hesabat tələbimiz cavabsız qalır, 6 ayda bir dəfə standart hesabat liftin qarşısına yapışdırılır. Qanuna görə, MMMC qeyri-kommersiya təşkilatıdır və onun məqsədi mənfəət götürmək, mənfəəti iştirakçılar arasında bölmək deyil”.
Sakinlər əlavə ediblər ki, son olaraq süni şişirdilmiş xərclər göstərilməklə binada yığılan kommunal xərc tarifi hər kvadrat metr üçün 39 qəpikdən 46 qəpiyə qaldırılıb: “Avqustun 1-də tarif artımını hər sakinin telefonuna SMS göndərməklə bildirdilər. MMMC tərəfindən təqdim edilən xərclərdən məlum olur ki, 2022-ci ildə hər ay 7249, 2023-cü ildə isə 7779 manat xərc çəkilib. Yığılan vəsait barədə isə məlumat verilmir. Özlərinin təqdim etdiyi hesabata görə, binanın yaşayış sahəsi 22 600 kvadrat metrdir. Bu da 39 qəpikdən hər ay 8814 manat edir. Lakin artıq vəsaitin toplanmasına baxmayaraq, özbaşına olaraq tarifi artırırlar. 4-cü girişdəki lift dəfələrlə xarab olsa da, əsaslı təmir edilmir. İçməli su anbarından evə gələn su həddindən artıq çirklidir, lakin heç bir tədbir görülmür”.
Vətəndaşlar qeyd ediblər ki, bir müddət əvvəl toplanaraq MMMC-nin ümumi yığıncağını çağırıblar və yekun protokolu Şahbaz Təhməzliyə təqdim ediblər: “Ondan özünün və idarə heyətinin istefasını tələb etsək də, hərəkətsizlik göstərir. Vəzifə səlahiyyətlərini aşaraq cəmiyyətin ali idarəedici orqanı olan ümumi yığıncağın qərarına tabe olmur”.
Məsələ ilə bağlı “Rahat Yaşam” şirkəti ilə əlaqə saxladıq. Şirkət rəhbəri Şahbaz Təhməzli açıqlamasında sakinlərin iddialarını təkzib etdi. O bildirdi ki, bina sakinlərinə toplanmış vəsaitə uyğun xidmət göstərilir.
***
Şahbaz Təhməzli saytımızla yenidən əlaqə saxlayaraq bildirib ki, hər bir sahədə özünəmüvafiq şəkildə ciddi qiymət artımları baş vermişdir. O əlavə edib ki, bina sakinlərini tarifin aşağı salınması ilə bağlı aldadaraq imza yığıb daha sonra həmin imzaları MMMC-nin sədrinin dəyşilməsi ilə bağlı istifadə edən bir qrup (5-6 nəfər) şəxs öz maraqlarını güdən, vaxtilə MMMC-nin göstərdiyi xidmətlərə görə aylıq xidmət haqqını ödəməyən mülkiyyətçilərdir: “Mənzil Məcəlləsinin 137.10 maddənin tələbinə uyğun olaraq mülkiyyət hüququ əldə etmiş lakin mənzildə yaşamayan mülkiyyətçilərin endirim tələbinə rədd cavabı verdiyimiz, əksinə məhkəməyə verilmələri haqqında qərar qəbul edib pretenziya göndərdikdən sonra bu hal baş vermişdir. Hal-hazırda ödəniş etməyən sakinlərin cəmiyyətə ödəməli olduğu ümumilikdə borc 20.000 AZN-dən çoxdur. Şikayət edən yoldaşların bir qismi binanın aylıq kommunal xidmət haqqı xərclərini ödəməyən sakinlərdir. Onların əsas məqsədi debitor olan mülkiyyətçiləri bir araya gətirib binada xaos yaradaraq köhnə borcları sıfırlamaq və heç bir texniki, əmlak və hüquqi bazası olmadan binada idarəetmə aparmaq istəyirlər. Yaşadıqları binada bu kimi addımlarının sərt formada qarşısını aldığım üçün bir neçə həftə bundan öncə məni hədələyərək, məsələni mətbuatda işləyən tanışları vasitəsilə işıqlandıracaqlarını qeyd etmişdilər.
Mən isə sədrliyim dövründə Mənzil Məcəlləsini və digər qanunvericilik aktlarının tələbinə uyğun olaraq müasir və şəffaf xidmət qurmuşam.
Tarif artımı və hesabat məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, sakinlərimiz düzgün qeyd edirlər tarif artımı 0,39 AZN (otuz doqquz qəpikdən) 0,46 AZN (qırx altı qəpiyə) artırılıb. Bu addım da məhz qanunun tələbinə uyğun olaraq aparılmışdır. Yəni hər birimizin bildiyi dünayada baş verən Pandemiyadan sonra bütün dünyada infilyasyanın artması, ölkəmizdən də yan keçməmişdir. Beləliklə minimum əmək haqqının və digər tarif artımları hər bir sahədə olduğu kimi bu sahədədə müəyyən xərclərin artmasına gətirib çıxarıb. Buna nəzərən artan xərclər tərəfimdən hesablanaraq, əvvəlcə bütün sakinlərə bildiriş formasında təqdim edilərək maarifləndirmə işləri təşkil edildikdən sonra Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq 50%+1 yetərsayla yeni büdcə təsdiqləndikdən sonra tarif artımı həyata keçirilmişdir. Sonda onuda qeyd edim ki, son 6 ildə binamızda tarif artımı sabit olaraq qalıb”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11 |
|
|
|
• Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07 |
|
|
|
• Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03 |
|
|
|
• Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01 |
|
|
|
• Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56 |
|
|
|
• "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51 |
|
|
|
• Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49 |
|
|
|
• “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42 |
|
|
|
• KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33 |
|
|
|
• Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22 |
|
|
|
• Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20 |
|
|
|
• Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14 |
|
|
|
• Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10 |
|
|
|
• Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08 |
|
|
|
• “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02 |
|
|
|
• Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48 |
|
|
|
• Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45 |
|
|
|
• Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40 |
|
|
|
• Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38 |
|
|
|
• Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35 |
|
|
|
• ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33 |
|
|
|
• Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
• Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14 |
|
|
|
• İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53 |
|
|
|
• Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50 |
|
|
|
• 18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38 |
|
|
|
• Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
• `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
• Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10 |
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
• Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
|